Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-920/2025 15.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarınında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X3 bağlanmış xx.xx.2022-ci il tarixli, 1121 nömrəli akt qeydi qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılması və birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pulməbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X7 3 yaşına çatana qədər Cavabdeh onun üçün hər ay 200 manat alimentin alınaraq ona ödənilməsi və mediasiya xərci olaraq ödənilmiş 60 manat, dövlət rüsumu olaraq ödənilmiş 50 manat, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” X3 rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahları xx.xx.2022-ci il tarixli, 1121 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X9 adlı oğul övladları dünyaya gəlmişdir. İddiaçının cavabdeh ilə əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin pisləşmişdir. Münasibətlərinin pisləşməsinə səbəb xasiyyətlərinin düz gəlməməsi olmuşdur. İddiaçının cavabdehlə bir yerdə yaşaması, onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanması mümkün deyil. Buna görə də, iddiaçı hesab edir ki, cavabdehlə aralarında olan nikah pozulmalı və birgə nikahlarından dünyaya gəlmiş övladları iddiaçının himayəsində saxlanılmalıdır. Cavabdeh fevral ayından evi tərk edərək getmişdir. Birgə nikahlarından dünyaya gəlmiş övladları iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanılmasında və onun maddi və mənəvi ehtiyacının qarşılanmasında iştirak etmir. İddiaçı hesab edir ki, uşaqları saxlamaq valideynlərin vəzifəsidir və uşaqların minimumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azyaşlı oğul övladılarının gündəlik tələbatlarının qarşılanması zərurəti qaçılmazdır. İddiaçı cavabdehə qarşı “nikahın pozulması, aliment, uşağın ananın yanında saxlanılması tələbi barədə” məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən X6 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Arayış qoşmaya əlavə edilmişdir. Tək ana olaraq iddiaçı cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş oğulları Fərid Şahbazovun gündəlik maddi təlabatlarının qarşılanmasında çox əziyyət çəkir. Hazırda iddiaçı azyaşlı övladı ilə birlikdə kirayə yaşayır. Cavabdeh evi tərk edərək getdiyi üçün oğlu Fəridin saxlanılmasında və onun maddi təlabatlarının qarşılanmasında artıq 4 aydır ki iştirak etmir və heç bir maddi köməklik göstərmir. Halbuki, cavabdehin kifayət qədər yüksək gəlirləri var və yüksək maddi təminata malikdir. İddiaçı hər dəfə uşağın saxlanılması üçün maddi köməklik göstərməyini xahiş etsədə bütün müraciətlərinə cavab verməyərək cavabdeh övladının gündəlik maddi təlabatlarının qarşılanması üçün heç bir köməklik etməyərək laqeyd münasibət göstərir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, nikahın pozulmasına razıdır, lakin uşağın ananın yanında qalmasına etiraz edir. Uşağın ananın qalması müəyyən ediləcəyi təqdirdə aliment olaraq iddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Hal-hazırda işləmir. Maddi vəziyyəti çox ağırdır. ƏƏSMN-nin X2 Sistemindən işləmədiyi barədə arayışı etirazına əlavə etmişdir. Özü xəstədir. Mütəmadi müalicə alır. Müalicə olunmaq üçün külli miqdarda maddi vəsait xərcləyir. İşləməyə də səhhəti icazə vermir. Qeyd edir ki, hal-hazırda kredit borcu var. Həyətyanı təsərrüfatında ev heyvanları və ev quşları yoxdur. Yəni təsərrüfatdan da gəlir əldə edə bilmir. Bu barədə Saatlı şəhər İcra Nümayəndəliyindən xx.xx.2025-ci ildə aldığı arayışı etirazına əlavə etmişdir. Övladı Fəridin yetkinlik yaşına çatana kimi İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment ödəyə bilər. Bundan əlavə imkan daxilində övladına maddi dəstək olacaqdır. İddiaçı əmək qabiliyyətlidir və işləyib övladları Fəridə maddi dəstək ola bilər. İşdə olan arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 07 may 2022-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» X3 bağlanmış 1121 nömrəli nikah qeydi vardır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 02 aprel 2023-cü il təvəllüdlü X9 adlı uşağın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Saatlı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 18 iyul 2025-ci il tarixli rəyindən də görünür ki, 02 aprel 2023-cü il təvəllüdlü X7 anası İddiaçı ilə birgə yaşaması azyaşlının mənafeyinə uyğundur. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan ümumi uşağı olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tədqiqatı zamanı da təsdiq olundu ki, tərəflər arasında olan nikah formal xarakter daşımaqla ailələri faktiki olaraq dağılmış, bundan sonra onların barışıb ailəni bərpa etmələri mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə təhqiqatı zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan 02 aprel 2023-cü il təvəllüdlü X9 adlı uşaq anası İddiaçı yanında yaşayır. Saatlı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyi ilə də uşağın anası İddiaçı ilə birgə yaşaması onun mənafeyinə uyğun olduğu müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş 02 aprel 2023-cü il təvəllüdlü X9 adlı uşağın anası İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, 02 aprel 2023-cü il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən, alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsi, yəni cavabdehin uşağın üç yaşı tamam olana qədər hər ay 200 manat aliment ödəməyə cəlb olunması ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq cavabdehin maddi vəziyyətini nəzərə alınaraq onun ödəniş qabiliyyətindən yüksək məbləğdə əlavə xərclərə cəlb edilməsinin ədalətli olmayacağı və aliment öhdəliklərinin icrasında problemlərə səbəb olacağı qənaətinə gələrək iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması 27 may 2025-ci il tarixdən başlanmaqla dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında 07 may 2022-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» X3 bağlanmış 1121 nömrəli nikah qeydi pozulmalı və tərəflərin birgə nikahından anadan olmuş 02 aprel 2023cü il təvəllüdlü X9 adlı uşağın İddiaçı yanında qalması müəyyən edilməli və 27 may 2025ci il tarixdən başlayaraq 02 aprel 2023-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İşdə olan ödəniş qəbzlərindən və müqavilədən görünür ki, iddiaçı X4 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci və 300 manat hüquqi xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci və 300 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarına əsasən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07 may 2022-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» X3 bağlanmış 1121 nömrəli nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 02 aprel 2023-cü il təvəllüdlü X9 adlı uşağın İddiaçı yanında qalması müəyyən edilsin. 27 may 2025-ci il tarixdən başlayaraq 02 aprel 2023-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. İddia qaldırılarkən ödənilmiş 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci və 300 manat xidmət haqqı, cəmi 410 (dörd yüz on) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-920/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-920/2025
15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver