Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-1736/2024 27.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə elekton ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və iş materiallarının geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldim: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1736/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-1736/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver