Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-461/2021 03.08.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu iddiaçı Hüseynova (Nurubəyli) Aybəniz Elxan qızının Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Hüseynova (Nurubəyli) Aybəniz Elxan qızı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 02 avqust 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında müəyyən razılığın əldə olunduğunu, bu səbəbdən də hazırda mülki işə baxılması zərurəti aradan qalxdığına görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etdiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, qərara a l d ı m: İddiaçı Hüseynova (Nurubəyli) Aybəniz Elxan qızının Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-461/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-461/2021
03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver