Məhkəmə qərarları › İş №e-2(060)-1663/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1663/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1663/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment və digər tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə birgə nikahdan dünyaya gəlmiş 23 iyul 2022-ci il il təvəllüdlü X1 yetkinlik yaşına qədər saxlanılması üçün 250 manat alimentin tutulamasını, hər ay 100 manat məbləğində uşağın 3 yaşına kimi saxlanması üçün əlavə xərclərə cəlb edilməsini, 50 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsidə iddiaçının yaşayış yeri kimi kimi Sumqayıt şəhəri, 16-cı mikrorayon, T.Bəhramov küçəsi 13, ev 83a göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış zamanı onun yaşayış yerinin Qubadlı rayonu, Mirlər kəndi olması müəyyən edilmişdir. İddia ərizəsinə iddiaçının Sumqayıt şəhərində yaşadığını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış zamanı cavabdehin yaşayış yerinin Ağdam rayonu, Seyidli ərazi dairəsi, Seyidli kəndi olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1.). Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır (152.1.3). Məhkəmə hesab edir ki, tərəflərin yaşayış yerləri Sumqayıt şəhəri olmadığından, Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı aliment və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar