Məhkəmə qərarları › İş №e-2(060)-147/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-147/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-147/2025 23.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə Cavabdeh qarşı «uşağın anadan alınaraq atanın himayəsinə verilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «uşağın anadan alınaraq atanın himayəsinə verilməsi və aliment borcunun ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü övladı X9 anasının himayəsində saxlanılmışdır. Oğlu artıq 10 yaşını tamam edib və məhkəmə qətnaməsi ilə ananın himayəsində saxlanılmasına baxmayaraq, faktiki olaraq iddiaçı ilə yaşayır və iddiaçı tərəfindən ona valideyn kimi diqqət və qayğı göstərilir. Eyni zamanda cavabdeh ikinci dəfə rəsmi olaraq ailə həyatı qurmuşdur və cavabdehin digər ailəsinin olması onun ailə qayğılarının və ailə məsuliyyətinin artması ilə nəticələnmişdir ki, birgə nikahdan anadan olmuş övladı xx.xx.2014-cü il təvəllüdülü X6 ananın himayəsindən alınıb iddiaçının himayəmə verilməsi üçün əsaslardan biridir. Belə ki, övladının ögey ata yox, öz atası tərəfindən tərbiyə edilməsi qənaətindədir və bir ata kimi övladına qayğı göstərmək borcu olduğu qədər, onunla vaxt keçirmək və yanında saxlamaq da hüququdur. Göstərilənlərə əsasən tərəflərin nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X6 Cavabdeh himayəsindən alınaraq iddiaçının İddiaçı himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda oğlu onunla qalır. Uşağın ana qayğısına ehtiyacı vardır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 may 2014-cü il tarixində verilmiş AZ-İİİ № 327011 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 mart 2014-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X3r.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı ilə X5 arasında Bakı şəhəri Binənədi rayon qeydiyyat şöbəsində 14 iyun 2013-cü il tarixdə 829 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X6 anası X2 yanında qalması, 04 aprel 2022-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01216 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli, 37 nömrəli rəyindən görünür ki, komissiya məhkəmənin nəzərinə çatdırır ki, qərardadın qəbul edilməsindən 4 ay keçməsinə baxmayaraq cavabdeh ƏlCavabdeh Komissiyanın iclaslarına gəlmədiyinə görə İddiaçı cavabdeh ƏlCavabdeh qarşı “uşaq tələbi” barədə obyektiv rəyin verilməsi mümkün olmamışdır. daha məqsədəuyğun hesab edir. Eyni zamanda komissiya məhkəmənin nəzərinə çatdırır ki, uşağın yaşını, fikirlərini, uşağın hazırda atanın himayəsində olmasını nəzərə alaraq və digər valideyni ilə ünsiyyətinə maneəçilik yaradılmaması şərtilə, xx.xx.2014-cü il təvəllüdlü X7 atası İddiaçı himayəsində saxlanılmasına etiraz etmir.

12. İş materiallarında olan müayinə aktına əsasən, Abşeron Rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının (YYÇİHMK) üzvləri X4 və Qasımov Seymur Tosif oğlu Sumqayıt Şəhər İcra Hakimiyyətindən daxil olmuş e-2(060)-4882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba uyğun olaraq bu aktı ondan ötrü tərtib edirlər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən vətəndaş İddiaçı yaşayış şəraitini müayinə etmək məqsədi ilə ünvan 1 ünvanında olduq. Baxış zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı göstərilən mənzildə yaşayır. İddiaçı yaşadığı mənzil bir mərtəbəli beş otaqlı həyət sahəli evdən ibarətdir. Mənzil zal, dörd yataq otağı, mətbəx, hamam və sanitar qovşaqdan ibarətdir, tam-təmirlidir. Mebel və digər məişət əşyaları ilə təchiz edilmişdir. Sanitar və gigiyenik cəhətdən normalara cavab verir. İddiaçı valideynin hüquq və vəzifələrini bilir, mənzil şəraiti uşaq böyüdüb, tərbiyə etmək üçün imkan verir. Yaşayış ünvanında uşağın fiziki və psixoloji sağlamlığına ziyan verə biləcək hal aşkarlanmamışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/597 saylı ekspert rəyinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X6 anası ƏlCavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2014-cü il təvəllüdlü X6 psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2014-cü il təvəllüdlü X6 normal psixi inkişafı baxımından hər iki valideyni ilə mütəmadi olaraq ünsiyyətdə olması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

14. Həmin rəydən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 onunla aparılmış psixoloji ekspertiza zamanı bildirir ki, ... 10 yaşım var. 5-ci sinifdə oxuyuram. Polis olmaq istəyirəm. Anamla birlikdə yaşayıram. Anamla atam dalaşırdılar. Məni hər ikisi də çox istəyir. Mən də onları. Atamla hər gün danışıram, həftə sonları və tətillərdə atamın yanına gedirəm. Anamla atam barışa bilməz çünki, anam artıq evlidir. Mən istəmirəm başqa atam olsun. Mənim öz atam var və mən atamı çox istəyirəm. Mən onunla qalmaq istəyirəm. Atamın bir istirahət günü olur, onu da mənimlə birlikdə keçirir. Məni hər yerə aparır. İşi olanda da məni özü ilə aparır” (psixoloji söhbət-müsahibə - xx.xx.2024-cü il)”.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan bir övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan uşağın ananın himayəsinə verilməsi qət edilmişdir. Hazırda xx.xx.2014-cü il təvəllüdlü X9 anası ilə birgə yaşayır. İddiaçı iddia tələbinin təmin olunaraq, uşağın anasından alınaraq onun himayəsinə verilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

18. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 7.4-cü və 7.5-ci bəndlərində göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmçinin, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

20. xx.xx.2014-cü il təvəllüdlü X9 (11 yaşı var) Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normasına əsasən məhkəmə iclasında dindirilmiş, onun fikri dinlənilmiş və o bildirmişdir ki, atası ilə qalmaq istəyir. Hazırda anası, nənəsi və anasının həyat yoldaşı birlikdə qalır.

21. Məhkəmə uşağın mənafeyini, onun fikrini, onun hər iki valideynə olan bağlılığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissənə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

23. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri).

24. Həmin Məcəllənin 60.1, 60.2 və 60.4-cü maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

25. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinin 1-ci bəndinə görə bu məsuliyyət hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyətinin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmağından asılıdır.

26. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri).

27. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafelərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar.

28. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X9 azyaşlı olmaqla ana qayğısına və nəvazişinə ehtiyac olan bir yaş dövründədir.

30. Ana qayğısına ehtiyacı olan bir dövrdə xx.xx.2014-cü il təvəllüdlü X6 anasının himayəsindən uzaq vərdiş etdiyi şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından ananın himayəsindən alınması onun psixoloji vəziyyətinə mənfi təsir edilməsini istisna etmir.

31. Məhkəmə qeyd edir ki, İddiaçı övladı Muradın cavabdehin (anasının) yanında saxlanılmasını istisna edən hər hansı qanuni halın mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.

32. Məhkəmə tərəfindən mövcud tələblə bağlı uşağın anadan alınaraq atanın himayəsinə verilməsinin mümkünlüyü, onun saxlanılması üçün zəruri şəraitin olması və sair dəqqətəlayiq halların öyrənilməsi məqsədilə qəyyumluq və himayəçilik komissiyasının müayinəsi təyin edilmişdir.

33. Göründüyü kimi, yetkinlik yaşına çatmayan uşağın anasından alınaraq atasının himayəsinə verilməsinin sonuncunun üstün mənafeyi baxımından ona necə təsir edəcəyini iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə qətnaməsi ilə anasının yanında saxlanılması məqsədəuyğun hesab edilmiş uşaqların anadan alınaraq ataya verilməsi barədə iddia tələbi təmin edilməli deyil.

34. Məhkəmənin qənaətinə görə, tərəflərin maraqlarının azyaşlı uşağın maraqlarından üstün tutulması yolverilməzdir.

35. Göründüyü kimi istər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət, maddi-mənəvi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Valideynlər arasında uşaqla bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, maraqları və onların rəyi nəzərə alınmaqla həll edilməlidir. Hər bir halda uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməli, uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır. Yaddan çıxarmaq olmaz ki, hər bir uşaq təkrar olunmaz varlıqdır. Uşaqla bağlı mübahislər həll edilərkən əsas vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum dərəcədə təmin edə bilən valideyn seçilsin və bu zaman uşağın xarakteri, psixoloji vəziyyətinin səciyyəvi cəhətləri nəzərə alınsın. Əsas məqsəd uşağın daimi olaraq ana sevgisini, qayğısını, nəvazişini hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Heç şübhəsiz ki, hər bir uşaq doğma ana himayəsində bu kimi qayğı ilə əhatə olunmaqla hərtərəfli inkişaf edə bilər və fəal ictimai həyata hazırlanmış şəkildə böyüyər.

36. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və uşağın üstün mənafeyi rəhbər tututaraq hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə Cavabdeh qarşı «uşağın anadan alınaraq atanın himayəsinə verilməsi tələbi»nə dair iddia tələbi rədd edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

44. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir

Nəticə hissəsi:

45. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə Cavabdeh qarşı «uşağın anadan alınaraq atanın himayəsinə verilməsi tələbi»nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar