Məhkəmə qərarları › İş №e-2(060)-1461/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1461/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1461/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi X6 və ilk iddia üzrə Cavabdeh iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-6937/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 Cavabdeh xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün ümumilikdə 200 (iki yüz) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər uşağa 70 manat olmaqla, ümumilikdə 140 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, X1 Elxan Ağasəlim oğlu ilə xx.xx.2003cü il tarixində nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Lakin sonralar Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və hər iki uşaq onun himayəsində saxlanılmışdır. Daha sonra aliment tələbi ilə cavabdeh məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6937/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 20 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə qət olunmuşdur. Qeyd edir ki, o, hazırda ticarət obyektində satıcı işləyir. Məvacibi 345 manat təşkil edir. Məhkəmənin nəzərinə çatdırır ki, hər ay borc-xərc də olsa övladlarına aliment ödəmişdir. Hazırda maaşı az olduğundan ödəməkdə çətinlik çəkir. O da məcburiyyət qarşısında məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx.xx.2025-cü il tarixdə Cəfərov X2 Xəyalə Tofiq qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilərək 02 noyabr 2008-ci il təvəllüdlü X5 və 22 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat, cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimentin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, işləmir. Təsadüfi qazanclar hesabına dolanır. Dolanışıq xərcləri artdığından təyin olunmuş aliment uşaqların tələbatını ödəmir. Uşaqların yeyib-içmək, qida və digər xərclərini uşaqların istəklərinə uyğun ödəyə bilmir. Ona görə də birgə nikahdan anadan olmuş 02 noyabr 2008-ci il təvəllüdlü X5 və 22 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat, cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimentin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi X6 izahatında bildirdi ki, qızı mağazada işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Bütün çıxılmalardan sonra 300 manat əmək haqqı çatır. Özünə pul qalmır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh izahatında bildirdi ki, ilk iddia üzrə iddiaçı şəxsi dükanlarında işləyir və əmək haqqı da normaldır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6937/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2008ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 20 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumillikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan mediasiya arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2 maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin qərarın 8.4-3 maddəsinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110- cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbində ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artdığını əsas götürərək aliment məbləğinin artırılmasını tələb etmişdir. Belə ki, iddia tələbinin mahiyətindən müəyyən edilir ki, həmin tələb həmçinin minimum əmək haqqı məbləğinin artımına əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 262.5 maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair iş üzrə icrata xitam verilməlidir. Həmçinin tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq “alimentin indeksasiyası” ilə ərizə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə ərizə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq “alimentin indeksasiyası” ilə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar