Məhkəmə qərarları › İş №e-2(058)-232/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-232/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-232/2025 10.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı və cavabdeh İsgəndrova (Çengel) Qaragöz Balı qızının iştirakları ilə, İddiaçı cavabdeh İsgəndərova (Çengel) Qaragöz Balı qızına qarşı “uşağın atası olmamasının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasından adının silinməsinin qeydiyyat orqanına həvalə edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2010-cu il tarixdə doğulmuş X2 atası olmamasının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasından adının silinməsinin qeydiyyat orqanına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, X3 ilə rəsmi nikaha daxil olmaqla 11 sentyabr 1989-cu ildə Daşkəsən rayon Zəylik kənd sovetliyində 11 saylı qeydə aldırmaqla ailə qurmuşdur. Nikahlarından 20 yanvar 1990-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur. Samux Rayon Məhkəməsinin 2(058)-668-2014 saylı qətnaməsi ilə Elşən onun himayəsinə Polad isə cavabdehin himayəsinə verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, xx.xx.2010-cu il təvəllüdlü X7 onun övladı deyil. Bununla bağlı onun heç bir məlumatı olmamışdır, Poladın onun övladı olmasını bilmişdir. Bu səbəbdən də atalığın mübahisəsi və doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi,xx.xx.2010-cu il tarixdə doğulmuş X2 doğum akt qeydinin ata qrafasında "X4" qeydi ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirid ki, ekspertin imtinasından da göründüyü kimi müəyyən səbəblərdən ekspertiza üçün lazımi olan reaktivlərin ekspertə təqdim edilməsi mümkün olmadığından rəyin verilməsindən imtina edilmişdir. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İsgəndrova (Çengel) Qaragöz Balı qızı iddianı qəbel etdiyini və iddiaçının həqiqətən də iddia tələbində sözügedən uşağın atası olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübütlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: AZ-İİİ № 801526 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-ci il tarixdə Samux rayonunda doğulmuş X2 atası İddiaçı, anası X5r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin tərəfindən, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə təyin olunmuş məhkəmə-tibbi genetik ekspertizasına əsasən rəyin verilməsindən imtina barədə məlumatda qeyd olunmuşdur ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflər şöbəyə gəlmiş, lakin məhkəmə-tibbi genetik ekspertizasının keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin iddianı qəbul etməsinə baxmayaraq məhkəmə, uşağın mənafeyini nəzərə alaraq obyektiv həqiqətə nail olmaq üçün iş üzrə məhkəmə tibbi-genetik ekspertizanın təyin olunmasını məqsədə müvafiq hesab etmiş, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsi sözügedən ekspert rəyinin verilməsindən ekspertizaya lazımi olan reaktivlərin ekspertə təqdim olunmaması əsası ilə imtina etmişdir. Qanunvericiliyin tələbinə görə tərəflərin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğundan və hazırki iş üzrə məhkəmənin mötəbər saya biləcəyi ekspert rəyinin verilməsi üçün tərəflər lazımi şərait yaratmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar