Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-196/2022 01.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə yaşayış və istifadə hüququ tanınmaqla, bu evə köçürülməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızına qarşı “kompensasiya verilməklə onun mülkiyyətindəki evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış və istifadə) itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə yaşayış və istifadə hüququ tanınmaqla, bu evə köçürülməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu Siyəzən rayonunun B.Bayramov küçəsindəki 160 saylı evə yaşayış və istifadə hüququnun tanınması, eləcə də həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızına qarşı “kompensasiya verilməklə onun mülkiyyətindəki evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış və istifadə) itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 5000 manat məbləğində kompensasiya verilməklə, onun mülkiyyətindəki Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən 160 saylı evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış, istifadə) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, tərəflər 30 yanvar 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, evlənmiş, habelə bu nikahdan 13 mart 2007-ci il tarixdə Aynur və 04 aprel 2010cu il tarixdə Nuray adlı iki qız, 24 noyabr 2014-cü il tarixdə Əkbər adlı bir oğlan övladları doğulmuşdur. İlk iddia üzrə İddiaçı 22 mart 2021-ci il tarixdə yaşadığı fərdi yaşayış evindən cavabdeh tərəfindən qovulmuş və 02 aprel 2021-ci il tarixdə nikahın pozulması tələbi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edilmiş, bu məhkəmənin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı və sonuncunun himayəsində qalan Aynur və Əkbər adlı uşaqları yaşadığı, eləcə də qeydiyyatda olduğu ünvana buraxmır, sonunculara məxsus geyim, həmçinin, cehiz əşyalarını vermir. İlk iddia üzrə Cavabdeh keçmiş arvadının və adları qeyd edilən uşaqların mənzildən istifadə hüquqlarına mane olur. Həmin evin inşasında ilk iddia üzrə iddiaçının atası Balami Əzizov maddi köməklik göstərmişdir. İlk iddia üzrə İddiaçı nikah pozulduqdan sonra fərdi yaşayış evindən istifadə hüququnun yaranması 01 sentyabr 2000-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənir. İstifadə hüququnun əmələ gəlməsi, həyata keçrilməsi şərtləri və xitamı mülkiyyətçisi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşir. Bu zaman ailə üzvlərinin (ər-arvad) istifadə hüququnun yaranması üçün müqavilə tələb olunmasa da, digər şəxslərin istifadə hüququnun yaranması üçün müqavilə şərtdir. Ailə münasibətlərinə xitam verildikdə istifadə hüququ saxlanılır. Mülkiyyətçinin istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi ona bazar qiymətinə uyğun kompensasiya ödənilməklə, mümkündür. Lakin, hüquqlarını təmsil etdiyi şəxs qarşı tərəfin təklif etdiyi kompensasiyanın məbləğindən narazıdır. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ilk iddia üzrə iddiaçı ilə əvvəlcə 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla, evlənsə də, 30 yanvar 2007-ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. Onların birgə nikahından 13 mart 2007-ci il tarixdə Aynur və 04 aprel 2010-cu il tarixdə Nuray adlı iki qız, 24 noyabr 2014-cü il tarixdə Əkbər adlı bir oğlan övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında ailə münasibətləri normal olsa da, sonradan bu münasibətlər pisləşmiş, 22 mart 2021-ci il tarixdə qarşılıqlı iddia üzrə cavabdehin ona xəyanət etməsi üzə çıxdığından, özü könüllü olaraq, uşaqları tək qoyub evdən qaçıb getmişdir. Hətta, İddiaçı onun evində olarkən sonuncunun xəyanətinin üstü açılmış, “İnstagram” adlanan sosial şəbəkədə tanış olduğu yad bir kişini evə dəvət etdiyi zaman onları bir yerə tutmuş, həmin vaxtdan bu günə kimi qarşılıqlı iddia üzrə cavabdeh evi tərk edərək getmişdir. Sonradan qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə müraciət etmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmaqla, birgə nikahdan doğulmuş Aynur və Əkbər anaları İddiaçı himayəsində və yanında saxlanılmış, Nurayın isə ondan alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya qaydasında şikayət vermiş və iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Mübahisəli evi 26 dekabr 2006-cı il tarixdə Firudin adlı şəxsdən aldığı 0,05 ha torpaq sahəsi üzərində 2007-ci ilin yanvarfevral aylarında, birgə nikah dövründə inşa etdirməyə başlamış, 2008-ci ildə yaşayışa tam yararlı olan bu evə 2012-ci ildə ailəsi ilə birgə köçüb, yaşamağa başlamışdır. Keçmiş qayınatası Balami Əzizovun evin tikintisində təmənnasız iştirak etməsi, həmçinin maddi köməklik göstərməsi barədə deyilənlər yalandır. Ona qarşı tərəfdən hər hansı köməklik göstərilməmiş, habelə Balami Əzizova gördüyü işlərin müqabilində zəhmət haqqı vermişdir. 2021-ci ilin mart ayınadək qarşı tərəflə normal ailə münasibətlərində olmuşdur. Həmçinin, keçmiş arvadı İddiaçı ona xəyanət etməsindən sonra onunla eyni evdə birlikdə yaşamaq mümkün olmayacaqdır. Ona görə də qarşı tərəfə müəyyən məbləğdə kompensasiya verməklə, sonuncunun həmin evə dair bütün hüquqlarına xitam verilməsini istəyir. Mübahisəli evin aylıq kirayə haqqının 100-120 manat civarında olmasını nəzərə alaraq, qarşılıqlı iddia üzrə cavabdehə 5000 manat məbləğində kompensasiya təklif edir və bu məbləğin ilk iddia üzrə iddiaçının fasiləsiz olaraq müəyyən müddət (3 il) kirayədə yaşaması üçün yetərli olacağını hesab edir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin, ilk iddia üzrə cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırmaqla belə hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, şahid X4 ifadəsində göstərdi ki, əvvəllər inşaat sahəsində işləsə də, hazırda səhhəti ilə bağlı bu işlərdə çalışmır. Qızı İddiaçı hazırda onunla birgə qalır. Bundan başqa, qızı İddiaçı 2005-ci ilin payız aylarında əvvəlcə keçmiş əri Cavabdeh Siyəzən rayonunun Gilgilçay qəsəbəsində yerləşən evinə gəlin köçmüş, sonradan Cavabdeh valideynləri Siyəzən şəhərində torpaq alaraq ev tikdirmək qərarına gəlmişlər. Bu məqsədlə onlar 2006cı il tarixdə Cavabdeh Firudin adlı şəxsdən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınmasında təşkil etmiş, torpağın pulunu isə Cavabdeh öz vəsaiti hesabına ödəmişdir. Həyətin hasarını özü hörmüş, həmçinin öz vəsaiti hesabına mişarı daşı almışdır. Bundan başqa, o, evin suvaq işlərini görmüş, döşəmə və tavanı vurmuşdur. Mübahisəli ev 2012-ci ildə tam hazır olduqdan sonra, keçmiş yeznəsi Elşən və qızı Bədriyyə uşaqları ilə birgə bu evə köçüb, 22 mart 2021-ci il tarixədək orada yaşamışlar. İşdə olan Siyəzən rayon Gil-Gilçay icra nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 122802 və 122801 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 122800 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan Aynur 13 mart 2007-ci il, Nuray 04 aprel 2010-cu il tarixdə Siyəzən rayonu, Gil-Gilçay qəsəbəsində, Əkbər isə 24 noyabr 2014-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 26 dekabr 2006-cı il tarixdə reyestrdə 4Ə-354 nömrə ilə qeyd edilmiş müqavilənin, eləcə də Siyəzən Rayon İcra Hakimiyyətinin 07 dekabr 2010-cu il tarixli, 281 nömrəli sərəncamının surətindən görünür ki, X1 Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə verilmiş 0,05 ha torpaq sahəsini bütünlüklə Cavabdeh 1200 manata satmış, habelə 07 dekabr 2010-cu il tarixdə sonuncuya bu torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 24 noyabr 2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən ümumi sahəsi 114,4 kv.m-dən ibarət 160 saylı fərdi yaşayış evi həmin tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına **********63-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət edərkən mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmiş, Cavabdeh isə qarşılıqlı iddia tələbi üçün 70 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında dinlənilmiş izahatlar, şahid ifadəsi, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, Cavabdeh 26 dekabr 2006-cı il tarixdə mübahisəli tikilinin yerləşdiyi 0,05 ha torpaq sahəsini əvvəlki sahibi X2 1200 manata satın almış, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin 07 dekabr 2010-cu il tarixli sərəncamı ilə Cavabdeh bu torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Buna qədər tərəflər əvvəlcə 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla, evlənsə də, 30 yanvar 2007-ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. Onların birgə nikahından 13 mart 2007-ci il tarixdə Aynur və 04 aprel 2010-cu il tarixdə Nuray adlı iki qız, 24 noyabr 2014-cü il tarixdə Əkbər adlı bir oğlan övladları doğulmuşdur. Bundan əlavə, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 2007-ci ilin yanvarfevral aylarından etibarən 26 dekabr 2006-cı il tarixdə Cavabdeh tərəfindən satın alınmış Siyəzən şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilməyə başlanmış, 2008-ci ildə yaşayışa tam yararlı olan bu evə tərəflər 2012-ci ildə köçüb, uzun müddət etibarlı ailə münasibətlərində yaşamağa başlamışlar. Sonradan tərəflər arasında münasibətlər kəskinləşmiş, həmçinin İddiaçı (Əzizova) münasibətlərin pozulması ilə əlaqədar 22 mart 2021-ci il tarixdə Cavabdehlə birgə yaşamaqla, birgə təsərrüfat idarə etdiyi mübahisəli evi tərk etməyə məcbur qalmışdır. Bundan sonra, tərəflər arasında olan nikah Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, habelə onların birgə nikahından doğulmuş uşaqlar İddiaçı (Əzizovanın) himayəsinə verilmişlər. Hazırda Cavabdeh İddiaçı (Əzizovanın) mübahisəli evdən təyinatı üzrə yararlanmasına maneələr yaratmışdır. Bu səbəbdən də, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Yenə bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Ailə Məcəllsinin 32.1-cü maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-cü maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qeyd olunan Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-cü maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə inşa edilmiş və bu hal tərəflərin izahatları, şahid ifadəsi, eləcə də işin faktiki halları ilə öz təsdiqini tapmış, habelə bunun əksini təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi vəsaiti hesabına inşa edildiyindən məhkəmə hesab edir ki, mübahisəli ev Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın ümumi mülkiyyəti hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Beləliklə işin faktiki hallarından və təqdim olunmuş sübutlardan görünür ki, ilk iddia üzrə İddiaçı (Əzizova) Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən mübahisəli 160 saylı fərdi yaşayış evində qarşılıqlı iddiaçı Cavabdehlə birgə mülkiyyətçi kimi bərabər yaşamış və o, heç vaxt bu hüququnu itirməmişdir. İlk iddia üzrə İddiaçı (Əzizovanın) mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən istifadə edə bilməməsi onun həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Odur ki, ilk iddia üzrə İddiaçı (Əzizova) mübahisəli fərdi yaşayış evində digər mülkiyyətçi ilə bərabər yaşamaq ixtiyarına malikdir və o, qeyd edilən yaşayış sahəsindən hər hansı bir maneə olmadan istifadə etməli, onun normal yaşayış yeri və layiqli həyat şəraiti təmin edilməlidir. Bununla da, məhkəmə ilk iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, ilk iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə ilk iddia tələbinin “mübahisəli fərdi yaşayış evinə İddiaçı (Əzizovanın) yaşayış hüququnun tanınması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göründüyü kimi istifadə hüququ yaşayış hüququndan geniş anlayış olmaqla, özündə əmlakdan fayda götürməni ehtiva etdiyindən, yaşayış hüququ istifadə hüququ ilə birgə eyni hüquqi nəticəni formalaşdırır. Yəni, yaşayış sahəsindən istifadə edilməsi, habelə bu hüququn tanınması elə yaşayış hüququnun təmin edilməsi kimi başa düşülməli və nəzərə alınmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə, İddiaçı (Əzizovaya) kompensasiya verilməklə onun mülkiyyətindəki evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış və istifadə) itirilmiş hesab edilməsini tələb etsə də, kompensasiya institutu yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) şamil edilir. Qeyd edilən şəxslər isə mülkiyyətçi deyil, əmlak hüquqlarına malik həmin əmlakın mülkiyyətçisi olmayan şəxslər kateqoriyasına aiddirlər. Hazırda, İddiaçı (Əzizova) mübahisəli evin digər mülkiyyətçisi kimi payı müəyyənləşdirilməyən ümumiliyin iştirakçısıdır. Bu mənada, ümumi birgə mülkiyyətdə (payı müəyyənləşdirilməyən) olan mülkiyyətçinin hüquqlarına xitam verilməsi isə Mülki Məcəllənin 223-cü maddəsi həll edilməlidir. Yəni, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilə bilər. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası Mülki Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Bu mənada, məhkəmə iclasında müəyyən edildi ki, qarşılıqlı iddiaçı qarşılıqlı tələblə məhkəməyə müraciət edərkən, mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, habelə ilk iddiaçıya münasibətdə kompensasiya institutunun tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 160 saylı fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla, həmin evə köçürülməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızına qarşı “kompensasiya verilməklə onun mülkiyyətindəki evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış və istifadə) itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş 50 manat və iddia tələbi üzrə ödənilmiş 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında ilk iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehdən tələb edilmədiyindən həmin məbləğ ilk iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, qarşılıqlı iddia tələbi rədd edildiyindən bu tələb üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin olunsun. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 160 saylı fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla, həmin evə köçürülsün. İlk iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərci ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızına aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızına qarşı “kompensasiya verilməklə onun mülkiyyətindəki evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış və istifadə) itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-196/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-196/2022
01.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver