Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-123/2025 05.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 210/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 18539,63 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş məbləğ 1/2 hissədə 9269,81 manat (doqquz min iki yüz altmış doqquz manat səksən bir qəpik), xx.xx.2022-ci il 1687micSLY/22 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC Salyan filialından götürülmüş 38796.9 manat (30000 manat əsas, 8796.9 manat faiz borcu) kredit borcundan 28578,20 manat 2023-cü ilin iyul ayından hesablanmaqla 1/2 hissədə olmaqla 14284,1 manat, xx.xx.2022-ci il MK/32730/89/26 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC Şirvan filialından götürülmüş 36933.06 manat (30000 manat əsas, 6933.06 manat faiz borcu) kredit məbləğindən 25022,66 manat 2023-cü ilin iyul ayından hesablanmaqla 1/2 hissədə olmaqla 12511,33 manat, 60 manat mediasiyaya ödənilən məbləğin, 148 manat dövlət rüsumunun və 300 (üç yüz ) manat vəkilə ödənilən məbləğin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4012/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. 2023-cü ilin iyul ayından mediasiyaya müraciət olunmuş və nikah münasibətləri faktiki kəsilmişdir. Birgə nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər vardır. Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş kredit borcu xx.xx.2022-ci il 1687micSLY/22 saylı kredit müqaviləsi əsasında 38796.9 manat (30000 manat əsas, 8796.9 manat faiz borcu ) "xxxx" ASC Salyan filialından götürülmüş kreditdir və xx.xx.2022-ci il MK/32730/89/26 saylı müqaviləsi əsasında 36933.06 (30000 manat əsas, 6933.06 manat faiz borcu ) "xxxx" ASC Şirvan filialından götürülmüş kredit birgə nikah dövründə əldə edilmişdir. Bu qeyd etdikləri birgə nikah dövründə əldə edilmiş kredit əsas və faiz borcu da daxil olmaqla 2023-cü ilin iyul ayından hesablanaraq Cavabdeh ilə aralarında ½ hissədə bərabər bölünməlidir. "xxxx" Şirvan filialından götürülmüş kredit borcu 25022,66 manat 2023-cü ilin iyul ayından hesablanmaqla 1/2 hissədə olmaqla 12511,33 manat, “Unibank” Salyan Filialından götürülmüş kredit borcu 28578,20 manat 2023-cü ilin iyul ayından hesablanmaqla 1/2 hissədə olmaqla 14284,1 manat hesablanaraq bölünməlidir. Bu kredit üzrə bölünəcək borc 26800,43 manat (iyirmi altımin səkkiz yüz manat qırx üç qəpik) təşkil edir. Eyni zamanda birgə nikah dövründə "xxxx" MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 73612.19 manat, hesablanmış cərimə borcuna görə 30446.8 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 104088,99 manat pulun tutularaq "xxxx" MMC-yə verilməsi barədə iddia qaldırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-354/2022 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı borcun ödənilməsi iddiası təmin edilərək, 64328,66 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənmiləsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 210/2023 saylı xx.xx.2023-cü il-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-354/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 18539,63 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı iş üzrə 2-2(102)-477/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(103)-210/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qeyd etdikləri birgə nikah dövründə əldə edilmiş öhdəlikdir ki, Cavabdeh ilə aralarında 1/2 hissədə 9269,81 (doqquz min iki yüz altmış doqquz manat səksən bir qəpik) bərabər bölünməlidir. Odur ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-210/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 18539,63 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş məbləğ 1/2 hissədə 9269,81 manat (doqquz min iki yüz altmış doqquz manat səksən bir qəpik), xx.xx.2022-ci il 1687micSLY/22 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC Salyan filialından götürülmüş 38796.9 manat (30000 manat əsas, 8796.9 manat faiz borcu) kredit borcundan 28578,20 manat 2023-cü ilin iyul ayından hesablanmaqla 1/2 hissədə olmaqla 14284,1 manat, xx.xx.2022-ci il MK/32730/89/26 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC Şirvan filialından götürülmüş 36933.06 manat (30000 manat əsas, 6933.06 manat faiz borcu) kredit məbləğindən 25022,66 manat 2023-cü ilin iyul ayından hesablanmaqla 1/2 hissədə olmaqla 12511,33 manat, 60 manat mediasiyaya ödənilən məbləğin, 148 manat dövlət rüsumunun və 300 (üç yüz ) manat vəkilə ödənilən məbləğin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, birgə nikah dövründə təsərrüfatı inkişaf etdirmək məqsədi ilə pambıqçılığın inkişafı dövlət proqramı xətti ilə "xxxx" MMC birliyi ilə müqavilə bağlamış və boclanmışdır. Şəxsi sahibkarlıq fəaliyyətini həyata keçirmək və inkişaf etdirmək məqsədilə "xxxx" ASC və "xxxx" ASC-dən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə kredit götürmüşdür. "xxxx" ASC-dən götürdüyü kredit üzrə Cavabdeh zamin durmuşdur. Təsərrüfatda ziyan olduğu üçün qazanc əldə edə bilməmiş, əksinə ziyana uğramışdır. Bu səbəbdən də borcunu ödəyə bilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, götürülən kreditlərin ona heç bir aidiyyəti yoxdur. Belə ki, həmin kreditlər biznes kreditləri olmaqla, iddiaçı həmin kreditləri ailə ehtiyaclarının ödənilməsinə deyil, öz şəxsi biznesinə sərf etmişdir. Həmin vaxt rəsmi iş yeri olduğundan bir müqavilə üzrə iddiaçıya zamin dursa da, hazırda işləmir, himayəsində olan üç azyaşlı uşağını iddiaçı tərəfindən verilən alimentlə dolandırır. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X9 da nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-354/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı borcun ödənilməsi iddiası təmin edilmiş, 64328,66 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, 1687micSLY/22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 24 ay müddətinə, illik 22% olmaqla güzəştli şərtlə 30000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli, MK/32730/89/26 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 24 ay müddətinə, illik 19% olmaqla güzəştli şərtlə 30000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 30000 (otuz min manat) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün Cavabdeh və X7 zamin qalaraq bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-210/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 18539,63 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-477/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı iş üzrə ilə kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-2(103)-210/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4012/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008ci il tarixində Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 283 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmış, cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 223 (iki yüz iyirmi üç) manat olmaqla, ümumilikdə 669 (altı yüz altmış doqquz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olan 14 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi olması və əsas fəaliyyət sahəsinin “digər daşınmaz əmlakın icarəyə verilməsi üzrə fəaliyyət” kimi qeydiyyata alındığı qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 26 noyabr 2024-cü il tarixli etiraz ərizəsində qeyd olunmuşdur ki, "xxxx" ASC və "xxxx" ASC-dən götürülən kreditlər biznes kreditləri olmuşdur. "xxxx" ASC ilə bağlanmış müqavilədən göründüyü kimi 30000 manat məbləğində kredit xətti müqaviləsidir və iddiaçı 30000 manat məbləğini işlətmişdir. Kredit xətti müqavilələri şəxsi istifadə, istehlak məqsədli predmet daşımır, biznes məqsədini daşıyır. Həmçinin "xxxx" ASC ilə bağlanmış müqavilə də biznes kredit müqaviləsidir. Biznes krediti ailə ehtiyaclarının ödənilməsi üçün götürülən kredit deyildir və faktiki olaraq da bu kreditlərdən ona ya övladlarına heç nə xərclənməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olan xx.xx.2024-cü il tarixli **********001500 saylı cavab məktubunda mikro sahibkar İddiaçı (VÖEN **********) xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi olması və əsas fəaliyyət sahəsinin “digər daşınmaz əmlakın icarəyə verilməsi üzrə fəaliyyət” kimi qeydiyyata alındığı qeyd edilmişdir. Həmin məktubda əlavə olaraq, iddiaçının Salyan rayon İcra Hakimiyyəti ilə bağlanmış 168 ha torpağın icarə müqaviləsi (xx.xx.2008-ci ildən xx.xx.2028-il tarixədək) olması və əsas məqsədin kənd təsərrüfatı məhsullarının istehsalı olması məlumatı verilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, iddiaçının adında Salyan rayonu, Qırxçıraq kəndində 175 kvadrat metr sahə icarə obyekti qeydiyyatdadır. Dövlət Vergi Xidmətindən daxil olan **********323000 saylı məktubda isə iddiaçıya 75 faizlik vergi güzəştinin tətbiq olduğu məlumatı verilmişdir. Evli olduğu dövrdə ailədə hər hansı qərarın verilməsində iştirakı olmamışdır. Bütün qərarlar keçmiş əri və keçmiş qayınatası tərəfindən verilmiş, söz haqqı olmamışdır. Nikah dövründə İddiaçı nə onun, nə də 3 övladının maddi təminatı ilə məşğul olmamışdır. İddiaçı övladlarının ad günlərini belə qeyd etməyə istək göstərməmiş, onları sevindirməmişdir. Hətta ona məxsus qızıl-zinət əşyalarını indiyədək ona geri qaytarmamış və onun öz müalicə xərcləri üçün belə öz qızılını satmağa məcbur edilmişdir. Belə olan halda bu yaranmış borcların ailə ehtiyaclarına xərclənməsi qeyrimümkün haldır. Ailəsinə heç bir maddi təminat göstərməyən şəxsin indi xəbəri olmayan kreditlərin ödənişini ondan tələb etməsi ona əziyyət etməkdən başqa məqsəd daşımır. Hazırda alimentin ödənilməsini də gecikdirir, yalnız tərəfindən İcra xidmətinin Qaynar xəttinə şikayət etdikdən sonra hissə-hissə ödəyir. Nikahın ləğvi barədə baxılan Nəsimi Rayon Məhkəməsində onun iddia tələbi yalnız uşaqların himayəsi və hər uşağa görə minimum aliment tələbi olmuşdur. Əmlak bölgüsü barədə Salyan Rayon Məhkəməsinə müraciətində olan iddia ərizəsi isə cehiz əşyalarının və əlindən alınmış qızıl-zinət əşyalarının ona geri verilməsini ehtiva etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qızıl əşyaları tələbi ilə bağlı məhkəmə iddia tələbini rədd etmişdir. Nikah dövründə yaranmış birgə əmlakdan ona və 3 övladına heç bir pay bölməyən şəxsin indi biznes fəaliyyətindən yaranan borclarını bölmək istəməsi vicdansız, əsassız və qanunsuz olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 26 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. İddiaçı "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 64328,66 manat borcu olmuş, o, 02 dekabr 2022ci il və 14 dekabr 2022-ci il tarixlərində "xxxx" ASC və "xxxx" ASC-dən müxtəlif məbləğlərdə kredit götürmüşdür. Cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə zamin duraraq bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onun borcu cəmi 18539,63 manat təşkil etmişdir. Hazırda iddiaçı birgə nikah dövründə yaranmış bu borcların 1/2 hissəsinin, ümumilikdə 36065,24 manat pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin Qərarda qeyd olunmuşdur ki, qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ərarvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Yuxarıda sadalanan qanunvericiliyin normalarında da göründüyü kimi, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Hazırki işin hallarından isə görünür ki, sözügedən borc ailə ehtiyaclarını ödəmək üçün deyil, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi nəticəsində yaranmışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Kommersiya Məhkəməsi tərəfindən bununla bağlı qətnamə qəbul edilmişdir. Həmçinin iddiaçı özünün də məhkəmə iclasında bildirdiyi kimi, sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə müxtəlif banklardan müxtəlif məbləğlərdə kredit götürmüş, lakin həmin fəaliyyəti nəticəsində heç bir gəlir əldə edə bilməmiş, əksinə borclanmışdır. İş materiallarından görünür ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və borc vəsaitlərindən istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi və Sahibkarlıq fəaliyyəti haqqında qanunvericilik normalarına əsasən, fərdi sahibkar kimi fəaliyyət göstərən şəxs öz borclarına görə fərdi qaydada məsuliyyət daşıyır və bu borclar əsasən onun şəxsi borcları sayılır. Əgər fərdi sahibkar (ər) sahibkarlıq fəaliyyəti ilə əlaqədar borc götürübsə, bu, onun şəxsi borcu hesab edilir və bu, ailənin ümumi borcuna çevrilmir, nəticə etibarilə keçmiş həyat yoldaşı bu borcun ödənilməsinə məcbur edilə bilməz. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə zamin duraraq bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, əgər qadın bankdan götürülən kredit müqaviləsində zamin kimi çıxış edirsə, bu, artıq ailə münasibətləri yox, mülki-hüquqi münasibətləri çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə qeyd edir ki, hazırki işdə Cavabdeh bir kredit müqaviləsi üzrə alınmış öhdəliyə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi halı üçün bank qarşısında məsuliyyət daşıyır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-123/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-123/2025
05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver