Məhkəmə qərarları › İş №e-2(056)-2821/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2821/2025

27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2821/2025 27.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «uşağın himayədə qalması və aliment» tələbi barədə mülki iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətinə Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «uşağın himayədə qalması və aliment» tələbi barədə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-1638/2025 saylı qərardadı ilə qeyd edilən iş ərazi aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, iş materiallarında olan 2(056)-2368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın surətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş vardır. Həmin iş icraata ilkin olaraq qəbul edilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edərək vəsatətində göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsində bundan əvvəl eyni tərəflər arasında ailə münasibətlərinə dair baxılmaqda olan e-2(056)- 2368/2025 saylı mülki iş vardır. Ona görə də mülki işin bir icraatda birləşdirilib baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəsatətin təmin edilməsinə etiaz etmədiyini bildirdi. Elektron Məhkəmə İnformasiya Sistemində axtarış verilərkən müəyyən edildi ki, e-2(056)- 2368/2025 saylı mülki iş Sabirabad Rayon Məhkəməsinin hakimi Cavid Cəfərovun icraatındadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «uşağın himayədə qalması və aliment» tələbinə dair 2(056)-2821/2025 saylı və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair e-2(056)-2368/2025 saylı mülki işlər eyni növlü olduğundan və həmin işlər üzrə keçən tərəflər eyni olduğundan, işlər bir icraata birləşdirilməli və həmin iddialara birlikdə baxılmalıdır. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən MPM-nın 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı «uşağın himayədə qalması və aliment» tələbi barədə mülki iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı «uşağın himayədə qalması və aliment» tələbinə dair 2(056)- 2821/2025 saylı və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair e-2(056)- 2368/2025 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş işlər üzrə icraat e-2(056)-2368/2025 №-si ilə aparılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar