Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-309/2023 02.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı X1 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə iddiaçı X1 Cavabdeh qarşı "avtomobilin hərracda satılaraq, əldə edilmiş məbləğin paylara mütənasib bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı "avtomobilin hərracda satılaraq, əldə edilmiş məbləğin paylara mütənasib bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılaraq, əldə edilmiş məbləğin paylara mütənasib, yəni ½ nisbətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 20 iyul 2018-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçərək evlənmiş, birgə nikahdan 06 may 2019-cu il tarixdə Selcan adlı bir övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlaırnda münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş, Siyəzən Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh “X7 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtobomobili birgə nikah dövründə əldə etmiş, o da bu səbəbdən 2020-ci ildə Siyəzən Rayon Məhkəməsinə “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbi ilə müraciət etmişdi. Məhkəmə baxışı zamanı cavabdeh və qeyriləri ona qarşı “birgə nikah dövründə yaranmış 20000 manat borcun ½ hissəsinə payının müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə onun iddiasının qismən təmin edilməsi, mübahisəli avtomobilin iş üzrə digər cavabdeh olan X3 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesabın etibarsız hesab edilməklə, bu avtomobilin üzərində Cavabdeh ilə onun ½ hissədə paylarının müəyyən edilməsi, ilk iddianın qalan hissədə, eləcə də, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(105)- 1463/2021 saylı, qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 15 noyabr 2021-ci il tarixli, 2(102)-5607/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(105)- 1463/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra, o, cavabdehə qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin paylarına mütənasib naturada bölünərək ayrılması, avtomobilin naturada bölgüsü mümkün olmadıqda, həmin avtomobildə dəyəri 20000 manat olan payının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(059)-576/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Beləliklə, cavabdehlə aralarında razılığa gələ bilmədiklərindən hesab edir ki, avtomobilin hərracda satılaraq bölgüsü mümkündür. Halhazırda avtomobilin naturada bölgüsü mümkün olmadığı üçün, həmçinin avtomobilin satılması və satış pulunun paylara mütənasib bölünməsi barədə aralarında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri iddia ərizəsinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan iddiaçı Gülər Rəcəbova və onun nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(059)-14/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia qismən təmin edilməklə, “X7 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesab etibarsız hesab edilməklə, bu avtomobilin üzərində iddiaçı X1 və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(059)-576/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, X4 ilkin mediasiya sessiyasına müraciət edərkən 55 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 100 manat vəsait də sərf etmişdir. Mübahisənin mahiyyəti üzrə məhkəmə nəzərə alır ki, Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək, hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir neçə icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün daha əvvəlki mərhələlərin qeyrimümkün olduğu müəyyən edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olundu ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli avtomobilə payları müəyyən edilmiş, lakin həmin əmlakın naturada real bölgüsü mümkün olmamışdır. Həmçinin, cavabdeh, mübahisəli avtomobilin digər mülkiyyətçisi Cavabdeh bu məhkəmədə baxılmış əvvəlki iş (2(059)-576/2022 saylı) üzrə izahatında iddiaçı Gülər Rəcəbovaya məxsus payın dəyərini məhz onun tələb etdiyi həcmdə ödənilməsi ilə razı olmadığını bildirmiş, eyni zamanda, həmin məhkəmə iclasında da, hazırda olduğu kimi tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Bu səbəbdən də, iddiaçı Gülər Rəcəbova hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçinin payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu baxımdan paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, “X7 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilmiş pul paylara uyğun, yəni ½ hissədə iddiaçı X2, ½ hissədə isə Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 155 (bir yüz əlli beş) manat məhkəmə xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. “X7 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul paylara uyğun, yəni ½ hissədə iddiaçı X2, ½ hissədə isə Cavabdeh ödənilsin. İddia tələbi üzrə çəkilmiş cəmi 155 (bir yüz əlli beş) manat məhkəmə xərci iddiaçı X1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-309/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-309/2023
02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver