Məhkəmə qərarları › İş №e-2(057)-160/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-160/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-160/2025 01.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “nikahın pozulması, uşağın anada qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “nikahın pozulması, uşağın anada qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 24 № akt qeydi ilə, xx.xx.2012ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan 25 may 2014-cü il təvəllüdlü X8 iddiaçı X1 himayəsində saxlanılması, birgə nikahdan anadan olan 25 may 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24 № akt qeydi ilə, xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 25 may 2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Əvvəllər ailədə qarşılıqlı münasibətləri yaxşı olmuşdur. Lakin, son zamanlar cavabdehlə aralarında olan ailə münasibətləri dəyişildiyindən ailədə tez-tez mübahisələr baş verir. O, həmişə ailənin qorunub saxlanılmasına çalışmış, lakin bu mümkün olmamışdır. Əksinə olaraq münasibətləri daha da pisləşmiş, artıq birgə yaşamaları və ailə münasibətlərinin bərpa edilməsi qeyrimümkündür. Yuxarıda göstərilənləri, yəni ailə münasibətlərinin faktiki mövcud olmamasını və bu münasibətlərin bərpa olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq nikahın pozulması barədə qərara gəlmişdir. Bundan əlavə bildirir ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, ilkin olaraq işin mediasiyada həlli üçün cavabdehə təklif olunmuş, lakin cavabdeh ilkin mediasiya sessiyasının davam etdirilməməsini istəmiş və nəticədə xx.xx.2024-cü il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən arayış təqdim olunmuşdur. İddiaçı Ağacanova (Axundova) Jalə Əlövsət qızı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, cavabdeh ilə aralarında barışıq olmamış və boşanmaya qərarlıdır. İşi ilə əlaqədar üzrlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün mülki işə onun iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı ilə aralarında olan nikahın pozulmasına razı deyildir. O günəmuzd işləyir. Hər ay iddiaçıya 150, maksimum 200 manat aliment verə bilər. Məhkəmə Cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Arbatan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 16 iyun 2016-cı il tarixdə verilmiş X2 görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ağacanova soyadı verilmişdir. İş materiallarında olan X3 ksero surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və Cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən, ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflərə barışmaq üçün 3 ay müddət verilməsinə baxmayaraq aralarında barışıq əldə olunmamış, tərəflər birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər, tərəflərin birgə nikahından 1 (bir) uşaqları olmuş, ailənin saxlanması mümkün deyildir. Ona görə də, İddiaçı ilə Cavabdeh arasında Salyan rayon Arbatan kənd İnzibati Ərazi Nümayəndəliyində xx.xx.2012-ci il tarixdə, 24 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Məhkəmə uşağın daha çox anasına bağlılığını, anasından ayrılacağı təqdirdə bu halın onun psixi, fiziki və mənəvi inkişafına mənfi təsir göstərəcəyini və ümumiyyətlə uşağın anasından ayrılması üçün müstəsna şəraitin mövcud olmadığını nəzərə alaraq, hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X8 anası X1 yanında saxlanılmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Minimum əmək haqqı məbləği isə 345 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağın qayğısına qalmaq və onu tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşağa qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Alimentin tutulması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı X1 yanında qalması müəyyən edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh X1 xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X7 ilə Cavabdeh arasında Salyan rayon Arbatan İnzibati Ərazi Nümayəndəliyində xx.xx.2012-ci il tarixdə, 24 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı X1 yanında qalması müəyyən edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh X1 xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə, son olaraq, iş üzrə tərəflərə izah edir ki, onlar Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar