Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1968/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququna törədilən maneənin aradan qaldırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı nəvələri - xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2022-ci il tarixli, 03 №li qərarı ilə müəyyən edilmiş müddətdə, yəni hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-a qədər ünsiyyətdə olmağına Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə qət edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu X5 ilə xasiyyəti uyğun gəlmədiyindən ayrılmışdır. Onların nikahda olduqları dövrdə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki övladı vardır. Hazırda cavabdeh- Cavabdeh iddiaçını nəvələri ilə görüşməyə qoymur və nəvələri ilə ünsiyyətinə imkan yaratmır. Bununla əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş və bu orqanın xx.xx.2022-ci il tarixli, 03 №li qərarı ilə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə mənə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-a qədər ünsiyyətdə olma müddəti müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh bu qərarı qəbul etməyərək iddiaçının nəvələri ilə görüşməyinə maneə törədir və şərait yaratmır. Buna görə də iddiaçı nəvələri ilə görüşmək və ünsiyyətdə olmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək himayəsində olan X8 və X7 ilə İddiaçı, uşaqların razılığı nəzərə alınmaq şərti ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsini əsassız hesab edir və bildirir ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyil. Belə ki, iddiaçının oğlu H.M.Qurbanovla xx.xx.2007-ci il tarixdə nikah qeydiyyatından keçməklə ailə qurmuş və xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. Nikah dövründə olan müddət ərzində ilk əvvəl cavabdehlə münasibəti normal olmuş, lakin, son zamanlar xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1269/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə H.M.Qurbanovla aralarında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikah qeydinin pozulması, nikahın pozulmasından sonra azyaşlı X4 və X3 analarının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq H.M.Qurbanovdan hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq analarına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların analarının yanında qalması qət edilsə də, anaları heç vaxt Kərəm və Fətəlinin atası və yaxud nənəsi ilə ünsiyyətdə olmasına etiraz etməmiş və mane olmamışdır. Ona görə də məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyil. Uşaqların atası və yaxud nənəsi ilə ünsiyyətdə olub-olmaması barədə iddiaçı ilə aramızda heç vaxt söz-söhbət və narazılıq olmamışdır. Çünki, eyni qəsəbədə və eyni binada yaşamalarına baxmayaraq, uşaqların nə atası, nə də nənəsi, onları heç vaxt görmək və ünsiyyətdə olmaq arzusunda olmamış və buna cəhd göstərməmişlər. Cavabdeh bir valideyn kimi uşaqlarının mənafeyini nəzərə alaraq atası və digsr qohumları ilə ünsiyyətdə olmasına maneçilik törətmir. Uşaqlarının, atası və digər qohumları ilə ünsiyyətdə olmaq, onların maddi və mənəvi tələblərinin ödənilməsində atasının və nənəsinin də yaxından iştirak etmək istəyinə məhdudiyyət qoymamış və maneçilik törətməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - №-MŞB-5-03419 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Osman qızı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 03 №-li qərarının surətindən görünür ki, ərizəçi X1 nəvələri, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək ünsiyyətdə olma müddəti müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu X5 ilə xasiyyəti uyğun gəlmədiyindən ayrılmışdır. Onların nikahda olduqları dövrdə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki övladı vardır. Hazırda cavabdeh- Cavabdeh iddiaçını nəvələri ilə görüşməyə qoymur və nəvələri ilə ünsiyyətinə imkan yaratmır. Bununla əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş və bu orqanın xx.xx.2022-ci il tarixli, 03 №li qərarı ilə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə mənə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00a qədər ünsiyyətdə olma müddəti müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh bu qərarı qəbul etməyərək iddiaçının nəvələri ilə görüşməyinə maneə törədir və şərait yaratmır. Buna görə də iddiaçı nəvələri ilə görüşmək və ünsiyyətdə olmaq üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməletməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla əməletməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən - Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 4.1.ci maddəsində qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 4.2.ci maddəsində qeyd olunur ki, Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsietibarsızdır. Məhkəmə, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı nəvələri - xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2022-ci il tarixli, 03 №li qərarı ilə müəyyən edilmiş müddətdə, yəni hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-a qədər ünsiyyətdə olmağına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı nəvələri - xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2022-ci il tarixli, 03 №li qərarı ilə müəyyən edilmiş müddətdə, yəni hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-a qədər ünsiyyətdə olmağına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1968/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1968/2023
04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver