Məhkəmə qərarları › İş №e-2(055)-292/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-292/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-292/2024 05.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehə məxsus əşyalarının, yəni 1 dəst yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 2 ədəd stul örtüyü, 1 ədəd divan, 1 ədəd jurnal masası, 1 ədəd televizor, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 1 ədəd kamot, 1 ədəd qazan dəsti, 1 ədəd çaydan, 1 dəst çömçə dəsti, 1 ədəd masa örtüyü, kamot qab dəsti, 2 ədəd zal+yataq pərdəsi, qaşıq çəngəl dəsti, podnis, 1 ədəd çörək qabı, 1 ədəd külqabı dekor, qəndqabı, duzqabı, taxt ədyalı, sadə naxışlı örtük, yataq dəsti, taxt üçün yorğan və döşək, xırda çəngəl qaşığın cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehə məxsus əşyalarının, yəni 1 dəst yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 2 ədəd stul örtüyü, 1 ədəd divan, 1 ədəd jurnal masası, 1 ədəd televizor, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 1 ədəd kamot, 1 ədəd qazan dəsti, 1 ədəd çaydan, 1 dəst çömçə dəsti, 1 ədəd masa örtüyü, 1 ədəd kamot qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 ədəd qaşıq çəngəl dəsti, 1 ədəd podnis, 1 ədəd çörək qabı, 1 ədəd külqabı dekor, 1 ədəd qəndqabı, 1 ədəd duzqabı, 1 ədəd taxt ədyalı, 1 ədəd sadə naxışlı örtük, 1 ədəd yataq dəsti, 1 ədəd taxt üçün yorğan və döşək, 1 ədəd xırda çəngəl qaşığın cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Həmin ev ona məxsus olsa da, həmin məznilə çıxarış almamışdır. 2020-ci lin oktyabr ayında Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuş və cavabdeh Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində gəlin köçmüşdür. Cavabdehlə xasiyyəti uyğun olmadığından onların ailəsi dağılmış və Saatlı Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə rəsmi olaraq ayrılmışlar.Onların ailəsi dağıldıqdan sonra Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində cavabdehə məxsus cehiz əşyaları - yəni 1 dəst yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 2 ədəd stul örtüyü, 1 ədəd divan, 1 ədəd jurnal masası, 1 ədəd televizor, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 1 ədəd kamot, 1 ədəd qazan dəsti, 1 ədəd çaydan, 1 dəst çömçə dəsti, 1 ədəd masa örtüyü, kamot qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 ədəd qaşıq çəngəl dəsti, 1 ədəd podnis, 1 ədəd çörək qabı, 1 ədəd külqabı dekor, 1 ədəd qəndqabı, 1 ədəd duzqabı, 1 ədəd taxt ədyalı, 1 ədəd sadə naxışlı örtük, 1 ədəd yataq dəsti, 1 ədəd taxt üçün yorğan və döşək, 1 ədəd xırda çəngəl qaşıq qalmışdır. Dəfələrlə cavabdehə həmin cehiz əşyalarını evindən çıxarmasını bildirsə də, cavabdeh cehiz əşyalarını çıxarmamışdır. Hazırda cavabdehə məxsus əşyaların onun evində qalması onun mənzil və mülkiyyət hüququnu pozur, yaşadığı evdən sərbəst istifadə etməsinə mane olur. Sonda iddianın təmin edilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2020-ci ildə iddiaçı ilə həyatı qurmuş və özünə məxsus cehiz əşyalarını Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinə yerləşdirməklə həmin evə gəlin köçmüşdür. İddiaçı ilə xasiyyəti uyğun olmadığından onların ailəsi dağılmış və Saatlı Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə rəsmi olaraq ayrılmışlar. Hazırda cehiz əşyaları ər evində qalmışdır. Onun cehiz əşyalarını yığmaq üçün yeri olmadığına görə özünə məxsus əmlaklarını iddiaçının yaşadığı fərdi yaşayış evindən götürməmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Abşeron rayonunu Qobu qəsəbə XDS İcraiyyə Komitəsinin 16 avqust 1991ci il tarixli 19/2 saylı qərarından çıxarışdan görünür ki, əhalinin mənzil şəraitinin yaxılaşdırılması məqsədi ilə fərdi mənzil tikintisi üçün X2 0.10 ha sahə ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 rayonunu Qobu qəsəbə XDS İcraiyyə Komitəsinin 16 avqust 1991-ci il tarixli 19/2 saylı qərarı ilə ona verilmiş və özünə məxsus olan 0.10 ha torpaq sahəsinin 0.02 ha olan hissəsinin özəlləşdirilməsini İddiaçı etibar etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş faktiki halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarından görünür ki, Cavabdeh məxsus cehiz əşyaları İddiaçı sahibliyində və istifadəsində olan, Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evindədir. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus evdə yaşamır və eyni zamanda da özünə məxsus cehiz əşyalarını iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus həmin fərdi yaşayış evindən çıxarmır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cehiz əmlakların olduğu fərdi yaşayış evinə dair çıxarışı olmasa da, Cavabdeh məxsus olan cehiz əşyalarının İddiaçı məxsus Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində saxlaması, iddiaçının həmin fərdi yaşayış evindən sahiblik və istifadə hüquqlarını pozur. Bu səbəbdən də iddiaçı istifadəsində olan fərdi yaşayış evindən cavabdehin əmlaklarının çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh isə həmin evin Elmədin Talıbova məxsus olmasını, özünün həmin evə gəlin köçməsini etiraf etmiş, lakin cehiz əşyalarını yığmaq üçün yeri olmadığına görə özünə məxsus əmlakları iddiaçının evindən çıxarmadığını bildirmişdir. Bu hal isə iddianın rədd edilməsinə əsas ola bilməz və tələbdən yayınmaq üçün özünümüdafiə halı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus olan Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları cavabdehin vəsaiti hesabına çıxarılmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus olan Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları - 1 dəst yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 2 ədəd stul örtüyü, 1 ədəd divan, 1 ədəd jurnal masası, 1 ədəd televizor, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 1 ədəd kamot, 1 ədəd qazan dəsti, 1 ədəd çaydan, 1 dəst çömçə dəsti, 1 ədəd masa örtüyü, 1 ədəd kamot qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 ədəd qaşıq çəngəl dəsti, 1 ədəd podnis, 1 ədəd çörək qabı, 1 ədəd külqabı dekor, 1 ədəd qəndqabı, 1 ədəd duzqabı, 1 ədəd taxt ədyalı, 1 ədəd sadə naxışlı örtük, 1 ədəd yataq dəsti, 1 ədəd taxt üçün yorğan və döşək, 1 ədəd xırda çəngəl qaşıq cavabdehin vəsaiti hesabına çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-292/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 05 mart 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus olan Abşeron rayonunun Qobu qəsəbəsində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları - 1 dəst yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 2 ədəd stul örtüyü, 1 ədəd divan, 1 ədəd jurnal masası, 1 ədəd televizor, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 1 ədəd kamot, 1 ədəd qazan dəsti, 1 ədəd çaydan, 1 dəst çömçə dəsti, 1 ədəd masa örtüyü, 1 ədəd kamot qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 ədəd qaşıq çəngəl dəsti, 1 ədəd podnis, 1 ədəd çörək qabı, 1 ədəd külqabı dekor, 1 ədəd qəndqabı, 1 ədəd duzqabı, 1 ədəd taxt ədyalı, 1 ədəd sadə naxışlı örtük, 1 ədəd yataq dəsti, 1 ədəd taxt üçün yorğan və döşək, 1 ədəd xırda çəngəl qaşıq cavabdehin vəsaiti hesabına çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar