Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3016/2024 13.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin - Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə kiçik iddia ərizəsinə dair işə xx.xx.2024-cü il tarixdə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 290 (iki yüz doxsan) manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat pulun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, “QAZ 33021” markalı, 99LZ882 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS**********-1 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən cəmiyyətlərində sığortalanmışdır. Cavabdeh (bundan sonra cavabdeh) həmin avtomobili xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ərazisində idarə edərkən “Honda City” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Bakı şəhər Nizami rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Bakı şəhər Nizami rayon DYPŞ polis mayoru X1 ******* saylı X3 protokolundan və xx.xx.2022-ci il tarixli, ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarından görünür ki, 2022-ci ilin 25 fevral tarixində saat 14:30 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Honda City” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli Qüsur aktına əsasən qiymətləndirilərək 290 (iki yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli İ-536/22 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli 29032022-9300-34 saylı ödəniş tapşırığına əsasən 290 (iki yüz doxsan) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 290 (iki yüz doxsan) manat məbləği cavabdeh tərəfindən cəmiyyətlərinə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/402 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobillə hadisə yerindən yayındığı üçün üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ əsasında tələb etmək hüququ yaranmışdır. Cavabdeh rəsmi qaydada bildiriş verilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğunu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, Cavabdeh 25 fevral 2022-ci il tarixdə “QAZ 33021 yük” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanskı küçəsi, 8-ci km bazarın qarşısında “Honda City” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Honda City” markalı, **- ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı X3 protokolun surətindən görünür ki, “QAZ 33021 yük” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanskı küçəsi, 8-ci km bazarın qarşısında yolnəqliyyat hadisəsi törətmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədərək hadisə yerindən yayınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İ-536/22 saylı sığorta aktından görünür ki, “Honda City” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 290 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli elektron qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" ASC-nin Xətai filialı vasitəsi ilə 290 manat məbləği X2 hesabına keçirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 24/402 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Cavabdeh məktub göndərilərək 10 gün müddətində "xxxx" ASCyə olan borcunun ödənilməsi təklifi olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi üzrə iddia qaldırılmasına görə 30 manat dövlət rüsumu ödəmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə “İcbari sığortalar haqqında” Qanunun yuxarıda istinad edilən 63.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Cavabdeh iştirakçısı olduğu avtonəqliyyat hadisə yerindən yayındığı üçün "xxxx" ASC-nin reqres qaydasında ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Mülki Məcəllənin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 922.1.-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Mülki Məcəllənin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı "xxxx" ASC sığorta təşkilatı olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanın əvəzini sığorta ödənişi qaydasında ödəmiş və bu baxımdan (“İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsi nəzərə alınaraq) haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir, "xxxx" ASC-nin reqres qaydasında 290 manat ziyanın əvəzinin ödənilməsi tələbi təmin edilərək, həmin pul vəsaiti Cavabdeh tutulub "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi tam təmin olunduğu halda ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) AZN və xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin əvəzi 290 (iki yüz doxsan) AZN pul vəsaiti reqres qaydasında Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3016/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3016/2024
13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver