Məhkəmə qərarları › İş №e-2(057)-2100/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2100/2024

07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2100/2024 07.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq əmək haqqı və hər cür gəlirlərə yönəlməklə 1/3 hissədə alimentin və 50 manat mediasiya rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2018ci ildə Salyan rayon X15 Ərazi üzrə Nümayəndəliyində rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Onu, uşağını saxlamaqdan imtina edir və ailənin dolanışığına heç bir maddi yardım etmir. Ona görə də, ona qarşı aliment tələbini qoymaq məcburiyyətindədir. Ailə ilə qəti maraqlanmır. Azyaşlı uşağın saxlanılmasını Cavabdeh təmin etməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi hissənin zabitidir, ona görədə əmək haqqı və hər cür gəlirlərinə yönəlməklə 1/3 hissədə aliment tutulmasını istəyir. O, cavabdehdən mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq aliment tələb edir. X2 apardığı ilkin mediasiya prosesində iştirak etmiş və qarşı tərəf iştirak etmədiyi üçün X5 iştirak edilməməsi barədə arayış təqdim edilmiş, 50 (əlli) manat ilkin mediasiya sessiyası üçün rüsum ödənilmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixli tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay uşağa 235 manat olmaqla sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədən göründüyü kimi azyaşlı uşağın saxlanılmasını Cavabdeh tərəfindən təmin etməli olduğu bildirmiş və texniki səhv olaraq xahiş etdi hissəsində X13 qeyd olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsində olan texniki səhvin düzəldilməsi zərurətini nəzərə alaraq xahiş edirəm: Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay uşağa 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edəsiniz”. Daha sonra İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixli tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “Cavabdeh X6 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq əmək haqqı və hər cür gəlirlərə yönəlməklə 1/3 hissədə alimentin və 50 manat mediasiya rüsumunun tutularaq mənə ödənilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədən göründüyü kimi azyaşlı uşağın saxlanılmasını Cavabdeh tərəfindən təmin etməli olduğu bildirmiş və texniki səhv olaraq xahiş etdi hissəsində X13 qeyd olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsində olan texniki səhvin düzəldilməsi zərurətini nəzərə alaraq xahiş edirəm: Cavabdeh X6 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq əmək haqqı, hər cür gəlirlərə yönəlməklə 1/3 hissədə alimentin və 50 manat mediasiya rüsumunun tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edəsiniz”. Yenidən İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixli tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, “Cavabdeh X6 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq əmək haqqı və hər cür gəlirlərə yönəlməklə 1/4 hissədə alimentin və 50 manat mediasiya rüsumunun tutularaq mənə ödənilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədən göründüyü kimi azyaşlı uşağın saxlanılmasını Cavabdeh tərəfindən təmin etməli olduğu bildirmiş və texniki səhv olaraq xahiş etdi hissəsində X13 qeyd olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsində olan texniki səhvin düzəldilməsi zərurətini nəzərə alaraq xahiş edirəm: Cavabdeh X6 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq əmək haqqı, hər cür gəlirlərə yönəlməklə 1/4 hissədə alimentin və 50 manat mediasiya rüsumunun tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edəsiniz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il təvəllüdlü X12 deyil, xx.xx.2020-ci il təvəllüdlü X10r. Cavabdeh nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, cavabdeh İdris Şükürovun iddia ərizəsi əsasında Sizin sədrliyiniz ilə Salyan Rayon Məhkəməsinin 2(057)-1612/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşağın iddiaçının yanında qalması və iddiaçı tərəfin verilmiş ərizə əsasında uşağın saxlanması üçün cavabdehin əmək haqqının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Göründüyü kimi iddiaçı eyni tələb üzrə yenidən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edirlər. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:00-da təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən Bakı Kommersiya Məhkəməsində prosesdə olduğundan iştirak edə bilmir, iştirakları olmadan hazırlıq iclasının keçirilməsini, alimentin əmək haqqı və hər cür gəlirlərə yönəlməklə 1/4 hissədə tutulması üçün sübut kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-14/2-5203/24 saylı məktubun nəzərə alınmasını və əlavə təqdim ediləcək sübutun olmayacağı üçün məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh ona hüquqi xidmətin göstərilməsi üçün xx.xx.2024-cü il tarixdə onunla müqavilə bağlamışdır. Əvvəlcədən eyni vaxta başqa məhkəmədə məhkəmə iclası təyin olunduğu üçün hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilmir. Onun üçün məhkəmə hazırlıq iclasının təxirə salınaraq onu ərizədə qeyd olunan məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № seriyalı, 258828 nömrəli X4 görünür ki, Cavabdeh ilə X11 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən gizir Cavabdeh “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin ksero surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X14 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasının üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və tərəflərin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Salyan Rayon Məhkəməsinin e- 2(057)-1612/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Salyan rayon X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyində xx.xx.2018-ci il tarixdə, 19 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X8 cavabdeh İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay, qazancın və (və ya) başqa gəlirlərinin ¼ (dördə bir) hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Salyan Rayon Məhkəməsinin e-2(057)-1612/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, e-2(057)- 2100/2024 saylı mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və MPM-nin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair e-2(057)-2100/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar