Məhkəmə qərarları › İş №e-2(057)-1767/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1767/2025

15.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1767/2025 15.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsi və alimentin dayandırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsi və alimentin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ilə birgə nikahlarından doğulmuş xx.xx.2017ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsinə və xx.xx.2017-ci il təvəllüdlü X4 münasibətdə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)- 1439/2024 saylı qətnaməsi ilə təyin edilmiş 150 (bir yüz əlli) manat alimentin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə müəyyən etmişdir ki, Salyan Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1439/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mövcuddur. Eyni zamanda müəyyən edilir ki, iddia ərizəsində cavabdeh X2 ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsini xahiş etsə də, Salyan Rayon Məhkəməsinin 2(057)-1439/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuş və həmin qətnamə ilə uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. İşə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 278/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1439/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən edilir ki, Salyan İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilsə də icra sənədi hazırda icra edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan və həmin qətnamə icra olunmadığından, İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsi və alimentin dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 manat pul X1 İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq, MPM-in 114, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsi və alimentin dayandırılması” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunsun. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 manat pul X1 İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar