Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1598/2024 22.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu İddiaçı cavabdehlər Cavabdeh1 Rahib oğlu və Cavabdeh2 qarşı “aliment və pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə cavabdehlər Cavabdeh1 Rahib oğlu və Cavabdeh2 qarşı “aliment və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay atası-Cavabdeh1 Rahib oğlundan 235 manat aliment, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay atası-Cavabdeh1 Rahib oğlundan 235 manat aliment, 1920 manat pul cavabdehlər Cavabdeh1 Rahib oğlundan və Cavabdeh2 birgə qaydada tutulması və 60 manat mediasiya xərci, 42 manat dövlət rüsumu, 70 manat hüquqi xidmət xərci, cəmi 172 manat məhkəmə xərci Cavabdeh1 Rahib oğlundan və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia tələbindən aşkar surətdə göründüyü kimi, iddiaçının iddia tələbi bir-biri ilə əlaqədar olmamaqla, iddiaçı iddia ərizəsində ayrı-ayrılıqda baxılmalı olan müstəqil tələbləri bir yerdə birləşdirmişdir. Göründüyü kimi, aliment tələbinə dair işə baxarkən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə sazişin olub-olmaması, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olubolmaması, tərəfin qazancı və ya sair gəlirinin olub-olmamasl, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkünlüyünü, alimentin tutulmasının çətinlik törətməsi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozub-pozmadığı, başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilməsi, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halların nəzərə alınması, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhkəmənin həll etdiyi məsələlərdəndir. Lakin, iddiaçının pul tələbinə dair hissəsində olan iddia tələbi aliment məhkəmə qaydasında təyin edilən zaman bir-biri ilə əlaqədar olmayan müstəqil tələbdir və birlikdə baxılması mümkün deyil. Buna görə də məhkəmə hesab edir ki, həmin tələb aliment barəsində iddia tələbi ilə birlikdə baxılıb həll edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq QƏRARA AİDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Rahib oğlu və Cavabdeh2 qarşı “aliment və pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1598/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1598/2024
22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver