Məhkəmə qərarları › İş №e-2(055)-816/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-816/2025

20.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-816/2025 20.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsi ilə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 170 manat alimentin Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 8(055)-62/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiyanın 0,5 misli həddinə qədər azaldılması və ödənilmiş 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsi ilə bir uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 170 manat alimentin Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 8(055)-62/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunduqdan sonra o hər ay 272 manat alimenti cavabdehin xeyrinə ödəməlidir. Hal-hazırda onun ödəməli olduğu aliment məbləği əvvəl ödəməli olduğu aliment məbləğindən 100 manat çoxdur. Onun rəsmi iş yoxdur, yaşamaq üçün gündəlik maddi ehtiyaclarını və kommunal xərclərini ödəməlidir, lakin aliment məbləğinin artması ona bu ehtiyaclarını ödəməkdə çətinlik yaradır. Odur ki, cavabdehin xeyrinə ödəməli olduğu aliment maddi imkanına uyğun olmadığından tam şəkildə ödəyə bilməyəcək, ödəyə bilmədiyi aliment isə gələcəkdə ona əlavə məsuliyyət yaradacaq. Bütün bunlara baxmayaraq bir uşağının saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment məbləğini cavabdehin xeyrinə ödəməsinə etiraz etmir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsi ilə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 170 manat alimentin Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 8(055)-62/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiyanın 0,5 misli həddinə qədər azaldılması və ödəmiş olduğu 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmməsinin üzürlü sayılmasını, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsinin surətindən görünür ki, 12 yanvar 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı İslaməddin oğlundan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(106)-2284/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsi İddiaçı (apellyasiya şikayətinə) münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 8(055)-62/2025 saylı qərardadının surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsinə əsasən tutulan 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 aprel 2025-ci il tarixli MŞS/MT 023/2025-00382 saylı arayışdan görünür ki, bu arayış ilkin mediasiya sessiyasının tarixi və saatı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı İddiaçı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Abşeron rayonu Məmmədli kəndində doğulmuş və Abşeron rayonu Məmmədli kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İşin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsi ilə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay tutulan 170 manat aliment məbləği Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 8(055)-62/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunduqdan sonra iddiaçının hər ay ödəməli olduğu aliment 170 manatdan 272 manata qalxmışdır. İddiaçı hazırda işləmir, maddi ehtiyacını və kommunal xərclərini ödəmək üçün əlavə qazancı olmalıdır, onun belə qazancının olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Lakin, iddiaçı ödəməli olduğu alimentin məsuliyyətini dərk edir və bir uşağının saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində cavabdehin xeyrinə aliment ödəməsinə etiraz etmir. Cavabdeh isə məhkəməyə ünvanladığı ərizəsində iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, qanunvericilik tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik və tərəflərin digər diqqətəlayiq maraqları olduğu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin azaldılmasını mümkün hesab etdiyindən və bu hüquq aliment ödəyən şəxsə də şamil edildiyindən İddiaçı almentin azaldılması barədə tələbi uşağın saxlamasında hər iki valideynin borclu olması və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına və işin araşdırılan hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 12 yanvar 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 272 manat aliment məbləği azaldılaraq 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, başqa sözlə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli (220:400=0,55) həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında yaranmış zərurətlə bağlı Saatlı Rayon Məhkəməsinin arxivində olan 2(055)-537/2020 saylı mülki işin materiallarına və 8(055)-62/2025 saylı işin materiallarına baxış keçirilərkən müəyyən edildi ki, İddiaçı ata adı İddiaçı əvəzinə İddiaçı İslaməddin oğlu kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdə olan iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində ata adının “İslaməli” olmasına əsaslanaraq Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsində və 10 mart 2025-ci il tarixli 8(055)-62/2025 saylı qərardadında iddiaçının ata adının “İslaməddin” kimi yazılmasını məhkəmə aktında buraxılmış yanlışlıq hesab edir, onun ata adını “İslaməli” kimi qəbul edir. Eyni zamanda qeyd olunan məhkəmə aktlarının məhz hazırki İddiaçı aid olduğunu nəzərə alır. Azərbaycan Respublikasının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsi ilə tutulan və Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 8(055)-62/2025 saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləği dəyişdirilməli, 12 yanvar 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment alınaraq Cavabdeh xeyrinə ödənilməli, dəyişdirilmiş alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında 24 aprel 2025-ci il tarixli MŞS/MT 023/2025-00382 saylı arayışdan və 13 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi üçün 50 manat və məhkəmədə iddia qaldırmaq üçün 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 25 manat mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(055)-537/2020 saylı qətnaməsi ilə tutulan və Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 8(055)- 62/2025 saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləği azaldılsın. 12 yanvar 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Azaldılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. 25 (iyirmi beş) manat mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar