Məhkəmə qərarları › İş №e-2(056)-2713/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2713/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2713/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 görə ayda hər uşağa 235 manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin və ödənilmiş mediasiya ilə bağlı 50 manat pul məbləğinin onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli Sabirabad rayon Məhkəməsinin 2(056)-1269/2024 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, sonra Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1269/2024 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun himayəsində saxlanmışdır. Hazırda cavabdehlə nikahlarından doğulmuş hər iki uşağ onun himayəsindədir. Uşağlar artıq böyüyüblər və onların xərclərin tam qarşılaya bilmir. Ailə Məcəlləsində bir mənalı bildirilib ki, hər iki valideyn uşaqları saxlamaqa borcludurlar. Məcburiyyət qarşısından qalaraq uşaqlara aliment təyin edilməsi üçün cavabdehə məktub göndərilmiş, amma buna baxmayaraq, mediasiya sessiyasında alimentin ödənişləri ilə bağlı imtina edilmişdir. Bir sözlə cavabdeh qəsdən valideyin vəzifələrini icra etməkdən yayınır. Halbuki qanunvericiliyin tələbinə əsasən valideyinlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə elektron qaydada imzalanmış ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli e-2(056)-1269/2024 saylı Qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və 208№-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında, xx.xx.2021-ci il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə həmçinin uşaqlardan birinin anası ilə, digərlərinin isə atası ilə qaldığı halda məhkəmə valideynlərdən qarşılıqlı qaydada alimentin tutulmasını məqsədəuyğun hesab etməmişdir. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli e-2(056)-1269/2024 saylı Qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin övladlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 ataları İddiaçı yanında, xx.xx.2021-ci il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalmışdır. Eyni zamanda həmin qətnamə ilə uşaqlardan birinin anası ilə, digərlərinin isə atası ilə qaldığı halda məhkəmə valideynlərdən qarşılıqlı qaydada alimentin tutulmasını məqsədəuyğun hesab etməmişdir. Tərəflər məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq həmin qətnamədən şikayət verməmişlər. Göründüyü kimi istinad edilən qətnamə ilə uşaqlardan birinin anası ilə, digərlərinin isə atası ilə qaldığı halda məhkəmə valideynlərdən qarşılıqlı qaydada alimentin tutulmasını məqsədəuyğun hesab etməmiş, İddiaçı qətnamənin həmin nəticəsi ilə razılaşaraq həmin qətnamədən apellyasiya şikayəti verməmiş, eyni zamanda on aydan sonra «aliment tələbi» barədə iddia qaldırmışdır, halbuki hazırda da Cavabdeh maddi vəziyyətində kəskin artımla bağlı dəyişiklik baş verməmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə işin yuxarıda araşdırılmış hallarına əsaslanaraq və Cavabdeh maddi gəlirlərinin məhdud olduğunu, uşaqlardan birinin onun yanında qalmasını, eyni zamanda xx.xx.2024-cü il tarixli qətnamə ilə uşaqlardan birinin anası ilə, digərlərinin isə atası ilə qaldığı halda valideynlərdən qarşılıqlı qaydada alimentin tutulmasının məqsədəuyğun hesab etməməsi barədə məhkəmənin fikrini və İddiaçı qətnamənin nəticəsi ilə razılaşaraq qətnamədən apelyasiya şikayəti vermədiyini, həmçinin qeyd edilən qətnamədən sonra Cavabdeh maddi vəziyyətində kəskin artımla bağlı dəyişiklik baş vermədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasının təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Ona görə də, iddia əsassız olduğu üçün rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar