Məhkəmə qərarları › İş №e-2(057)-1896/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1896/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1896/2024 23.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus yaşayış evində saxladığı və ona maneçilik törədən 1 ədəd, Yataq dəsti ( taxt, Termo, Uşaq beşiyi, Şifaner) Çılçıraq – 4 ədəd pərdə, 1 ədəd televizor, 2 ədəd xalça, 2 ədəd Qonaq dəsti, Künc divan, 2 ədəd çılçıraq, 1 ədəd kamot , 2 ədəd stol, 12 ədəd stol, 1 ədəd jurnalni, 1 ədəd qorka iki qapılı, 1 ədəd dəhliz dolabı, 1 ədəd mətbəx mebeli, paltar yuyan, 1 ədəd soyuducu, 1 ədəd istilik peçi (soba), 1 ədəd ət çəkən maşın, 1 ədəd sok çəkən maşın olmaqla Salyan rayon Marışı kəndində yerləşən xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evimdə çıxarılması və mediasiya prosesi zamanı ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 ilə Cavabdeh ilə nikahlarını xx.xx.2021-ci il tarixdə Salyan rayon X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Nikah dövründə xasiyyətləri uyğun gəlməmiş, buna görədə nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Onlar arasında ailədaxili söz söhbətlər daima yarandığı üçün artıq birgə yaşayışları mümkün olmamış və ayrılmaq istədikləri səbəbindən cavabdehin cehizləri də onun evindən çıxarılmalıdır. Artıq oğlu ilə cavabdeh təmamilə ayrılmışlar. Odur ki, iddianın təmin olunmasını və Salyan rayon Marışlı kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh cehiz əmlakının çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunmasını və cavabdehə məxsus həmin əmlakların iddiaçının yaşadığı Salyan rayon Marışlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasını bir daha xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə cavabdehin iştirakı olmadan işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 16 may 2024-cü il tarixli nikahın bağlanması barədə çıxarışdan görünür ki, tərəflər arasında nikah xx.xx.2021-ci il tarixdə Salyan rayon Marışlı kənd İƏN-də 12 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Salyan Rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 16 may 2024-cü il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixli X1 doğulmuşdur. MŞS/MT-028/2024/0314A saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, İddiaçı cehiz-əmlakın evdən çıxarılması üçün təşkilata müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün arayış tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Salyan rayonu Marışlı kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********66-10301 reystr nömrəsi olan 135.6 kvm xüsusi mülkiyyət, 0.12 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının oğlu X2 ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə Salyan rayon X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi qeydə aldırmış və birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Cavabdeh gəlin köçərkən özü ilə cehiz əmlaklarını İddiaçı məxsus evə aparmış, sonradan ailə münasibətləri pozulduğu səbəbindən evdən çıxarkən, ona məxsus əşyalar Salyan rayonu Marışlı kəndində yerləşən İddiaçı adına olan evdə qalmışdır. Cavabdeh həmin mənzilə gəlin köçsə də, hal-hazırda orada yaşamır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə, cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququna malik olmadığından, ona məxsus yuxarıda adı çəkilən əşyalar həmin mənzildən çıxarılmalıdır. Belə olan halda, Cavabdeh ilə ailə həyatı qurarkən və gəlin köçərkən valideynləri tərəfindən ona hədiyyə olunmuş, hazırda onun ayrıca mülkiyyətində olan yuxarıda sadalanan cehiz əmlakların iddiaçıya məxsus evdə saxlanılması iddiaçının mülkiyyət hüququnu pozur və bu səbəbdən də, iddiaçının həmin hüququ müdafiə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus 1 ədəd, Yataq dəsti ( taxt, Termo, Uşaq beşiyi, Şifaner) Çılçıraq – 4 ədəd pərdə, 1 ədəd televizor, 2 ədəd xalça, 2 ədəd Qonaq dəsti, Künc divan, 2 ədəd çılçıraq, 1 ədəd kamot , 2 ədəd stol, 12 ədəd stol, 1 ədəd jurnalni, 1 ədəd qorka iki qapılı, 1 ədəd dəhliz dolabı, 1 ədəd mətbəx mebeli, paltar yuyan, 1 ədəd soyuducu, 1 ədəd istilik peçi (soba), 1 ədəd ət çəkən maşın, 1 ədəd sok çəkən maşın İddiaçı məxsus Salyan rayonu Marışlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus 1 ədəd, Yataq dəsti ( taxt, Termo, Uşaq beşiyi, Şifaner) Çılçıraq – 4 ədəd pərdə, 1 ədəd televizor, 2 ədəd xalça, 2 ədəd Qonaq dəsti, Künc divan, 2 ədəd çılçıraq, 1 ədəd kamot , 2 ədəd stol, 12 ədəd stol, 1 ədəd jurnalni, 1 ədəd qorka iki qapılı, 1 ədəd dəhliz dolabı, 1 ədəd mətbəx mebeli, paltar yuyan, 1 ədəd soyuducu, 1 ədəd istilik peçi (soba), 1 ədəd ət çəkən maşın, 1 ədəd sok çəkən maşın İddiaçı məxsus Salyan rayonu Marışlı kəndində fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar