Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1326/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment tələbi»nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «aliment tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. xx.xx.2007-ci tarixdə ilə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə münasibəti qurmuşdur. Birgə nikahdan olan ailə münasibətləribdən 2 övladları – xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. İlk vaxtlar ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşməyə başladı. Bu səbəblə də rəsmi olaraq ayrılmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh ilə aralarındakı nikaha xitam verilmişdir. Bu nikahın pozulması haqqında 467681 nömrəli, xx.xx.2023cü il tarixli şəhadətnamədə öz əksini tapmışdır. Məhkəmə qərarı əsasında övladı xx.xx.2011-ci il təvəllüdlü Hacızadə Aylin iddiaçının himayəsində, xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nigar isə cavabdeh tərəfin himayəsində saxlanmışdır. Hazırda övladı Aylinin bütün xərclərini iddiaçı qarşılayır. Lakin bu iddiaçıya maddi cəhətdən çox problem yaradır. İddiaçı bu şəraitdə övladına maddi cəhətdən baxmaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya heç bir maddi yardım göstərmir. Bu isə iddiaçıya çox çətinlik yaradır. Göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh X6 arasında olan nikahdan anadan olmuş və hazırda iddiaçının himayəsində olan övladı– xx.xx.2011-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün hər ay 245 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, iddia tələbində qeyd edilən cavabdehin dəyişdirilərək “Cavabdeh” kimi qeyd edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “aliment tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehlə xx.xx.2014-cü il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladları xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. İlk başlarda münasibətləri yaxşı olsa da, sonradan bu münasibətlər pisləşmişdir. Uzun müddətdir ki, ailə münasibətləri yoxdur. Ailə münasibətlərinin bərpası və yenidən ailə kimi yaşamaları mümkün deyildir. Məhkəmə qərarı əsasında övladı xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nigar onun himayəsində, xx.xx.2011-ci il təvəllüdlü Hacızadə Aylin cavabdeh tərəfin himayəsində saxlanmışdır. Hazırda övladı Aylinin bütün xərclərini o qarşılayır. Lakin bu ona maddi cəhətdən çox problem yaradır. Mən bu şəraitdə övladına maddi cəhətdən baxmaqda çətinlik çəkir. Cavabdeh isə ona heç bir maddi yardım göstərmir. Bu isə ona çox çətinlik yaradır. Buna görə də cavabdehdən övladının saxlanılması üçün hər ay aliment tutularaq ona ödənilməsinə ehtiyac vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Nəzərə almaq lazımdır ki, bu iş üzrə məhkəmə qətnaməsinin qəbul edilməsi müəyyən bir müddət alacaqdır. Nəticədə isə 2025-ci il yanvarın 1-dən qüvvəyə minən sözügedən qanun həmin vaxt bu Məlikəmə işinə tətbiq edilə bilər. Həmçinin, məhkəmənin qətnaməsinin icrası da 2025-cü ilə təsadüf edəcək. Buna görə də bu müddəanın tələbləri nəzərə alınmalıdır. Buna əsaslanaraq 2025-ci il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay 246 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara tərəflər arasında olan nikahdan anadan olmuş və hazırda onun himayəsində olan övladı - xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nigarın 18 yaşına çatanadək saxlanması üçün hər ay 246 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh bildirmişdir ki, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin tərəfindən ərizə təqdim edilərək işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir.
9. Məhkəmə işə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 04 sentyabr 2008-ci il tarixində verilmiş AZ-İİ № 145062 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 avqust 2008-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2011-ci il tarixində verilmiş AZ-İİ № 778809 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 noyabr 2011-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r.
13. İş materialalrında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında xx.xx.2007-ci ildə, Sumqayıt şəhər nikah evində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X5 Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X4 X2 yanında saxlanılmaları qət edilmişdir.
14. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 28 noyabr 2023-cü il tarixində verilmiş AZ-İ № 467681 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə 14 mart 2023-cü il tarixində 160 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına İsmayılova soyadı verilmişdir
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02563 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin iddia üzrə iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
16. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində maşinist, qaz turbin qurğuları vəzifəsində çalışır və aylıq maaşı isə 950,53 manatdır.
17. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı “Sumqayıt Tibb Mərkəzi” X12 sanitar vəzifəsində çalışır və aylıq maaşı isə 483 manatdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı iki övladları dünyaya gəlmişdir. Məhkəmə qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan övladlarından biri atanın, digəsi isə ananın yanında saxlanılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı uşağın saxlanılması üçün aliment ödənilməsini tələb edir, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı uşağın saxlanılması üçün aliment ödənilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
23. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
24. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
25. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat, 2025-ci ildə 400 manat müəyyən edilmişdir.
26. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Fəridə qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Fəridə qızından Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
28. Mülki işin materiallarından görünür ki, ilkin iddia ərizəsi məhkəməyə 26 dekabr 2024-cü il tarixdə, qarşılıqlı iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixlərdən başlayaraq tutulmalıdır.
29. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Fəridə qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində, 2025-ci il üzrə 0,55 misli həddində misli həddində sabit pul məbləğində aliment tutulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Fəridə qızından Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Fəridə qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində, 2025-ci il üzrə 0,55 misli həddində misli həddində sabit pul məbləğində aliment tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Fəridə qızından Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva