Məhkəmə qərarları › İş №e-2(055)-1926/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1926/2025

28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1926/2025 28.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 iyul 2009-cu ildə doğulmuş X1, 07 mart 2014-cü ildə doğulmuş X2 və 22 iyul 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 500 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh el adəti ilə evlənib ailə həyatı quraraq 23 sentyabr 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların bu nikahından 16 iyul 2009-cu ildə X4, 07 mart 2014-cü ildə X5 və 22 iyul 2016-cı ildə X6 adlı üç nəfər uşaqları doğulmuşdur. Uzun müddətdir cavabdeh iddiaçıdan ayrılmış, hal-hazırda da iddiaçı uşaqları ilə birlikdə yaşayır. İddiaçı uşaqların maddi ehtiyacını, o cümlədən uşaqların məktəbli oması ilə əlaqədar onların aylıq məşğələ pullarını ödəməkdə çətinlik çəkir, cavabdeh isə maddi vəziyyətinin yaxşı olmasına baxmayaraq uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. İddiaçı, ilk olaraq aliment tələbi ilə bağlı mediasiya şurasına ərizə ilə müraciət etmiş, lakin ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi səbəbindən ona bu barədə arayış verilmişdir. Ona görə də 16 iyul 2009-cu ildə doğulmuş X1, 07 mart 2014-cü ildə doğulmuş X2 və 22 iyul 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 500 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iştirak edərkən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını və məhkəməyə təqdim etdiyi ərizəsində məhkəmə baxışı iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərkən izahatında və ərizəsində göstərmişdir ki, iddianı qismən qəbul edir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində mühəndis işləməklə tutulmalar çıxıldıqdan sonra ələ aldığı 1300 manat əmək haqqı iddia ərizəsində göstərilən 1500 manat məbləğində alimenti ödəməyə imkan vermir, amma üç uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 260 manat, cəmi 780 manat sabit məbləğdə aliment ödəməyə imkanı vardır. Məhkəmə baxışı iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq onun iştirakı olmadan işə baxılmasını və məhkəmə hazırlıq iclasında vermiş olduğu izahatındakı məbləğdə aliment təyin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Saatlı rayon Qeydiyyat Şöbəsində bağlanmış 23 sentyabr 2008-ci il tarixli, 264 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 16 iyul 2009-cu ildə, X5 07 mart 2014-cü ildə və X6 22 iyul 2016-cı ildə doğulmuşlar. Həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə 09 dekabr 2025-ci il tarixli MŞS/MT 023/2025-01579 saylı arayışından görünür ki, bu arayış ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi ilə bağlı İddiaçı verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində mühəndis, əməyin mühafizəsi və təhlükəsizliyi texnikası üzrə vəzifədə işləməklə 1502,6 manat əmək haqqı alır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin araşdırılan halları və tərəflərin ərizələri ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 23 sentyabr 2008-ci tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların nikahından 16 iyul 2009-cu ildə X4, 07 mart 2014-cü ildə X5 və 22 iyul 2016-cı ildə X6 adlı üç nəfər uşaqları doğulmuşdur. Uzun müddətdir cavabdeh iddiaçıdan ayrılmış, uşaqlar isə iddiaçı ilə birlikdə yaşayırlar. İddiaçı uşaqların maddi ehtiyacını ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək üç nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər bir uşaq üçün 500 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən tələb edir. Cabandeh Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərkən iddianı qismən qəbul etdiyini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində mühəndis kimi aldığı 1300 manat əmək haqqı ilə üç uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 260 manat, cəmi 780 manat sabit məbləğdə aliment ödəməyə imkanın olduğunu etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edildiyindən, tərəflərin nikahından doğulmuş uşaqların saxlanması üçün alimentin məbləğinin hər uşağa görə yaşayış minimumu məbləğində tutulması həm uşaqların mənafeyinə, həm də cavabdehin maddi imkanına uyğundur. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən qərarın tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Belə olan halda 16 iyul 2009-cu ildə doğulmuş X1, 07 mart 2014-cü ildə doğulmuş X2 və 22 iyul 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli ilə tutulmasını məqsədəmüqvafiq hesab edir. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsinin məzmununda cavabdeh ilə arasında bağlanmış rəsmi nikahın tarixini 08 sentyabr 2023-cü il göstərsə də, işdə olan nikah haqqında şəhadətnamə ilə təsdiq olunur ki, tərəflər arasında rəsmi nikah 23 sentyabr 2008-ci il tarixində bağlanmışdır. Ona görə də, məhkəmə nikah haqqında şəhadətnaməni mötəbər sübut kimi qəbul edərək tərəflər arasında bağlanmış nikahın tarixini 23 sentyabr 2008-ci il kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 16 iyul 2009-cu ildə doğulmuş X1, 07 mart 2014-cü ildə doğulmuş X2 və 22 iyul 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 16 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatının 09 dekabr 2025-ci il tarixli MŞS/MT 023/2025-01579 saylı ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiyaya xərci olaraq 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir, Cavabdeh əlavə olaraq iddiaçının ödəməkdən azad edildiyi 113,6 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 16 iyul 2009-cu ildə doğulmuş X1, 07 mart 2014-cü ildə doğulmuş X2 və 22 iyul 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 16 dekabr 2025-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 113 (bir yüz on üç) manat 60 (altımış) qəpik dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar