Məhkəmə qərarları › İş №e-2(060)-1594/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1594/2023

19.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1594/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Cavabdeh Firmasına qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh Firmasına qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh firması ilə əmək müqaviləsi bağlayaraq xadimə peşəsinə işə qəbul edilmişdir. Lakin bir müddət işlədikdən sonra iddiaçı özünə də məlum olmayan səbəblərdən işə buraxılmır. Ona müqaviləyə xitam verilib-verilməməsi barədə heç bir məlumat verilməmiş, verildiyi halda isə çağırılaraq haqq-hesab olunmamış və s. qanunla müəyyən edilmiş digər prosedurlar həyata keçirilməmişdir. Bu səbəbdən də ilk öncə cavabdehə müraciət etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Müraciət cavabsız qaldığından X1 müraciət edərək cavabdehin qanunsuz hərkətləri barədə məlumat verilmişdir. X2 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 05 iyul 2022-ci il tarixli, **********2 saylı məktubunda “El-Beton “ Firmasının rəhbərliyi tərəfindən təqdim olunmuş rəsmi məktub və müvafiq sənədlərə, İddiaçıa qızının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixlərində X2 Xidmətinin Abşeron Xızı regional şöbəsinə təqdim etdiyi izahatlara və əmək haqqı ilə bağlı hesabdan çıxarışa əsasən İddiaçı əmək haqqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verildiyi, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 172-ci (əmək haqqının verilməsi müddətləri) maddəsinin tələblərinin pozulduğu müəyyən edilyi, İddiaçı əmək haqqlarının qanunvericiliyə uyğun olaraq tam hesablanıb ödənilmədiyi öz təsdiqini tapdığı qeyd edilmişdir. Bu səbəbdən də aşkar olunmuş pozuntulara əsasən X2 tərəfindən Cavabdeh firmasının işə götürəni barəsində İXM-nin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda İddiaçı əmək haqqlarının hesablanması və ödənilməsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və əmək haqqlarının qanuna uyğun olaraq tam hesablanıb ödənilməsi ilə əlaqədar olaraq Cavabdeh Firmasının rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********9 nömrəli göstəriş xarakterli məktub ünvanlansa da bu günə qədər heç bir ödəniş edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və hesab edirlər ki, Cavabdeh firmasında xadimə vəzifəsində işləmiş İddiaçı ödənilməli olan əmək haqqları və yekun haqq-hesabın məbləği müəyyən edilərək sonuncuya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh Firmasında xadimə vəzifəsində işləmiş İddiaçı ödənilməli olan əmək haqqlarının və yekun haqqhesabın məbləği müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Firmasına məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh Firmasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin 05 iyul 2022-ci il tarixli, **********2 nömrəli Vəkil ünvanlanmış məlumatdan görünür ki, Cavabdeh Firmasının rəhbərliyinin xx.xx.2022ci il tarixli 01 nömrəli məktubla təqdim etdiyi müvafiq sənədlərə əsasən müəyyən olunmuşdur ki, X4 xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Cavabdeh Firmasında xadimə peşəsində işə qəbul olunmuş, əmək müqaviləsinə xitam verilməmiş və hal-hazırda əmək müqaviləsi qüvəddədir. İddiaçı xx.xx.2022-ci il tarixində X2 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi izahatında xx.xx.2022-ci il tarixindən işə getmədiyini və xx.xx.2022-ci il tarixindən öz xahişi ilə işdən azad olunması ilə bağlı işəgötürənə müraciət etdiyini bildirmişdir. Həmçinin müəssisə rəhbərliyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işdə olmaması və bu müddət ərzində üzrlü səbəb görə işdə olmadığına dair sənəd təqdim etməsi barədə İddiaçı xx.xx.2022-ci il tarixində məktub ünvanlanmış və məktub İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində alınmışdır. Cavabdeh Firmasının rəhbərliyi təqdim etdiyi rəsmi məktubunda İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli məktubun cavabsız qaldığı üçün onun əmək müqaviləsinə xitam verilmədiyini qeyd etmişdir. Cavabdeh Firmasının rəhbərliyi tərəfindən təqdim olunmuş rəsmi məktub və müvafiq sənədlərə, İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində X2 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi izahatlara və əmək haqqı ilə bağlı hesabdan çıxarışa əsasən İddiaçı əmək haqqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verildiyi, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edimişdir. Belə ki, İddiaçı əmək haqqları qanunvericiliyə uyğun olaraq tam hesablanıb ödənilməmişdir. Aşkar olunmuş pozuntulara əsasən onlar tərəfindən Cavabdeh Firmasının işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda İddiaçı əmək haqqlarının hesablanması və ödənilməsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və əmək haqqlarının qanunauyğun olaraq tam hesablanıb ödənilməsi ilə əlaqədar olaraq onlar tərəfindən Cavabdeh Firmasının rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********9 nömrəli göstəriş xarakterli məktub ünvanlanmışdır. İddiaçı Cavabdeh Firmasının işəgötürəni ilə aralarında mübahisəli hal hesab etdiyi təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2022-ci il tarixli MŞB-5-03008 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh Firması ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin 27 may 2022-ci il tarixli, **********3 nömrəli Vəkil ünvanlanmış məlumatdan görünür ki, müraciətin tam hərtərəfli araşdırılmasının təmin edilməsi və müraciətə rəsmi münasibət bildirilməsi üçün aidiyyəti üzrə Cavabdeh Firmasının rəhbərliyinə onlar tərəfindən **********5 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla rəsmi müraciət edilmişdir. Cavabdeh Firmasının rəhbərliyi müraciətlə əlaqədar olaraq müvafiq sənədləri tam təqdim etməmiş və bununla əlaqədar olaraq onlar tərəfindən firmanın vəzifəli şəxsi ilə telefonla əlaqə saxlanılmış, müvafiq sənədlərin tam şəkildə təqdim edilməsi bildirilmiş, Firmanın vəzifəli şəxsi müraciətlə əlaqədar tələb olunan müvafiq sənədlərin tam şəkildə X2 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim ediləcəyini bildirmişdir. Bu səbəbdən müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanunun tələbinə uyğun olaraq vaxtında cavablandırılması mümükün olmamışdır. Qeyd olunanları nəzərə alaraq araşdırma müddət tələb etdiyi üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanunun 10.2-ci maddəsinə uyğun olaraq müraciətin icra müddəti 30 (otuz) iş günü uzadılmışdır. Cavabdeh Firmasının direktoru Mehdiyev M.Ə tərəfindən İddiaçı ünvanlanmış ərizə ilə bağlı bildirilmişdir ki, İddiaçı 02 mart 2020-ci il tarixində El-Beton» Firmasında xadimə vəzifəsində əmək fəailiyyətinə başlamışdır. Müəyyən müddətdən sonra yeməkxanada aşbaz kimi fəaliyyət göstərmişdir. Ərizədə bildirilmişdir ki, xəstələnən və işdən çıxan xanımların yerinə də işləmişdir. Son zamanlarda işə qeyri-ciddi yanaşıldığına görə dəfələrlə müzakirələr olmuşdur. Xəstə olmuş, atası rəhmətə getmiş, anası xəstə olmuş, uşaqları xəstə olmuş, üzürlü və ya üzrsüz səbəblərə görə hər ayın demək olar ki, yarısı işə gəlinməmişdir. Xadimə işləyən Məlahət Rəhimova hər iş günü saat 08:00 –dan 17:00-dək daima işdə olunmuşdur. İddiaçı saat 14:00-dan sonra daima iş yerini icazəsiz tərk etmişdir. Bunlar hamısı keçmişdə qalmışdır. Göstərilən ərizədə səhhət ilə bağlı olaraq 18 fevral 2022-ci il tarixindən işdən azad olunmaq xahiş olunmuşdur. 19 yanvar 2022-ci il tarixindən 18 fevral 2022-ci il tarixinə qədər işdə olunmamışdır. Bu müddət ərzində üzrlü səbəbə görə işdə olunmadığına dair sənəd təqdim edilməsi xahiş olunmuşdur. Əks təqdirdə öz xahişi ilə deyil, üzrsüz səbəbdən işi buraxıldığına görə işdən azad olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh Firması ilə bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən xadimə peşəsinə qəbul olunmuşdur. Əmək müqaviləsinə xitam verilməmiş və hal-hazırda əmək müqaviləsi qüvvədədir. Aylıq əmək haqqı 300 manat təşkil edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Firmasında xadimə vəzifəsində işləmiş İddiaçı ödənilməli olan əmək haqqlarının və yekun haqq-hesabın məbləği müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin əmək haqqının ödənilməsi ilə bağlı hissəsində qeyd edir ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməmişdir. Bundan əlavə, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı əmək haqqları qanunvericiliyə uyğun olaraq tam hesablanıb ödənilməmişdir. Aşkar olunmuş pozuntulara əsasən El-Beton» Firmasının işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda İddiaçı əmək haqqlarının hesablanması və ödənilməsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və əmək haqqlarının qanunauyğun olaraq tam hesablanıb ödənilməsi ilə əlaqədar olaraq onlar tərəfindən Cavabdeh Firmasının rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********9 nömrəli göstəriş xarakterli məktub ünvanlanmışdır. Bütün qeyd olunanlara əsasən göstərilən tədbirlərin aradan qaldırılmaması və işçiyə əmək haqqının ödənilməməsi ilə bağlı olaraq işçiyə əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı olaraq bu qənaətə gəlir. İddiaçının əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq iddiaçıya əmək haqqları qanunvericiliyə uyğun olaraq tam hesablanıb ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən aşkar olunmuş pozuntulara görə El-Beton» Firmasının işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Bütün qeyd olunan işin halları bunu deməyə əsas verir ki, işəgötürən tərəfindən işçi işdən azad edilməməsinə baxmayaraq bu müddət ərzində ona əmək haqqı ödənilməməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155-ci maddəsinin 1-ci hissəsinə görə işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Eyni Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Qeyd olunan Məcəllənin 174-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. Göstərilən qanunun normalarından da göründüyü kimi işçinin gördüyü işə görə müəyyən olunmuş minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Firmasına rəsmi qaydada dəfələrlə rəsmi qaydada işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə sorğuları göndərilmiş, lakin məhkəmə sorğularını rəsmi qaydada qəbul etmələrinə baxmayaraq icrasını təmin etməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bütün qeyd olunan xüsusatlar onu deməyə əsas verir ki, İddiaçı Cavabdeh Firmasında işləməsinə baxmayaraq, əmək müqaviləsində qeyd olunmuş aylıq 300 (üç yüz) manat məbləğində əmək haqqını ala bilməmişdir. Cavabdeh verilmiş iddia tələbinə dair etirazının əsaslarının nədən ibarət olmasına dair dəlil və mülahizələrini məhkəməyə təqdim etmədiyindən, həmçinin məhkəmə zəruri araşdırmasının icrasını təmin etmədiyindən, ən əsası Əmək Müfəttişliyinin barələrində protokol və təkrar xəbərdarlıq etməsinə baxmayaraq əmək müqaviləsi üzrə əmək haqqının ödənilməsini həyata keçirməmişdir.Məhkəmə bütün qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən yekun haqqhesabın əmək müqviləsinin qüvvədə olduğu müddətdə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 10-cu maddəsində göstərildiyi kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq- hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməmişdir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinin məcburi işburaxma müddətində əmək haqqını hesablanması hissəsi ilə bağlı qeyd edir ki, AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir; Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə iddia tələbinin son haqq-hesabın müəyyən edilərək ödənilməsi hissəsində hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, son haqqhesab işçinin əmək müqaviləsinə xitam verildiyi müddətdən sonra ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsinə xitam verildikdən sonra işçinin son haqq-hesabı və digər ödənişləri tələb etmək hüququ yaranır. Ona görə də qeyd olunanlara əsasən məhkəmə, iddia tələbinin qismən edilməsi qənaətinə gəlir. Ona görə də məhkəmə həmin hissədə iddia tələbinə qətnamənin nəticə hissəsində qiymət verməyi zəruri hesab etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Firmasına öz xahişi ilə işdən azad olunması barədə işəgötürənə müraciət etdiyi tarixdən yəni, 18 fevral 2022-ci il tarixindən mübahisələndirdiyi vaxtadək 11 (on bir) ay 14 (on dörd) gün üçün əmək haqqına görə 3440 manat (11 (on bir) ay 14 (on dörd) x 300 manat) məbləğində əmək haqqı Cavabdeh Firmasından tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Firmasından ödənilməmiş əmək haqqına görə 3440 (üç min dörd yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar