Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № e-2(060)-1501/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsmayılov, Kreditor Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 188 “X2” 10-cu mərtəbəsində yerləşən kreditor "xxxx" MMC-nin Borclu qarşı «pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Kreditor "xxxx" MMC Borclu qarşı «pul tələbi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Kreditor MMC-nin xeyrinə 2099 (iki min doxsan doqquz) manat məbləğində əsas borc, 210 (iki yüz on) manat məbləğində cərimə, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2409 (iki min dörd yüz doqquz) manat məbləğində pulun tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmri qəbul etməsini xahiş etmişdir. Kreditor "xxxx" MMC məhkəmə əmrinin verilməsi barədə ərizəsində göstərmişdir ki, Tələbkar Kreditor MMC ilə Borclu arasında bağlanmış R0012215 nömrəli 06.04.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə 2199 manat dəyərində olan Samsung Galaxy S20 Plus (G985) 128 GB Black markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 100 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2099 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 01.12.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Odur ki, 2099 (iki min doxsan doqquz) manat məbləğində əsas borc, 210 (iki yüz on) manat məbləğində cərimə olmaqla 2309 manat borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2409 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması məhkəmədən xahiş edilir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, Əmr etdim: xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu kreditor Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 188 “X2” 10-cu mərtəbəsində yerləşən kreditor "xxxx" MMC-nin xeyrinə 2099 (iki min doxsan doqquz) manat məbləğində əsas borc, 210 (iki yüz on) manat məbləğində cərimə, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2409 (iki min dörd yüz doqquz) manat məbləğində pul vəsaiti tutulsun. Borclu, məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(060)-1501/2022
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(060)-1501/2022
27.01.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver