Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-711/2024 28.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, azyaşlı uşaqların onun himayəsində qalması, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə Bərdə rayonu, Zümürxan kənd icra nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı üç övladı anadan olmuşdur. Cavabdehlə xasiyyətlərinin tutuşmaması nəticəsində bir yerdə yaşamaqları baş tutmamışdır və aralarında olan ər-arvad münasibətləri faktiki olaraq kəsilmiş, həmin vaxtdan ər-arvad münasibətləri yoxdur. Cavabdehlə barışmaları, birgə ailə həyatının davam etdirilməsi və ailənin qorunub saxlanması alınmır. Nikahları formal xarakter daşıdığından, barışıb bir ailə kimi yaşamaları mümkün deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi – Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı ilə aralarında olan nikahın pozulmasına razı deyil. O, dəfələrlə iddiaçı ilə barışmaq istəmiş, lakin iddiaçı onunla barışmamışdır. Onun üç övladı vardır, hər həftənin bazar günləri övladları üçün bazarlıq etmiş, uşaqların maddi tələbatını ödəmişdir. Onun anası xəstədir, özü isə 2-ci qrup əlil olmaqla maddi imkanı zəifdir. Bu səbəbdən də, cəmi 400 manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixdə Bərdə rayonu, Zümürxan kənd İcra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2013-cü ildə 35 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Bərdə rayonu, Zümürxan kənd İcra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Bərdə rayonu, Zümürxan kənd İcra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər uzun müddətdir ki, ailə münasibətlərini kəsmiş, ər-arvad kimi yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşamaqla müstəqil təsərrüfatı idarə edirlər. Onların nikahları formal xarakter daşıyır. Ailənin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcələsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, uşaqların yaşı və mənafeyi nəzərə alınmaqla xx.xx.2014cü il tarixdə anadan olmuş X5, xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 nikahın pozulmasından sonra iddiaçının yanında saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə tərəflərin birgə yaşamalarının qeyri-mümkünlüyünü, eyni zamanda onlara verilmiş 3 aylıq müddət ərzində barışmadıqlarını, iddiaçı tərəfin nikahın pozulmasına təkid etməsini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında olan nikah pozulmalı, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcələsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də, tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bərdə rayon Zümürxan kənd İcra nümayəndəliyində 35 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X5, xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 nikahın pozulmasından sonra İddiaçı yanında saxlanılsınlar. Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X2, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamənin “alimentlə bağlı hissəsi” qəbul edildikdən sonra dərhal qüvvəyə minir və həmin hissədə dərhal icraya yönəldilsin. İddia tələbi alimentlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-711/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-711/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver