Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Oğuz rayonu İş № e-2(054)-94/2022 28.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı borc məbləğinin tutulmasına dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən e t d i m: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək 19.04.2021-ci il tarixli R0013021 nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 428,00 manat əsas borc, 43,00 manat cərimə və 100,00 manat dövlət rüsumu - cəmi 571,00 manat məbləğin Borclu kreditorun xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu "xxxx" MMC ilə bağladığı 19.04.2021-ci il tarixli R0013021 nömrəli müddətli alqı-satqı müqaviləsinə əsasən kreditordan dəyəri 428,00 manat olan əşyanı satın almışdır və həmin məbləği hər ay 36,00 manat, sonuncu ayda isə 32,00 manat olmaqla 12 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə əsasən borclu tərəfindən borcun gecikdirilməsinə görə kreditorun cərimə hesablamaq hüququ vardır. Borclu müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Borclunun hazırda kreditora 428,00 manat borcu qalmış, borcun gecikdirilməsinə görə 43,00 manat cərimə hesablanmışdır. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün 100,00 manat dövlət rüsumu ödənilmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, kreditor "xxxx" MMC-nin tələbi aşkardır. Həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Qeyd olunan əsaslara görə Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 428,00 manat əsas borc, 43,00 manat cərimə və 100,00 manat dövlət rüsumu - cəmi 368,00 manat məbləğin tutulmasına dair məhkəmə əmri verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 428,00 manat əsas borc, 43,00 manat cərimə və 100,00 manat dövlət rüsumu - cəmi 571 (beş yüz yetmiş bir) manat tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Oğuz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-94/2022
Oğuz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(054)-94/2022
28.01.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver