Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2116/2025 04.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “VAZ 21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 21074” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.
2. PAT ********** nömrəli sığorta şəhadətnaməsinin 093767 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı zərərvuran “VAZ 21154” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur.
3. Müstəqil ekspert E. Allahverdiyev tərəfindən təqdim edilmiş qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “VAZ 21074” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2643 AZN zərər dəymişdir.
4. xx.xx.2020-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarına əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir.
5. xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “VAZ 21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, sonuncu 100 manat məbləğdə cərimə edilmişdir.
6. Sabirabad Rayon Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı “VAZ 21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən X2 məxsus, X3 tərəfindən idarə olunan “VAZ 21074” markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi yararsız hala salınmışdır.
7. Cavabdeh tərəfindən Sabirabad Rayon Polis Şöbəsində verilmiş izahatdan görünür ki, xx.xx.2020-cı il tarixdə, saat 18 radələrində idarə etdiyi Vaz-21154 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomaşın magistral yol istiqamətindən gələrək kəndin içərisinə sol tərəfə dönmək üçün dayanıb qarşıdan gələn avtomaşını buraxmaq işləmiş, bu zaman qarşıdan əks yolla gələn, sürücü X1 idarə etdiyi Vaz-2107 markalı ** HO *** dövlət nömrə nişanlı avtomaşın ilə toqquşmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Onun avtomaşını idarə etmək üçün sürücülük, vəsiqəsi olmamışdır.
8. PAT ********** nömrəli sığorta şəhadətnaməsinin 093767 nömrəli sığorta aktından görünür ki, “VAZ 21074” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümümi məbləğii 2643 manatdır.
9. 093767 nömrəli sığorta aktından görünür ki, X2 1321,50 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
10. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21074” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1321.50 AZN (min üç yüz iyirmi bir manat əlli qəpik) pulun və bu iddianın verilməsi üçün ödənilmiş 33.22 AZN (otuz üç manat iyirmi iki qəpik) dövlət rüsumunun və 0.40 AZN xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, iddiaçı iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “VAZ 21154” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 21074” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 093767 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı zərərvuran “VAZ 21154” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2019cu ildən xx.xx.2020-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Müstəqil ekspert E. Allahverdiyev tərəfindən təqdim edilmiş qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “VAZ 21074” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2643 AZN zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarına əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Barəsində tərtib edilmiş TP ******* saylı qərara əsasən, Cavabdeh İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan məlum olmuşdur ki, hadisə zamanı həmçinin digər sürücü də təqsirli bilindiyi üçün sığorta ödənişi məbləği zərərin yarısı həcmində, yəni 1321.50 AZN olmaqla xx.xx.2021-ci il tarixli, 1511 saylı ödəniş tapşırığı ilə zərərçəkən X1 bank hesabına köçürülmüşdür. Cavabdeh icbari qaydada sığortalamış nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Cavabdeh qeydiyyat ünvanına pretenziya məktubu göndərilmiş və əlaqə saxlanılsa da, ödəniş etməkdən imtina etmişdir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir.
b) iddiaya etiraz
12. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. İşdəki sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında verilmiş “VAZ 21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sabirabad rayonu, Xəlfəli kəndi ərazisində “VAZ 21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “VAZ 21074” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sığortalanan “VAZ 21074” markalı avtomobilə dəymiş zərər 2643 manat məbləğdə qiymətləndirilmiş, 1321,50 manat məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir.
17. İddiaçı Cavabdeh “VAZ 21074” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1321.50 manat məbləğin ödənilməsini xahiş edir.
18. Göründüyü kimi, işdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi müəyyən olunur.
19. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə Mülki Məcəllənin 936.1, 936.2, 1096, 1097.1, 1108.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında tələb etməkdə haqlıdır.
20. Belə ki, “VAZ 21074” markalı avtomobilə məhz Cavabdeh оğlunun təqsirli hərəkətləri nəticəsində zərər dəymiş və iddiaçı həmin zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Eyni zamanda cavabdeh “VAZ 21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sərəncam vermək hüququ olduğuna görə Mülki Məcəllənin 1096 və 1108.1-ci maddələrinin tələblərinə görə delikt törətmiş şəxs hesab olunur və yüksək təhlükə mənbəyinin sahibi kimi zərərin əvəzini ödəməlidir.
22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 33,22 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, dəymiş zərərin məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 1321,50 manat zərər məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,22 manat və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 1355,12 manat pul X4 tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM : Cavid Cəfərov