Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-646/2024 12.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 995 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X2 onun yanında qalması, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat məbləğində alimentin, həmçinin M.Cavabdeh 3 yaşına qədər saxlanması üçün iddiaçıya hər ay 200 manat məbləğində maddi cəhətdən yardım verilməsi, ümumilikdə 435 manat məbləğində alimentin tutulub ona verilməsi, ödənilmiş mediasiya rüsumu 55 manat və dövlət rüsumu 50 manat, cəmi 105 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə İddiaçı ilə Cavabdeh fakitiki, xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2022-ci il tarixdə onların birgə nikahlarından X3 adlı uşağı anadan olmuşdur. Uzun müddətdir ki, cavabdehin iddiaçıya qarşı etdiyi zorakılıq hərəkətlərinə görə iddiaçı məcburiyyat qarşısanda qalaraq cavabdehdan ayrılıb, faktiki olaraq tərəflarin arasında ar-arvad münasibətlari uzun müddətdir kəsilmişdir. Barışmaq, gələcəkdə onların birgə ailə həyatları va ailənin qorunub saxlanması mümkün deyil. Bundan başqa uşaq iddiaçının himayəsində olduğu üçün iddiaçı uşağını təkbaşına böyüdür, onun saxlanılmasına görə maddi çətinliklərlə üzlaşir. Ona görə ki, uşağın gündəlik tələbatları, yəni qida və digər xərclari günü-gündən artmaqda davam edir. Lakin cavabdeh uşağına maddi yardım göstərmir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Qeyd edilən normanın tələbinə istinad edərək məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 561302 nömrəli «Nikah haqqında şəhadətnamə»dən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü ildə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 995 sayla qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə ilk öncə tələbin nikahın pozulması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci ildə faktiki, xx.xx.2023-cü il tarixdə isə rəsmi nikaha girərək evlənmişlər. Bu nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Aralarında olan münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Ailənin qorunub saxlanması mümkün olmadığı qənaətinə gələn iddiaçı hazrkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay müddət müəyyən edilməklə vaxt verilsə, də onlar barışmamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilən normaların tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərə barışmaları üçün müəyyən edilmiş 3 aylıq müddət ərzində barışıq olmaması, iddiaçı tərəfin cavabdehlə olan nikahın pozulmasında təkid etməsi halı nəzərə alınaraq iddia tələbi nikahın pozulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə həmin Məcəllənin 22.2.1-ci maddəsinə görə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, həmin Məcəllənin 22.2.2-ci maddəsinə görə isə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların bir-birinə və valideynlərdən hər birinə olan bağlılığını, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını) nəzər almaqla həll edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarının saxlamağın qayda və formasını valideynlər müstəqil müəyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Qeyd edilən normaların kontekstində tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş uşağın valideynlərdən hansının yanında saxlanması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin hansı valideyndən tutulması məsələsinin həlli ilə bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş Mirələm adlı uşağın heç 2 yaşı tama olmamışdır. Bu halda uşağın mövcud yaş durumu, bu yaşda uşağın ana nəvazişinə, diqqət və qayğısına daha çox ehtiyac duyması, ananın uşağın mənəvi tələbatlarının qarşılanmasında rolu nəzərə alınmaqla, uşağın hüquq və mənafeyi, inkişafı və tərbiyəsi baxımından iddiaçının (ananın) yanında qalması daha məqsədəmüvafiqdir. Belə olan halda məhkəmə hesab edir ki, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan Mirələm adlı uşağın iddiaçının yanında qalması müəyyən olunmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği isə uşağın qayğısına qalmağın hər iki valideynin borcu olması, həmçinin ananın uşağın saxlanmasında əziyyətləri və uşağın mövcud yaş durumunda olan maddi tələbatları (qidalanma, geyim və s.) ilə bağlı hüquq və mənafeləri nəzərə alınmaqla hər ay üçün 150 manat sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı sağlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı nikahın pozulması və aliment tələbi ilə xx.xx.2024-cü il tarixində, bununla yanaşı xx.xx.2024-cü il tarixində alimentin tutulması ilə bağlı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə məhkəmə qətnaməsi qəbul edilənək tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan alimentin tutulmağa başlanma tarixi hazırki qətnamənin qəbul edildiyi zaman olaraq bu gün, yəni xx.xx.2024-cü il tarixi müəyyən edilməli, qətnamə üzrə təyin edilmiş alimentin tutulmasının başlanma vaxtı həmin tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin azyaşlı uşağın 3 yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə maddi yardımınn tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, qanunvericiliyin bu norması uşağın 3 yaşına çatanadək saxlanması keçmiş arvada aliment ödəməyi tələb etmək hüququnu nikah pozulduqdan sonra versə də, bu zaman mülki prosessual qanunvericiliyin tələbinə görə sübutetmə yükünü də birbaşa iddiaçının üzərində qurmuşdur. Belə ki, bu hüququn realizə edilə bilinməsi üçün iddiaçı keçmiş ərin zəruri vəsaitə malik olması barədə məhkjəməyə sübut və ya sübutlar təqdim etməlidir ki, hazırki halda məhkəməyə tələbin bu hissəsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə şərh olunanlara əsasən belə bir nəticəyə gəlir ki, iddia tələbi göstərilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun cəmi əvəzi 105 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırda iddianın qismən təmin olunduğu nəzərə alınaraq, iddia tələbi bu hissədə də qismən təmin edilməli, cavabdehdən ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydə alınmış 995 saylı nikah qeydi pozulsun. Cavabdeh ilə İddiaçı arasında arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması müəyyən edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-646/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-646/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver