Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1699/2023 04.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə dəymiş ziyan tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh 858,37 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 bildirmişdir ki, Cavabdeh 15 iyul 2023cü il tarixdə idarə etdiyi “KİA RİO” markalı ** EY *** dövlət nömrə nişanlı avtomobillə Salyan rayon Xalac kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-nin Salyan RQİİ-nin balansında olan 108 mm-lik qaz kəməri zədələnmiş, nəticədə kəmərin 5 ədəd 108 mm-lik dayaq, 6 ədəd əyməsi sıradan çıxmışdır. Qəza nəticəsində İddiaçı İB-nin Salyan RQİH-nə ümumilikdə 858,37 manat ziyan dəymişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Salyan rayon Polis şöbəsi tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-13-104/2-234 13/2023 saylı məktubdan görünür ki, baş vermiş hadisə ilə bağlı Salyan rayon Polis şöbəsinə müraciət olunmuş və müraciət əsasında Salyan RPŞ-dən bildirilmişdir ki, günahkar olan sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, İddiaçı İB-yə dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edilməsi Salyan RPŞ tərəfindən tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan XS-i QDX-nin rəisi Taleh İsmayılov, Salyan XS-i QDX-nin mühəndisi Elsevər Əhədov və Salyan XS-i QDX-nin ustası Fuad Hüseynli tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Salyan Xidmət sahəsinin Salyan rayonu Xalac kəndində **-EY-*** dövlət nömrə nişanlı “KİA RİO” markalı minik avtomobili idarəetməni itirərək D108mm-lik qaz kəmərinə dəymiş qaz kəmərinin 3 yerdən d108mm lik yol keçidlərini zədələyərək yararsız vəziyyətə salmış, nəticədə 543 abonentin qaz təminatında fasilə yaranmışdır. Qəza vaxtı qaz xəttində təzyiq 28 mbar həddində olmuşdur. Təbii qaz itkisi olmamışdır. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın ödənilməsi ilə bağlı İddiaçı Salyan RQİİ-si tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 01İR/13-4385 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 15 iyul 2023-cü il tarixdə cavabdehin törətdiyi yol nəqliyyatı hadisəsi nəticəsində İddiaçı İB-nin Salyan RQİİ-nin balansında olan 108 mm-lik qaz kəmərinin zədələnməsi və kəmərin 5 ədəd 108 mm-lik dayaq, 6 ədəd əyməsi sıradan çıxması nəticəsində iddiaçı təşkilata 858,37 manat məbləğində ziyan dəymişdir. Ona görə verilmiş iddia tələbi əsaslı olduğu üçün təmin edilməli və cavabdehdən dəymiş zərərin əvəzi olaraq 858,37 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçınə vurduğu maddi ziyana görə 858,37 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu ondan tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1699/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1699/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver