Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-879/2024 11.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “Lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12500 manat məbləğində pul və ödənilmiş 127.50 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli MAS-5414 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar LX minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801670 ban nömrəli, ağ rəngli avtomobil 13450 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17.5 % hesablanmaqla 44 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 357.51 manat, ümumilikdə isə 17630 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və “Azərmaş" MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(057)-651/2023 saylı qətnaməsi ilə (hakim A.Səmədov) İddiaçı MMC-nin iddasını təmin edilərək, müqavilənin ləğv edilməsi, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1643.62 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətindən olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə Baş Dövlət Yol Polis İdarəsinin müvəqqəti duracağında saxlanmaqdadır. Servis mərkəzi tərəfindən tərtib edilmiş zərərin qiymətləndirilməsinə dair akta əsasən avtomobil tam yararsız vəziyyətdə olduğu və avtomobilin real bazar dəyəri 12500 manat təşkil etdiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, avtomobilin real bazar dəyəri olan 12500 manat məbləğində pul İddiaçı MCC-nin xeyrinə tutulmalıdır. İddiaçı MMC-nin nümayəndəsi X2 elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi və adına olan mobil nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmədə elan olunmuş 10 avqust 2022-ci il tarixli MAS-5414 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 13450 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 1900 manat məbləğində lizinq ödənişini lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 1900 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 44 ay müddətində illik 17.5 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materiallarında olan “X4” MMC tərfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 1812/829 nömrəli aktın surətindən görünür ki, Xəzər avtomobillərinin rəsmi servis mərkəzinin mütəxəssisləri tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin duracağında yerləşən “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi texniki baxış zamanı həmin nəqliyyat vasitəsinin tam yararsız olduğu müəyyən edilmişdir. 2021-ci il buraxılışlı, “Khazar LX” markalı avtomobillərin normal vəziyyətdə respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 12500 manat təşkil edir. Hal-hazırda 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalıq dəyəri 1200 manat məbləğində müəyyən edilir. İş materialında olan xx.xx.2022-ci il tarixli, MAS-5414 saylı X1 1 saylı əlavədən görünür ki, “Khazar LX” minik markalı, NVABA1HHFMF801670 ban nömrəli, ağ rəngli avtomobilin dəyəri 13450 manat təşkil edir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli, MAS-5414 saylı X1 2 saylı Əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 13450 manat məbləğində olan “Khazar LX” minik markalı, NVABA1HHFMF801670 ban nömrəli avtomaşını sifariş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X2 və Cavabdeh, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-651/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli MAS-5414 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh 10 avqust 2022-ci il tarixli MAS-5414 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 fevral 2023-cü il tarixə 795,72 manat gecikdirilmiş əsas, 634,21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 113,29 manat dəbbə pulu və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdığı bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçı təşkilatdan lizinq müqaviləsi əsasında “Khazar LX” minik markalı, NVABA1HHFMF801670 ban nömrəli, ağ rəngli avtomobil götürmüş, lakin daxili lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, avtomobili iddiaçıya qaytarılmış və xx.xx.2024-cü il tarixdə avtomobilə dəymiş zərər 12500 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də, lizinq obyektinin sahibi avtomobilə dəymiş zərəri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı xx.xx.2024-cü il tarixli mütəxəsis arayışını şübhə altına alan, zərərin daha az olmasına ehtimal verən hallar aşkar edilməmişdir. Bu baxımdan avtomobilə dəymiş zərərin miqdarını təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə mütəxəsis tərəfindən tərtib olunmuş arayışı mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın mütəxəsis arayış ilə müəyyən edilmiş mədləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, Cavabdeh iddiaçının xeyrinə 12500 manat tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 127.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan başqa, Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 127.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12500 manat məbləğində pul və ödənilmiş 127.50 manat dövlət rüsumu alınıb İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12500 manat məbləğində pul və ödənilmiş 127.50 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-879/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-879/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver