Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-3123/2025 03.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdehr qızına qarşı “evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı Cavabdehr qızına qarşı “evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək gəlin köçdüyü Sabirabad rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinin həyətində mərhum həyat yoladaşı ilə birgə nikah dövründə tikdikləri evə özünün və uşaqlarının istifadə hüququnun tanınması, həmin evə istifadə qaydalarının müəyyən edilməklə köçürülmələri və evdən istifafəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, həmin ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərizəyə məhkəmədə iddia qaldırılması ilə bağlı müvafiq dövlət rüsumunun ödənilməsinə dair qəbzi və ya dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə məhkəmə icraatı ilə bağlı dövlət rüsumu ödənilir. X3 Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlə rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə məhkəmə iddia ərizəsini geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149,151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehr qızına qarşı “evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-3123/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-3123/2025
03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver