Məhkəmə qərarları › İş №e-2(060)-1864/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1864/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1864/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı vəkil və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.03.2005-c il təvəllüdlü X5, 19.05.2008-ci il təvəllüdlü X4 və 07.02.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, ümumilikdə 579 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkil və nümayəndəsi Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı qətnaməsi ilə nikahlarının pozulması, uşaqların İddiaçı yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavadbehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hal-hazırda isə İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qət olunan aliment məbləğinin artırılmasını istəyir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən 31.03.2005-ci il təvəllüdlü X5, 19.05.2008-ci il təvəllüdlü X4 və 07.02.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına saxlanılması üçü hər ay hər uşaq üçün 193 manat ümumilikdə 579 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkil və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 11 yanvar 2005-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 31 mart 2005-ci il təvəllüdlü X5, 19 may 2008-ci il təvəllüdlü X4 və 07 fevral 2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Nikahları ilk vaxtlarında münasibətləri normal olşsa da, cavabdehlə bir neçə müddət sonra onun iddiası ilə Sumqayıt Şəhr Məhkəməsinin 2(060)-9903/2018 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahları pozulmuş, uşaqlarım onun yanında qalması və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Belə ki, qət olunan qətnaməyə 2019cu il tarixdə onun ərizəsi ilə xitam verilmişdir. Buna baxmayaraq cavabdeh uzun müddətdir ki, uşaqları ilə maraqlanmır, onlara heç bir maddi yardım göstərmir. Uşaqların maddi və mənəvi tələbatlarının ödənilməsində atalıq məsuliyyətini dərk etmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən 31.03.2005-ci il təvəllüdlü X5, 19.05.2008-ci il təvəllüdlü X4 və 07.02.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına saxlanılması üçü hər ay hər uşaq üçün 193 manat ümumilikdə 579 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzər alaraq, rəsmi nikahlarından anadan olmuş 31.03.2005-ci il təvəllüdlü X5, 19.05.2008-ci il təvəllüdlü X4 və 07.02.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən 31.03.2005-ci il təvəllüdlü X5, 19.05.2008-ci il təvəllüdlü X4 və 07.02.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına saxlanılması üçü hər ay hər uşaq üçün 193 manat ümumilikdə 579 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı vəkil və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı, 28.11.2018-ci il tarixli qətnaməsinin əslindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 11.01.2005-ci il tarixdə bağlanmış 21 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 31.03.2005-ci il təvəllüdlü X5, 19.05.2008-ci il təvəllüdlü X4 və 07.02.2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh 18.10.2018-ci il tarixdən başlayaraq 31.03.2005-ci il təvəllüdlü X5, 19.05.2008-ci il təvəllüdlü X4 və 07.02.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ №119011 saylı, 04.06.2008-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 19.05.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2448 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ №499343 saylı, 19.02.2015-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 19.02.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 948 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ №601337 saylı, 15.02.2005-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 31.03.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1381 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh mağazada satıcı işləyir və aylıq əmək haqqısı 300 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya şurası tərəfindən təyin edilmiş mediatoru X1 25.01.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 31 mart 2005-ci il təvəllüdlü X5, 19 may 2008-ci il təvəllüdlü X4 və 07 fevral 2015-ci il təvəllüdlü X11 qızının yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı iş üzrə qəbul etdiyi 28 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 31 mart 2005-ci il təvəllüdlü X5, 19 may 2008-ci il təvəllüdlü X4 və 07 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı iş üzrə qəbul etdiyi 28 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 31 mart 2005-ci il təvəllüdlü X5, 19 may 2008-ci il təvəllüdlü X4 və 07 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat 80 (səksən) qəpik dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar