Məhkəmə qərarları › İş №e-2(059)-576/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-576/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-576/2022 30.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə iddiaçı X1 Cavabdeh qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin paylarına mütənasib naturada bölünərək ayrılması, avtomobilin naturada bölgüsü mümkün olmadıqda, həmin avtomobildə dəyəri 20000 manat olan payının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 20 iyul 2018-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçərək evlənmiş, birgə nikahdan 06 may 2019-cu il tarixdə Selcan adlı bir övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlaırnda münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş, Siyəzən Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtobomobili birgə nikah dövründə əldə etmiş, o da bu səbəbdən 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbi ilə müraciət etmişdi. Məhkəmə baxışı zamanı cavabdeh və qeyriləri ona qarşı “birgə nikah dövründə yaranmış 20000 manat borcun ½ hissəsinə payının müəyyən edilməsi” qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə onun iddiasının qismən təmin edilməsi, mübahisəli avtomobilin iş üzrə digər cavabdeh olan X2 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesabın etibarsız hesab edilməklə, bu avtomobilin üzərində Cavabdeh ilə onun ½ hissədə paylarının müəyyən edilməsi, ilk iddianın qalan hissədə, eləcə də, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(105)-1463/2021 saylı, qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 15 noyabr 2021-ci il tarixli, 2(102)-5607/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(105)- 1463/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarın çıxmasına baxmayaraq cavabdehlə aralarında razılığa gələ bilmirlər. Bu səbəbdən də hesab edir ki, avtomobilin natura şəklində bölgüsü mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bu Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hal-hazırda avtomobilin naturada bölgüsü mümkün olmadığı üçün, həmçinin avtomobilin satılması və satış pulunun paylara mütənasib bölünməsi barədə aralarında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi X5 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı tərəfindən avtomobilə qoyulan qiymət real bazar qiymətini əks etdirmir. Bununla belə, iddiaçı tərəfdən ona 20000 manat verilərsə, payın özünə düşən hissəsindən hazırda imtina edə, habelə avtomobili qarşı tərəfə verə bilər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının nümayəndəsi Nəcəfalı Əliyevin və Cavabdeh izahatlarını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 yanvar 2021-ci il tarixli, 2(059)-14/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia qismən təmin edilməklə, “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 adına keçirilməsinə əsas olmuş 14 oktyabr 2019-cu il tarixli arayış-hesab etibarsız hesab edilməklə, bu avtomobilin üzərində iddiaçı X1 və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, iddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci çəkmiş, həmçinin iddia tələbi üzrə 150 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Bu Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Eyni Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, iş üzrə tərəflərin paylı mülkiyyətində olan “X9 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin tərəflərin (mülkiyyətçilərin) müvafiq payına uyğun olaraq, 2 bərabər hissəyə bölünməsi mümkün deyildir. Çünki, avtonəqliyyat vasitəsi - sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi olmaqla, təyinatı sərnişinin, yükün və ya xüsusi avadanlığın yoladüşmə məntəqəsindən təyinat məntəqəsinə çatdırılmasından ibarətdir. Qeyd olunan əşyanın real bölünməsi isə əşyanın təyinatının, habelə yararlılığının itirilməsi üçün əsasdır və belə bir halın baş verməsi əşyadan təyinatı üzrə istifadənin mümkünsüzlüyünü yaradır. Bu səbəbdən də, avtomobilin naturada real olaraq bölünməsi istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti olan avtomobilin tərəflərin paylarına mütənasib olaraq naturada ayrılması mümkün olmadığından və qətnamə yalnız irəli sürülmüş iddia tələbi üzrə çıxarılmalı olduğundan, iddiaçının “avtomobilin paylarına mütənasib naturada bölünərək ayrılması” barədə iddia tələbi əsaslı sayıla bilməz. Bundan başqa, məhkəmə iddia tələbinin “payın dəyərinin digər mülkiyyətçi tərəfindən ödənilməsi (kompensasiya)” tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisənin mahiyyəti üzrə tələbin bu hissəsində məhkəmə nəzərə alır ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Bu Məcəllənin 220.3-cü maddəsinə əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək, hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə, Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli avtomobilə payları müəyyən edilmiş, lakin həmin əmlakın naturada bölgüsü mümkün olmamışdır. Hazırkı iş üzrə cavabdeh mübahisəli avtomobilin digər mülkiyyətçisi Cavabdeh öz izahatında iddiaçıya məxsus payın dəyərini məhz onun tələb etdiyi həcmdə ödənilməsi ilə razı olmadığını bildirmiş, eyni zamanda, məhkəmə iclasında da tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə iddiaçının paylı mülkiyyətdə olan əmlakın dəyərini tələb etmək hüququ olsa da, cavabdehin də öz növbəsində bu məbləği ödəməyə imkanı, habelə razılığı olmalıdır. Əks təqdirdə, həmin məbləğin cavabdehdən tutulması onu maddi cəhətdən ağır vəziyyətə salmaqla, gələcəkdə mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olar. Belə olan halda bu mərhələdə mübahisə predmeti olan əmlakın dəyərinin iddiaçıya ödənilməsi istisna olunur. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı Gülər Rəcəbova tərəfindən mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiya xərci, həmçinin iddia tələbi üzrə ödənilmiş 150 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X1 Cavabdeh qarşı “avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda ona düşən paya müvafiq olaraq kompensasiyanın ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu iddiaçı X1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar