Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2118/2025 05.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə “KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1505 AZN (min beş yüz beş manat) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 35.05 AZN (otuz beş manat beş qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddianı onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E220” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş RN-452399EY088N10120714 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 132203 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır.Müstəqil Ekspert N.Məmmədov tərəfindən təqdim edilən “avtomobil qəzası nəticəsində dəymiş zərərin hesablanması cədvəlinə əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı“KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 6505 AZN zərər dəymişdir. 4. Cavabdehin icbari sığortası tərəfindən 5000 AZN sığorta ödənişi zərərçəkənə ödənildiyi üçün geri qalan 1505 AZN sığorta ödənişi iddiaçı sığorta şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli A formatlı ödəniş tapşırığına əsasən, sığortalı X1 bank hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Həmçinin iş materiallarında olan forma 4 arayışı, tərəflərin izahatlarından da aydın olur ki, yol-nəqliyyat hadisəsi məhz cavabdehin təqsiri ucbatından baş vermiş və sığortalanmış əmlaka maddi zərər yetirilmişdir. Cavabdehə pretenziya məktubu göndərilmiş, şifahi əlaqə yaradılsa da bu günə qədər heç bir ödəniş edilməmişdir. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Odur ki, 1505 AZN (min beş yüz beş manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. “Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinəsığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 459.1-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz etməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran (həm hüquqi, həm də ki fiziki) şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu Məcəllənin 936.5-ci maddəsinə istinadən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericilyə əsasən dəyən zərər görə və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E220” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş RN-452399EY088N10120714 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 132203 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır.Müstəqil Ekspert N.Məmmədov tərəfindən təqdim edilən “avtomobil qəzası nəticəsində dəymiş zərərin hesablanması cədvəlinə əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı“KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 6505 AZN zərər dəymişdir. 4. Cavabdehin icbari sığortası tərəfindən 5000 AZN sığorta ödənişi zərərçəkənə ödənildiyi üçün geri qalan 1505 AZN sığorta ödənişi iddiaçı sığorta şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli A formatlı ödəniş tapşırığına əsasən, sığortalı X1 bank hesabına köçürülmüşdür. Odur ki, 1505 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh “KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1505 AZN (min beş yüz beş manat) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 35.05 AZN (otuz beş manat beş qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına keçirilməlidir. Həmçinin, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 35,05 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Cəmiyyətin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “KİA K7” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1505 AZN (min beş yüz beş manat) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 35.05 AZN (otuz beş manat beş qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-2118/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2118/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver