Məhkəmə qərarları › İş №e-2(060)-1033/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1033/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1033/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 778 manat, Cavabdeh2 Sərdar oğlundan 1168 manat, Cavabdeh3 160 manat və ödənilmiş 41,06 manat dövlət rüsumu isə müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli CAR-1746 saylı “Daxili lizinq” müqaviləsinə əsasən onun müvəqqəti sahiblik və istifadəsinə İddiaçı MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PL- ***dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar cavabdehlər AR X2 və Bakı Nəqliyyat Ağentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus qeyd edilən avtomobilin üzərində olan cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Bu faktı DYPİnin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1: 1. EQ ******* saylı protokola görə 80 manat; 2. EQ ******* saylı protokola görə 64 manat; 3. EQ ******* saylı protokola görə 64 manat; 4. BNA ******* saylı protokola görə 18 manat; 5. BNA ******* saylı protokola görə 18 manat; 6. BNA ******* saylı protokola görə 32 manat; 7. BNA ******* saylı protokola görə 32 manat; 8. BNA ******* saylı protokola görə 32 manat; 9. BNA ******* saylı protokola görə 18 manat; 10. BNA ******* saylı protokola görə 18 manat; 11. BNA ******* saylı protokola görə 18 manat; 12. BNA ******* saylı protokola görə 32 manat; 13. BNA ******* saylı protokola görə 32 manat; 14. BNA ******* saylı protokola görə 32 manat; 15. BNA ******* saylı protokola görə 32 manat; 16. BNA ******* saylı protokola görə 32 manat; 17. BNA ******* saylı protokola görə 32 manat; 18. BNA ******* saylı protokola görə 32 manat; 19. BNA ******* saylı protokola görə 32 manat; 20. BNA ******* saylı protokola görə 32 manat; 21. BNA ******* saylı protokola görə 32 manat; 22. BNA ******* saylı protokola görə 32 manat; 23. BNA ******* saylı protokola görə 32 manat. Cavabdeh2 Sərdar oğlu: 1. EQ ******* saylı protokola görə 16 manat; 2. EQ ******* saylı protokola görə 64 manat; 3. EQ ******* saylı protokola görə 16 manat; 4. EQ ******* saylı protokola görə 16 manat; 5. EQ ******* saylı protokola görə 96 manat; 6. EQ ******* saylı protokola görə 64 manat; 7. AP ******* saylı protokola görə 640 manat; 8. BNA ******* saylı protokola görə 64 manat; 9. BNA ******* saylı protokola görə 32 manat; 10. BNA ******* saylı protokola görə 32 manat; 11. BNA ******* saylı protokola görə 32 manat; 12. BNA ******* saylı protokola görə 32 manat; 13. BNA ******* saylı protokola görə 32 manat; 14. BNA ******* saylı protokola görə 32 manat. Cavabdeh3 1. İXP ******* saylı protokola görə 64 manat; 2. İXP ******* saylı protokola görə 96 manat. Beləliklə ümumilikdə 2106 manat mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da şirkətin mülkiyyətində olan nəqliyyat vastəsi X3 İdarəsinin cərimə meydançasına yerləşdirilir. Avtomobil cərimə meydançasında qaldığı müddətdə avtomobilin mühafizə olunmasına görə duracağa şirkət tərəfindən əlavə vəsait ödənilir və avtomobil saxlanıldığı müddətdə avtomobildən iddiaçı gəlir əldə edilə bilmir. Buna görə də İddiaçı MMC həmin cərimələri ödəyir və avtomobil cərimə meydançasından çıxarılır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, sürücülük hüququ məhdudlaşdırıldığından hazırda işləyə bilmir. İşləyə bilmədiyi üçün də cərimələri ödəyə bilmir. Növbəti aydan sürücülük vəsiqəsini alacağını, işləyib pulu ödəyəcəyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndələrini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli CAR-1746 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə İddiaçı MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil verilmişdir. - İnzibati tənbeh vermə haqqında qərarların surətindən görünür ki, Azərbaycan Respublikasının X2 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Cavabdeh1 barəsində tərtib edilmiş EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - İnzibati tənbeh vermə haqqında qərarların surətindən görünür ki, Azərbaycan Respublikasının X2 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Cavabdeh2 Sərdar oğlunun barəsində tərtib edilmiş EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 96 manat, EQ ******* saylı protokola görə 64 manat, AP ******* saylı protokola görə 640 manat, BNA ******* saylı protokola görə 64 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - İnzibati tənbeh vermə haqqında qərarların surətindən görünür ki, Azərbaycan Respublikasının X2 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Cavabdeh3 barəsində tərtib edilmiş İXP ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 96 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli CAR-1746 saylı “Daxili lizinq” müqaviləsinə əsasən onun müvəqqəti sahiblik və istifadəsinə İddiaçı MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PL-***dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar cavabdehlər AR X2 və Bakı Nəqliyyat Ağentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus qeyd edilən avtomobilin üzərində olan cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlərin barəsində tərtib edilmiş protokollar əsasında tətbiq edilən cərimələrin ümumi məbləği 2106 manat təşkil edir. Həmin vəsaitin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə təsdiq olunur. Odur ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 41,06 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 778 manat, Cavabdeh2 Sərdar oğlundan 1168 manat, Cavabdeh3 160 manat tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 778 manat, Cavabdeh2 Sərdar oğlundan 1168 manat, Cavabdeh3 160 manat tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. ödənilmiş 41,06 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar