Məhkəmə qərarları › İş №e-2(060)-118/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-118/2024

08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-118/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan anadan olmuş 24 fevral 2015-ci il təvəllüdlü X4 və 20 fevral 2016-cı il təvəllüdlü X2 İddiaçı yanında qalması və cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 10 fevral 2015-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 24 fevral 2015-ci il təvəllüdlü X4 və 20 fevral 2016-cı il təvəllüdlü X5 olmuşdur. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlməmişdir. Cavabdeh aralarında baş verən ailə münaqişəsi zamanı onu döymüşdür. Azyaşlı övladlarının gözü qarşısında ona qarşı təhqiredici ifadələr işlətmişdir. Bununla bağlı o, lazımi orqanlara müraciət etmiş, cavabdeh də bunun nəticəsi olaraq qanunda nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, uzun müddətdir ki, ailə münasibətləri kəsilmişdir. Artıq ailələrinin bərpası mümkün deyildir. Boşanmaq fikri qətidir. Nikahları formal xarakter daşıyır. Ailələrinin qorunub saxlanması üçün məhkəmənin keçirəcəyi tədbirlər müsbət nəticə verməyəcəkdir. Qeyd etmişdir ki, uşaqları azyaşlıdır, həmişə ana qayğılarına ehtiyacları vardır. Uşaqlar onun yanındadır. Hesab edir ki, cavabdeh ata kimi məsuliyyətini dərk etməli, övladlarının maddi və mənəvi tələbatlarının ödənilməsində yaxından iştirak etməli, övladlarına hər ay qanunda nəzərdə tutulmuş alimenti ödəməlidir. Mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq o, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sesiyasına gəlməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq mediator tərəfindən MŞS/MT030/2023/01419 №li, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Barışıq əldə olunmamışdır. Cavabdeh uşaqlarına maddi və mənəvi cəhətdən heç bir köməklik göstərməmişdir. Bununla yanaşı, cavabdehin pis vərdişləri vardır. Cavabdehin rəsmi olaraq heç bir yerdə işi yoxdur. Hal-hazırda Gəncə şəhərində usta işləyir. Alimentin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Cavabdeh alimentin ödənilməməsi ilə əlaqədar imzibati məsuliyyətə cəlb olunmuşdur. Barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra uşaqlarla görüşmüşdür. Lakin uşaqların saxlanması üçün heç bir köməklik göstərməmişdir. Hal-hazırda İddiaçı uşaqlarla birlikdə kirayədə qalır. Əmək haqqı 310 manat təşkil edir. Bu səbəblərə görə uşaqların saxlanmasında çətinlik çəkir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarında olan sübutları tərəflərin məhkəmə iclasında verdikləri izahatlar əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -AZ-İİ 915047 saylı nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixində akt qeydləri kitabında 65 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. -AZ-İİİ 516044 saylı və AZ-İİİ756033 saylı Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2015-ci ildə, X5 xx.xx.2016-cı ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. -Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-4360/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin və xx.xx.2016-cı il təvəllüdlü X2 3 yaşı tamam olana qədər hər ay 30 manat məbləğində maddi yardımın xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. -Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1662/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs olunması qərara alınmışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, tərəflər 10 fevral 2015-ci il tarixdə nikah bağlamışlar, onların birgə nikahdan 24 fevral 2015-ci il təvəllüdlü X4 və 20 fevral 2016-cı il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-4360/2018 saylı qətnaməsi ilə iddiaçıya yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. İddiaçının bildirdiyinə görə cavabdehlə bir ailə kimi yaşayıb, birgə ailə təsərrüfatı idarə etmirlər. Məhkəmə tərəfindən iddiaçı və cavabdehə barışmaları üçün 3 (üç) ay vaxt verilmiş, lakin həmin müddət bitdikdən sonra tərəflər arasında barışıq olmamış və iddiaçı nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə və . ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Beləliklə məhkəmə tərəfindən hazırki iş üzrə nikahın pozulmasını istisna edən hallar müəyyən olunmamış, tərəflər arasında barışıq əldə olunmamış və iddiaçı nikahın pozulmasında təkid edir. Bu səbəbdən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. . Məhkəmə iddianın digər hissəsinə, yəni iddiaçının yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında saxlanılmasına dair tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları nəzərə almalıdır. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qalması barədə saziş olmadığına görə birgə nikahından olan uşaqların kiminlə qalması məsələsini həll edərkən məhkəmə 24 fevral 2015-ci il təvəllüdlü X1 və 20 fevral 2016-cı il təvəllüdlü X2 hazırda anaları ilə yaşadığını və cavabdehin uşaqların onun himayəsinə verilməsini tələb etmədiyini nəzərə alaraq hesab edir ki, uşaqlar İddiaçı yanında qalmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə görə məhkəmə ər-arvad arasında saziş olmadığı halda nikah məhkəmə qaydasında pozularkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsinin müəyyən edilməsi ilə yanaşı, uşaq üçün hansı miqdarda alimentin tutulması məsələsini də həll etməlidir. (Ailə Məcəlləsi, maddə 22) Hazırki işdə yuxarıda da qeyd olunduğu kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda hər ay hər uşağa 220 manat olmaqla 440 manat məbləğində alimentin tutulmasını xahiş edir. Beləliklə iddiaçı alimentin məbləğinin artırılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində, müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməli və alimentin tutulması xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi ilə müraciət etmək üçün əsaslar yarandığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etdiyi zaman 50 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin olunduğuna görə cavabdehdən 50 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixində 65 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016cı il təvəllüdlü X5 İddiaçı yanında qalsın. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh uşaqların hər birinə hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixindən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar