Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1886/2023 06.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onlara dəymiş 668 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun, həmçinin bank xidmət haqqının əvəzində 30,40 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AL-2167 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə “Daewoo Gentra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(032)-1538/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək daxili lizinq müqaviləsinin ləğv edilməsi və cavabdeh X1 ümumilikdə 1112,19 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə Lizinq alan X2 xahişi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh lizinq obyekti olan “Daewoo Gentra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Lizinq obyekti olan “Daewoo Gentra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası Yol Polisi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Qeyd olunan faktı Azərbaycan Respublikası DYPİ-nin elektron portalından alınmış çıxarış təsdiq edir. Həmin protokollar İXP ******* – 64 manat, EQ ******* – 80 manat, EQ ******* – 80 manat, ******* – 80 manat, EQ ******* – 80 manat, EQ ******* – 80 manat, EQ ******* – 32 manat, EQ ******* – 64 manat, İXP ******* – 96 manat və BNA ******* – 32 manat ibarətdir. Həmin protokollar əsasında hesablanmış cəmi 688 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsaən iddianın təmin olunması xahiş olunur. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(032)-1538/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək daxili lizinq müqaviləsinin ləğv edilməsi və cavabdeh X1 ümumilikdə 1112,19 manat borcun tutularaq Union Lizinq” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli POA********** saylı və xx.xx.2020-ci il tarixli POA********** saylı Etibarnamələrin surətindən görünür ki, “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə Lizinq alan X2 xahişi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh lizinq obyekti olan “Daewoo Gentra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İXP ******* – 64 manat, EQ ******* – 80 manat, EQ ******* – 80 manat, ******* – 80 manat, EQ ******* – 80 manat, EQ ******* – 80 manat, EQ ******* – 32 manat, EQ ******* – 64 manat, İXP ******* – 96 manat və BNA ******* – 32 manat, üumilikdə 668 manat məbləğində pul vəsaiti aidiyyəti üzrə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla (ödəniş qəbzləri və digər sənədlər) müəyyən edilmişdir ki, Sabirabad rayonu, Mürsəlli kənd sakini Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillə dəfələrlə Azərbaycan Respublikası İXM-nin tələblərini pozmuş və o, inzibati qaydada cərimə edilməsinə baxmayaraq cərimələri ödəməmişdir. Bunun nəticəsində İddiaçı ASC-nə 668 manat həcmində maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə təqdim edilmiş ödəniş qəbzlərinə uyğun həll edilməli və qəbzlər üzrə ödənilmiş ziyanın həcmi və məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Tədqiq olunmuş İddiaçı ASC tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, dəymiş maddi ziyanın dəyəri 668 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmə xərcləri məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqından ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzində 30,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284- 3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 688 AZN məbləğində pul vəsaiti, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi 30,40 AZN, ümumilikdə 718,40 (yeddi yüz on səkkiz manat qırx qəpik) AZN pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1886/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1886/2023
06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver