Məhkəmə qərarları › İş №e-2(060)-106/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-106/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-106/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "cehiz əmlakının qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "cehiz əmlakının qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 25 fevral 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra iddiaçıya “Həsənəliyeva” soyadı verilmişdir. Birgə nikahdan övladları yoxdur. Cavabdehlə ailə qurduqları ilk günlərdən aralarında normal ailə münasibəti olmuşdur. Lakin son vaxtlar münasibətləri pisləşmişdir. Bu səbəbdən də nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi halhazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. İddiaçıya məxsus cehiz əmlakları, qızıl-zinət əşyaları cavabdehin ünvanında qalmışdır. İddiaçı cavabdehdən əmlaklarını tələb etsə də, cavabdeh onları iddiaçıya qaytarmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçıya məxsus olan və hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları bunlardan ibarətdir: Qonaq və yataq otağı dəsti-1 qapılı mebel, komod, stol-stul, şkaf, komod, 4 mərtəbəli tumba, taxt 1 ədəd 9000 manat, künc divan 1 ədəd 1200 manat, televizor (LC) 1 ədəd 1300 manat, soyuducu (Sharp) 1 ədəd 2500 manat, paltaryuyan maşın (Beko) 1 ədəd 1200 manat, mikrodalğalı soba 1 ədəd 300 manat, çilçıraq (işıqlandırma) 1 ədəd 200 manat, ütü stolu 1 ədəd 120 manat, qonaq dəsti (boşqab) 24 ədəd 700 manat, qonaq dəsti (çay dəsti daxil) 12 ədəd 400 manat, qonaq dəsti 12 ədəd 200 manat, gündəlik qablar (nabor) 6 ədəd 100 manat, gündəlik qab 6 ədəd 50 manat, komod üstü qablar 5 ədəd 400 manat, bakal (Tom) 6 ədəd 140 manat, böyük bakal (Tom) 6 ədəd 140 manat, rumka (Tom) 6 ədəd 140 manat, meyvə qabı (Tom) 1 ədəd 250 manat, qənd qabı (Tom) 2 ədəd 400 manat, xrustal meyvə qabı 2 ədəd 100 manat, xrustal meyvə qabı (yumru) 1 ədəd 80 manat, xrustal meyvə qabı 2 ədəd 60 manat, güldan (Xrustal) 1 ədəd 30 manat, rəngli bakal 6 ədəd 120 manat, qaşlı bakal 6 ədəd 40 manat, stəkan (Tom) 12 ədəd 280 manat, xrustal stəkan (Rusiya) 12 ədəd 100 manat, xrustal nəlbəki 12 ədəd 100 manat, nəlbəki gündəlik 12 ədəd 30 manat, mürəbbə qabı 12 ədəd 25 manat, armudu stəkan nəlbəki 12 ədəd 25 manat, mürəbbə qabı (sadə) 12 ədəd 15 manat, xrustal mürəbbə qabı 2 ədəd 120 manat, xrustal qənd qabı 2 ədəd 120 manat, sadə xrustal ləpə qabı (böyük) 2 ədəd 60 manat, sadə xrustal ləpə qabı (balaca) 2 ədəd 50 manat, 2 mərtəbəli qab 1 ədəd 50 manat, ləpə qabı (qutuda) 6 ədəd 50 manat, xrustal qab (qoz-fındıq üçün) 1 ədəd 40 manat, xrustal qab (qoz-fındıq üçün) 2 ədəd 60 manat, külqabı sadə 2 ədəd 20 manat, borcam 2 ədəd 40 manat, zibil qabı (böyük) 1 ədəd 40 manat, Zibil qabı (balaca) 1 ədəd 10 manat, qaşıq dəsti (çamadan) 1 ədəd 120 manat, qaşıq (gündəlik) 12 ədəd 25 manat, çəngəl (gündəlik) 12 ədəd 25 manat, çay qaşığı (gündəlik) 12 ədəd 20 manat, limon qabı 6 ədəd 10 manat, meyvə bıçağı 12 ədəd 25 manat, bıçaq (nabor) 1 ədəd 50 manat, plasmas qablar (mətbəx üçün) 30 manat, setqa qab (paltar yığmaq üçün) 1 ədəd 10 manat, tort qabı dəsti 1 ədəd 80 manat, tort qabı (sadə) 1 ədəd 30 manat, aş qazanı (Gülsan ) 1 ədəd 100 manat, qara qazan (Gülsan) 1 ədəd 100 manat, qazan dəsti (Evim saray) 1 ədəd 180 manat, qazan dəst 1 ədəd 150 manat, şirəli qazan dəsti 5 ədəd 100 manat, tava (tefal) 1 ədəd 40 manat, qazan (tefal) 1 ədəd 50 manat, böyük tava (tefal) 1 ədəd 60 manat, sini dəsti 3 ədəd 100 manat, adi sini (böyük) 2 ədəd 30 manat, çörək qabı 1 ədəd 80 manat, saxlama qabı 1 ədəd 40 manat, şüşə saxlama qabı 3 ədəd 15 manat, elektrikli çaydan (tefal) 1 ədəd 60 manat, qablı mikser 1 ədəd 70 manat, blender (King) 1 ədəd 100 manat, doğrayıcı aparat 1 ədəd 45 manat, ətçəkən 1 ədəd 100 manat, termos 1 ədəd 50 manat, toster 1 ədəd 50 manat, çaydanlıq dəsti 1 ədəd 80 manat, çaydanlıq dəsti 1 ədəd 100 manat, çaydanlıq dəsti 1 ədəd 160 manat, xalça (zal otağı üçün) 1 ədəd 500 manat, xalça (yataq otağı üçün) 1 ədəd 350 manat, taxt döşək 1 ədəd 100 manat, tək döşək 2 ədəd 100 manat, tək yorğan 2 ədəd 100 manat, taxt yorğan 80 manat, sintifon yorğan 1 ədəd 40 manat, tük yastıq 6 ədəd 300 manat, sintifon yastıq 4 ədəd 80 manat, pərdə (yataq otağı üçün) 1 ədəd 300 manat, taxt üstü dəst 1 ədəd 400 manat, taxt üstü dəst 300 manat, buxovu ədyal 1 ədəd 150 manat, buxovu ədyal (soft) 1 ədəd 150 manat, taxt üstü (yay üçün) 1 ədəd 70 manat, pastel (taxt üçün) soft 1 ədəd 150 manat, pastel (taxt üçün) Altın başak 1 ədəd 100 manat, qırmızı atlas pastel (taxt üçün) 1 ədəd 120 manat, ağ pastel (taxt üçün) 1 ədəd 100 manat, ağ pastel dəsti (taxt üçün ) 1 ədəd 70 manat, sadə xallı pastel (taxt üçün ) 1 ədəd 70 manat, pastel (tək) 1 ədəd 80 manat, böyük can dəsmalı 5 ədəd 100 manat, əl-üz dəsmalı 10 ədəd 100 manat, qaşlı dəsmal 2 ədəd 30 manat, dəsmal dəst 3 ədəd 50 manat, adi dəsmal 6 ədəd 60 manat, can dəsmalı 1 ədəd 20 manat, qaşlı çay dəsmalı 6 ədəd 30 manat, çay dəsmalı dəsti 6 ədəd 30 manat, çay dəsmalı dəsti 4 ədəd 40 manat, əl dəsmalı (mətbəx üçün) 6 ədəd 60 manat, villur süfrə 1 ədəd 100 manat, villur süfrə 1 ədəd 100 manat, süfrə (soft) 1 ədəd 60 manat, qaşlı villur süfrə 1 ədəd 80 manat, koja süfrə 1 ədəd 100 manat, süfrə (adi) 1 ədəd 40 manat, sadə süfrə 1 ədəd 30 manat, toxunma süfrə 1 ədəd 50 manat, hava feni (Braun) 1 ədəd 45 manat, ütü feni (Braun) 1 ədəd 45 manat, saç buran fen 1 ədəd 30 manat, daraqlı fen 1 ədəd 25 manat, saç darağı 1 ədəd 20 manat. Qızıl-zinət əşyaları: 1 ədəd qarnitur (3kr 60 sot briliant)-33 qram 750 əyarlı 4500 manat, nişan üzüyü 5 qaş (1kr 40 sot briliant)- 6,4 qram 750 əyarlı 1900 manat, ağ qaşlı üzük (nənəsinin hədiyyəsi)- 45 qram 583 əyarlı 350 manat, alyans-3,0 qram 750 əyarlı 350 manat, sep-3,1 qram 750 əyarlı 360 manat, 1 ədəd komplekt (sırğa, üzük, klon)-17 qram 750 əyarlı 2080 manat, cəmi qızıl-zinət əşyalarının məbləği 9540 manat təşkil edir. Həmçinin iddiaçıya məxsus olan 925 əyarlı gümüş sep 100 manat, tək klon 40 manat, bijuteriya 3 dəst-qiymətləri 60, 50, 20 manat olmaqla və saat (chanel) 45 manat hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus olan yuxarıdakı göstərilmiş 123 adda cehiz əmlakının və ya dəyərinin, 6 adda qızıl-zinət əşyalarının, eləcədə bijuteriyaların və ya dəyərinin alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun vəkili Vəkil iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdi ki, iddiaçı yaşadığı mənzilə gələrək cehiz əşyalarını apara bilər. Siyahıdakı əşyaların hamısının evində olubolmamağını yoxlamamışdır. İddiaçı istənilən vaxt onda olan əşyalarını gəlib götürə bilər. Siyahıda olan qızıl-zinət əşyaları hal-hazırda iddiaçıdadır. Müalicə dövründə pul çatmadığına görə təqdim olunan siyahıda göstərilən 6-cı nömrədəki qızıl, yəni 1 ədəd komplekt (sırğa, üzük, klon) 17 qram satılmışdır. İddia tələbinin həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir və cehiz əşyalarının iddiaçıya qaytarılmasına etiraz etmir, lakin qızıllar iddiaçıdadır. Belə ki, bu ilin may ayının 9-da tərəflər arasında mübahisə olmuşdur. Bu zaman iddiaçı evdə olan bütün qızıllarını götürmüş və evi tərk etmişdir. Hazırda qızıllar iddiaçıdadır. Əlavə olaraq da bildirir ki, iddia ərizəsində qeyd edilən qızılların qiyməti şişirdilmişdir. Hətta iddiaçı ona toyda nənəsi tərəfindən verilən qızılları da cavabdehdən tələb edir. Cehiz əşyalarına gəldikdə isə dəfələrlə iddiaçı tərəflə əlaqə saxlayıb cehiz əşyalarını götürməsini bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: A) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 385479 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 444 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənəliyeva soyadı verilmişdir.

8. İşin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01227 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

9. İş materiallarında olan X6 tərəfindən tərtib edilmiş “qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli rəydən görünür ki, qiymətləndirilməsi nəzərdə tutulan qızıl-zinət əşyaları naturada mövcud olmadığı üçün İddiaçı təqdim etdiyi fotoşəkillərdə (həmin şəkillərin nişan və toy mərasimində çəkildiyi bildirilmişdir) olan və ona alındığı bildirilən qızılzinət əşyalarına və həmin qızıllların çəki və əyyarları ilə bağlı müraciət edənin verdiyi məlumata əsasən qeyd edilən qızıl-zinət əşyalarının hazırki bazar qiymətlərinə uyğun qiymətləndirilməsi aparılmış və onların təxmini bazar qiyməti 1 ədəd qarnitur- çəki 33, əyyar 750, 3 kr 60 sot briliant qiyməti 4500 manat, 1 ədəd nişan üzüyü- çəki 6,4, əyyar 750, 1 kr 40 sot briliant qiyməti 1900 manat, 1 ədəd nənə hədiyyəsi üzük- çəki 45, əyyar 583, ağ qaşlı qiyməti 350 manat, 1 ədəd alyans- çəki 3, əyyar 750, qiyməti 350 manat, 1 ədəd sep- çəki 3,1, əyyar 750, qiyməti 360 manat, 1 ədəd komplekt (sırğa üzük, klon)- çəki 17, əyyar 750, qiyməti 2080 manat müəyyən olunmuşdur. Cəmi qızıl-zinət əşyalarının məbləği 9540 manat təşkil edir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8352 saylı ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 4 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6069 manat müəyyən edilir. Digər 2 adda qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri - 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 45 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 3825 manat, çəkisi 0,3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 33 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1153 saylı ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 04 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2923,50 manat müəyyən edilir. Digər 02 adda qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 4,5 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 382,5 manat, çəkisi 3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 330 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh birgə nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı cavabdehə məxsus mənzilə köçmüş, birgə nikahlarından uşaqları yoxdur, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı ona məxsus cehiz və qızıl-zinət əşyalarını cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5)

14. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər-birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir.

18. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddia ərizəsində sadalanan cehiz əmlakları cavabdehin yaşadığı evdə qalmışdır.

19. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cehiz əşyaların qaytarılması hissəsində təmin edilməli, iddia ərizəsində sadalanan cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

20. Məhkəmə qeyd edir ki, cehiz əşyalarının qiyməti ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Ona görə də məhkəmə əmlakların qiymətləndirilməsinin prosessual qənaət prinsipinə nəzərə alıb qiymətlərin müəyyən edilməsinə zərurət qalmamış və iddiaçının iddia etdiyi qiymət isə ağlabatandır.

21. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir.

22. Məhkəmə qeyd edir ki, mübahisəli qızıl-zinət əşyaları hədiyyə şəklində iddiaçıya verildiyi üçün həmin əmlaklar onun mülkiyyəti hesab edilir. Digər tərəfdən həmin əmlakların mövcudluğu, onların hazırki mübahisə yaranan vaxtadək tərəflərin birgə yaşadığı evdə olması iddiaçının mənzildən çıxarılarkən qızıl əşyalarının evdə qalması, bununla əlaqədar cavabdehlə telefon vasitəsilə əlaqə saxlaması məhkəmə iclasında öz təsdiqini tapmışdır və bu hal işin mübahissəsiz halıdır.

23. Məhkəmə tərəfindən tərəflərin səs yazısı olan xx.xx.2023-cü il tarixli CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (1:19-1:55) ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını geri qaytarmayacağını bildirmişdir.

24. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı sübut qismində dəyərləndirilə bilər.

25. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş səs yazısı şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan mübahisə ilə bağlı olduğundan, sübut növü kimi qəbul edilir. Həmin səs yazısının tərəflərə aid olması şübhə doğurmamışdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».

27. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

28. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.

29. Məhkəmə iclasında iddiaçının tələbi - mübahisəli qızıl-zinət əşyalarının mövcudluğu, həmin əmlakların cavabdehin iddiaçı ilə birlikdə yaşadığı evdə olması və iddiaçı tərəfindən evdən axırıncı dəfə çıxarkən onların özü ilə götürülməməsi halları öz təsdiqini tapsa da, həmin əmlakların iddiaçı tərəfindən götürülməsi ilə bağlı, habelə qeyd edilən qızıl-zinət əşyalarından-1ədəd, çəkisi 17 qram olan komplektin (sırğa, üzük, klon) birgə nikah dövründə satılmasını təsdiq edən hər hansı mötəbər sübutlar cavabdeh tərəfindən təqdim edilə bilməmişdir. Yəni iddiaçının iddia etdiyi faktlar öz təsdiqini tapsa da, cavabdehin həmin əmlakların iddiaçı tərəfindən götürülməsi, habelə satılması halları öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması və ya onun tərəfindən götürülməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür və bu halı sübut etmək onun vəzifəsidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması və yaxud onun tərəfindən götürülməsi müəyyən edilmədiyindən və bununla bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia tələbi qızıl-zinət əşyalarının qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

30. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarının qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğundan, məhkəmə əmlakların qiymətləndirilməsinin prosessual qənaət prinsipinə nəzərə alıb qiymətlərin müəyyən edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar iş üzrə ekspertiza təyin edilmişdir.

31. Sonuncu ekspert rəyinə əsasən 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 4,5 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 382,5 manat, çəkisi 3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 330 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunmuşdur.

32. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır.

33. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

34. Məhkəmə iddia tələbinin “bijuteriyaların qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

35. Belə ki, iddiaçı 925 əyarlı gümüş sepin, tək klonun, bijuteriya 3 dəstin və saatın cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

36. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

37. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

38. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

39. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

40. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

41. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

42. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 123 (bir yüz iyirmi üç) adda olan cehiz əşyaları və 06 (altı) adda qızıl-zinət əşyaları natura şəklində tutulmalı, AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların dəyəri tutulmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

49. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı "cehiz əmlakının qaytarılması tələbi"nə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə aşağıdakı 123 adda cehiz əmlakı və 6 adda qızıl-zinət əşyaları natura şəklində tutulsun: 1) Qonaq və yataq otağı dəsti- 1 qapılı mebel, siyirməli yastı şkaf (komod), stol-stul, şkaf, siyirməli yastı şkaf (komod), 4 mərtəbəli tumba, taxt 1 ədəd- 9000 manat; 2) Künc divan 1 ədəd- 1200 manat; 3) Televizor (“LC” markalı) 1 ədəd- 1300 manat; 4) Soyuducu (“Sharp” markalı) 1 ədəd- 2500 manat; 5) Paltaryuyan maşın (“Beko” markalı) 1 ədəd- 1200 manat; 6) Mikrodalğalı soba 1 ədəd- 300 manat; 7) Çilçıraq (işıqlandırma) 1 ədəd- 200 manat; 8) Ütü stolu 1 ədəd- 120 manat; 9) Qonaq dəsti (boşqab) 24 ədəd- 700 manat; 10) Qonaq dəsti (çay dəsti daxil)- 12 ədəd 400 manat; 11) Qonaq dəsti 12 ədəd- 200 manat; 12) Gündəlik qablar (dizgi) 6 ədəd- 100 manat; 13) Gündəlik qab 6 ədəd- 50 manat; 14) Siyirməli yastı şkaf üstü (komod) qablar 5 ədəd- 400 manat; 15) Qədəh (“Tom” markalı) 6 ədəd- 140 manat; 16) Böyük qədəh (“Tom” markalı) 6 ədəd- 140 manat; 17) Badə (“Tom” markalı) 6 ədəd- 140 manat; 18) Meyvə qabı (“Tom” markalı) 1 ədəd- 250 manat; 19) Qənd qabı (“Tom” markalı) 2 ədəd- 400 manat; 20) Xrustal meyvə qabı 2 ədəd- 100 manat; 21) Xrustal meyvə qabı (yumru) 1 ədəd- 80 manat; 22) Xrustal meyvə qabı 2 ədəd- 60 manat; 23) Xrustal güldan 1 ədəd- 30 manat; 24) Rəngli qədəh 6 ədəd- 120 manat; 25) Qaşlı qədəh 6 ədəd- 40 manat; 26) Stəkan (“Tom” markalı) 12 ədəd- 280 manat; 27) Xrustal stəkan (Rusiya istehsalı) 12 ədəd- 100 manat; 28) Xrustal nəlbəki 12 ədəd- 100 manat; 29) Nəlbəki gündəlik 12 ədəd- 30 manat; 30) Mürəbbə qabı 12 ədəd- 25 manat; 31) Armudu stəkan nəlbəki- 12 ədəd 25 manat; 32) Mürəbbə qabı (sadə) 12 ədəd- 15 manat; 33) Xrustal mürəbbə qabı 2 ədəd- 120 manat; 34) Xrustal qənd qabı 2 ədəd- 120 manat; 35) Sadə xrustal ləpə qabı (böyük) 2 ədəd- 60 manat; 36) Sadə xrustal ləpə qabı (balaca) 2 ədəd- 50 manat; 37) 2 mərtəbəli qab 1 ədəd- 50 manat; 38) Ləpə qabı (qutuda) 6 ədəd- 50 manat; 39) Xrustal qab (qoz-fındıq üçün) 1 ədəd- 40 manat; 40) Xrustal qab (qoz-fındıq üçün) 2 ədəd- 60 manat; 41) Külqabı sadə 2 ədəd- 20 manat; 42) Borcam 2 ədəd- 40 manat; 43) Zibil qabı (böyük) 1 ədəd- 40 manat; 44) Zibil qabı (balaca) 1 ədəd- 10 manat; 45) Qaşıq dəsti (çamadan) 1 ədəd- 120 manat; 46) Qaşıq (gündəlik) 12 ədəd- 25 manat; 47) Çəngəl (gündəlik) 12 ədəd- 25 manat; 48) Çay qaşığı (gündəlik) 12 ədəd- 20 manat; 49) Limon qabı 6 ədəd- 10 manat; 50) Meyvə bıçağı 12 ədəd- 25 manat; 51) Bıçaq (dizgi) 1 ədəd- 50 manat; 52) Plastik qablar (mətbəx üçün)- 30 manat; 53) Tül parçadan toxunulmuş qab (paltar yığmaq üçün) 1 ədəd- 10 manat; 54) Tort qabı dəsti 1 ədəd- 80 manat; 55) Tort qabı (sadə) 1 ədəd- 30 manat; 56) Aş qazanı (“Gülsan” markalı) 1 ədəd- 100 manat; 57) Qara qazan (“Gülsan” markalı) 1 ədəd- 100 manat; 58) Qazan dəsti (“Evim saray” markalı) 1 ədəd- 180 manat; 59) Qazan dəst 1 ədəd- 150 manat; 60) Şirəli qazan dəsti 5 ədəd- 100 manat; 61) Tava (“Tefal” markalı) 1 ədəd- 40 manat; 62) Qazan (“Tefal” markalı) 1 ədəd- 50 manat; 63) Böyük tava (“Tefal” markalı) 1 ədəd- 60 manat; 64) Sini dəsti 3 ədəd- 100 manat; 65) Adi sini (böyük) 2 ədəd- 30 manat; 66) Çörək qabı 1 ədəd- 80 manat; 67) Saxlama qabı 1 ədəd- 40 manat; 68) Şüşə saxlama qabı 3 ədəd- 15 manat; 69) Elektrikli çaydan (“Tefal” markalı) 1 ədəd- 60 manat; 70) Qablı mikser 1 ədəd- 70 manat; 71) Blender (“King” markalı) 1 ədəd- 100 manat; 72) Doğrayıcı aparat 1 ədəd- 45 manat; 73) Ətçəkən 1 ədəd- 100 manat; 74) Termos 1 ədəd- 50 manat; 75) Toster 1 ədəd- 50 manat; 76) Çaydanlıq dəsti 1 ədəd- 80 manat; 77) Çaydanlıq dəsti 1 ədəd- 100 manat; 78) Çaydanlıq dəsti 1 ədəd- 60 manat; 79) Xalça (zal otağı üçün) 1 ədəd- 500 manat; 80) Xalça (yataq otağı üçün) 1 ədəd- 350 manat; 81) Taxt döşək 1 ədəd- 100 manat; 82) Tək döşək 2 ədəd- 100 manat; 83) Tək yorğan 2 ədəd- 100 manat; 84) Taxt yorğan- 80 manat; 85) Sintepon yorğan 1 ədəd- 40 manat; 86) Tük yastıq 6 ədəd- 300 manat; 87) Sintepon yastıq 4 ədəd- 80 manat; 88) Pərdə (yataq otağı üçün) 1 ədəd- 300 manat; 89) Taxt üstü dəst 1 ədəd- 400 manat; 90) Taxt üstü dəst- 300 manat; 91) Buxovu ədyal 1 ədəd- 150 manat; 92) Buxovu ədyal (soft) 1 ədəd- 150 manat; 93) Taxt üstü (yay üçün) 1 ədəd- 70 manat; 94) Pastel (taxt üçün) soft 1 ədəd- 150 manat; 95) Pastel (taxt üçün) Altın başak 1 ədəd- 100 manat; 96) Qırmızı atlas pastel (taxt üçün) 1 ədəd- 120 manat; 97) Ağ pastel (taxt üçün) 1 ədəd- 100 manat; 98) Ağ pastel dəsti (taxt üçün ) 1 ədəd- 70 manat; 99) Sadə xallı pastel (taxt üçün ) 1 ədəd 70 manat; 100) Pastel (tək) 1 ədəd- 80 manat; 101) Böyük can dəsmalı 5 ədəd- 100 manat; 102) Əl-üz dəsmalı 10 ədəd- 100 manat; 103) Qaşlı dəsmal 2 ədəd- 30 manat; 104) Dəsmal dəst 3 ədəd- 50 manat; 105) Adi dəsmal 6 ədəd- 60 manat; 106) Can dəsmalı 1 ədəd- 20 manat; 107) Qaşlı çay dəsmalı 6 ədəd- 30 manat; 108) Çay dəsmalı dəsti 6 ədəd- 30 manat; 109) Çay dəsmalı dəsti 4 ədəd- 40 manat; 110) Əl dəsmalı (mətbəx üçün) 6 ədəd- 60 manat; 111) Villur süfrə 1 ədəd- 100 manat; 112) Villur süfrə 1 ədəd- 100 manat; 113) Süfrə (soft) 1 ədəd- 60 manat; 114) Qaşlı villur süfrə 1 ədəd- 80 manat; 115) Dəri süfrə 1 ədəd- 100 manat; 116) Süfrə (adi) 1 ədəd- 40 manat; 117) Sadə süfrə 1 ədəd 30 manat; 118) Toxunma süfrə 1 ədəd- 50 manat; 119) Hava feni (“Braun” markalı) 1 ədəd- 45 manat; 120) Ütü feni (“Braun” markalı) 1 ədəd- 45 manat; 121) Saç buran fen 1 ədəd- 30 manat; 122) Daraqlı fen 1 ədəd- 25 manat; 123) Saç darağı 1 ədəd- 20 manat.

Qızıl-zinət əşyaları: 1) 1 ədəd qarnitur (3kr 60 sot briliant)-33 qram, 750 əyarlı- 4500 manat; 2) Nişan üzüyü 5 qaş (1kr 40 sot briliant)- 6,4 qram, 750 əyarlı- 1900 manat; 3) Ağ qaşlı üzük- 4,5 qram, 583 əyarlı- 382,5 manat; 4) Alyans-3,0 qram, 750 əyarlı- 330 manat; 5) Sep-3,1 qram, 750 əyarlı- 341 manat; 6) 1 ədəd komplekt (sırğa, üzük, klon)-17 qram, 750 əyarlı- 1870 manat. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən yuxarıda qeyd olunan əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların yuxarıda qeyd olunan məbləğdə dəyəri tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar