Məhkəmə qərarları › İş №e-2(057)-893/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-893/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-893/2024 10.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Aliment ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə rəsmi nikahı yoxdur. Anası Cavabdeh olan Damla adlı 1 uşağı var. Bu barədə Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi vardır. xx.xx.2018-ci il təvəllüdlü X1 Nərgiz Ədalət qızının yanındadır. Həmçinin uşaqla onun hər hansı formada ünsiyyətə girməsinə mane olur. Həmçinin başqa şəxslə nikaha daxil olub və onunla birlikdə yaşayır. Belə olan halda ondan haqsız əsassız olaraq aliment tələb edir. Niyyəti aliment olan cavabdeh Salyan Rayon Məhkəməsinin qətnaməsinin olmasına baxmayaraq bugünə qədər onun uşağın atası olmasını təsdiq edən doğum haqqında şəhadətnaməni də almamışdır. Amma onu alimentin ödənilməsinə məcbur edir. Özü deyil başqa şəxslərə aliment alınmasından ötrü də etibarnamə vermişdir. Onun aldığı maaş ancaq öz tələbatını ödəyir. Subaydır. Hazırda aliment ödədiyi üçün evlənə bilmir. Cavabdeh isə evlənib, həmçinin onun alimentini də alır. Mediatorun apardığı ilkin mediasiya prosesində iştirak etmişdir və qarşı tərəf iştirak etmədiyi üçün razılığa gəlmək mümkün olmadığından və ilkin mediasiya sessiyasına iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsi kifayət qədər əsaslıdır və tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəklərini nəzərə almaqla qeyd olunanları məhkəmə çıxışı kimi nəzərə alınmasını və iştirakları olmadan prosesin keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti Başçısının Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş məlumatdan görünür ki, cavabdeh hazırda Balakən rayonu, Hənifə kəndində yaşayır və evlidir. Salyan Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Damla adlı uşağın atası Hüseynov (Hüseynzadə) Şamxal İlqar oğlu olması müəyyən edilsə də qətnamə bu günə kimi icra edilməmişdir. Uşaq atanın adına keçirilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iddianı müdafiə edir. Uşağın bioloji atasıdır. Uşaqdan heç bir xəbəri yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ailə qursa da, cavabdeh bir ata kimi öz övladı qarşısında olan borcunu yerinə yetirməlidir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, iddianın qismən təmin edilməsi, anası Cavabdeh olan xx.xx.2018-ci ildə anadan olmuş Damla adlı uşağın atası, milliyəti azərbaycanlı olan xx xxxxxx 1995-ci ildə anadan olmuş X7 olmasının müəyyən edilməsi, xx.xx.2018-ci ildə anadan olmuş Damla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci ildən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment X2 alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarının ksero surətlərindən görünür ki, İddiaçı oğu tərəfindən qeyd olunan tarixlərdə Cavabdeh hesabın 280 manat aliment ödənişi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin xx.xx.2019-cu il tarixli, 230/2019-MTBŞ saylı rəyinin ksero surətindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olması təsdiq olunmuş, X4 isə həmin uşağın bioloji atası olması inkar olunmuşdur. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən Salyan Rayon Vəkil Bürosuna ünvanlanmış 5-67-16/2-08/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubun ksero surətindən görünür ki, vətəndaş Cavabdeh hazırda Balakən rayonu, Hənifə kəndində yaşayır və dediyinə görə Türkiyə vətəndaşı X13 ilə rəsmi nikahdadır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən Salyan rayon Vəkil Bürosuna ünvanlanmış 27 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Damla adlı qız övladının doğumu xx.xx.2018-ci il tarixdə Salyan rayon Şorsulu kənd İƏN-i tərəfindən 07 nömrəli aktla dövlət qeydiyyatına alınmış və həmin doğum faktının dövlət qeydiyyatı qanunvericiliyin tələbinə uyğun olaraq nikahdan doğulmuş uşağın doğumu üçün müəyyən edilmiş qaydada aparılmışdır. Bundan sonra Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(057)-146/2019 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü Damla Muradovanın doğumu haqqında akt qeydində dəyişiklik olunaraq, ata haqqında qeydin əsasları və məlumatlar silinmiş və ata haqqında məlumatlar (tək anadan doğulmuş uşağın doğumu üçün müəyyən edilmiş qaydada) ananın göstərişinə əsasən yazılmışdır. Göstərilənlərdən sonra müvafiq doğum haqqında akt qeydində hər hansı dəyişiklik aparılmamış, eləcə də sorğuda bəhs olunan atalığın müəyyən edilməsinə dair müvafiq məhkəmə qərarının icrası ilə bağlı Salyan rayon Qeydiyyat Şöbəsinə müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh arasında rəsmi nikah olmamışdır. Onlar birgə yaşadıqları müddətdə xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə 130 manat aliment tutulması qət edilmişdir. İddiaçı aliment ödənilməsindən azad olunmasını qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır. Bu baxımdan iddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, onun uşağı ilə ünsiyyətdə olmaması, cavabdehin ailə qurması, cavabdehin məhkəmənin qətnaməsinin icrası ilə bağlı təşəbbüs göstərməməsi özü-özlüyündə həmin uşağın saxlanması ilə bağlı tutulmalı olan aliment öhdəliklərindən azad olunması üçün əsas hesab edilə bilməz. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının maddi vəziyyətində heç bir dəyişiklik olmadığından, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyindən və İddiaçı tutulan aliment məbləği yaşayış minimumundan da az olmaqla 130 manat təşkil etdiyindən iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdən görünür ki, iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilsə də dövlət rüsumu ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıdan 50 manat ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 (əlli) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar