Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1122/2025 19.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi - vəkil Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xeyrinə tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək azaldılması, yəni xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pulməbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikahları olmasa da, ailə münasibətlərindən xx.xx.2011-ci ildə X8 adlı bir övladı anadan olmuşdur. Bir müddət cavabdehlə ailə kimi yaşasalar da, sonradan aralarında yaranan narazılıqlara görə faktiki olaraq ayrılmış və Samux Rayon Məhkəməsinin 2(058)-241/2019 nömrəli qətnaməsi ilə ondan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. O, alimenti hər ay ödəyir, hazırki vəziyyətdə isə aliment məbləği həddindən artıq çox artırılmışdır. Alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün mediasiya təşkilatına da müraciət etmiş və müvafiq arayış verilmişdir. İlkin mediasiya xərci və məhkəməyə müraciət üçün dövlət rüsumu tam şəkildə onun tərəfindən ödənilmişdir. Məhz bu səbəblərdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aliment məbləğinin kəskin artırılması ilə əlaqədar məhkəmənin indeksasiya ilə bağlı qərardadı çıxarılarkən onun ikinci dəfə ailə həyatı qurması və həmin nikahdan doğulmuş 3 azyaşlı uşağı nəzərə alınmamışdır. O, 10 fevral 2014-cü il tarixdə Arazova (Salmanova) Sahibə Sahib qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 2014-cü il təvəllüdlü Hüseyn Arazov, 2015-ci il təvəllüdlü Həsən Arazov, 2019-cu il təvəllüdlü Mələk Arazova doğulmuşlar. O, həmin uşaqların saxlanılmasında və əvvəlki aliment məbləğinin ödənilməsində çətinlik çəkir, əvvəlki alimentlərini isə vaxtında ödəmişdir. Hazırda Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-67/2025 nömrəli qərardadından aydın olur ki, o, ayda 368 manat aliment ödəməlidir. Bu isə onun imkanları xaricindədir, o qədər aliment ödəməsi mümkünsüz olmaqla, gələcəkdə məhkəmə qərarının da icrasını mümkünsüz edir, halbuki o, hazırki günə kimi vaxtlı-vaxtında məhkəmə qərarını icra etmiş və alimenti ödəmişdir. O, ayda təxmini olaraq maksimum 140 manat, yəni əmək haqqının 0,35 misli miqdarında aliment ödəyə bilər. Bir valideyn kimi oda istəyir ki, uşağını daha yüksək səviyyədə yetişdirib boya-başa çatdıra bilsin. Hazırda aliment məbləği 120 manatdan 368 manata qaldırılmaqla 3 dəfədən də çox artırılmışdır. Onun həmin məbləği ödəməyə imkanı yoxdur. Bundan başqa, ikinci dəfə qurduğu ailə həyatında arvadı və uşaqlarından başqa həm atası, həm də anası onun himayəsindədirlər və xəstəlikləri də vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - vəkil Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-67/2025 nömrəli qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-241/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuşdur. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Arazova (Salmanova) Sahibə Sahib qızının nikahları xx.xx.2014-cü il tarixdə 91 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X9 doğulmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X11 doğulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X10 doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Məhsəti qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı həqiqətən Gəncə şəhəri, Məhsəti qəsəbəsində qeydiyyatsız yaşayır və ailə tərkibi arvadı-xx.xx.1995-ci il təvəllüdlü X6, oğluxx.xx.2014-cü il təvəllüdlü X9, oğlu-xx.xx.2015-ci il təvəllüdlü X11 və qızı-xx.xx.2019-cu il təvəllüdlü X5 ibarətdir. İşə əlavə edilən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində maşinist-asfalt döşəyən kimi çalışır və 900 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə X6 ilə nikaha girmiş, həmin nikahdan xx.xx.2014-cü il tarixdə X9, xx.xx.2015-ci il tarixdə X11 və xx.xx.2019-cu il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-67/2025 nömrəli qərardadına əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-241/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş və həmin alimentin məbləği faktiki olaraq 368 manat məbləğində müəyyənləşdirilmişdir (0,92 x 400 manat). Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində 368 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qanunamüvafiq sayılmamalıdır. Çünki, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddindən çox yüksəkdir və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun deyildir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə ailə münasibətlərindən doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-241/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş və Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-67/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh aliment alan tərəf kimi məhkəmə xərcini ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin əvəzini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-241/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş və Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-67/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-1122/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1122/2025
19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver