Məhkəmə qərarları › İş №e-2(060)-2019/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2019/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2019/2022 22.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 Aydın qızının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların onun yanında qalması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların onun yanında qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X11 arasında bağlanmış xx.xx.2011-ci il tarixli rəsmi dövlət nikahının pozulması və birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X12 onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X18 adlı üç övladı olmuşdur. Nikahın ilk vaxtlarında münasibətləri normal olmuşdur. Cavabdeh ona xəyanət etmiş, xx.xx.2022-ci il tarixdə cavabdehin qonşuluqda yaşayan digər şəxslə whatsapp yazışmasını və uzun müddət münasibətlərinin olmasını aşkarlamışdır. Qeyd edir ki, o, hərbiçidir. Xidmət etdiyi hərbi hissə tərəfindən N Günlük Qarabağ döyüşündə Füzuli rayonunda xidmət etmişdir. Cavabdeh onun xidmətdə və uzaqda olduğundan istifadə edərək əxlaqsız davranışlara yol vermişdir. O, onun xəyanətini bildikdən sonra özü könüllü olaraq uşaqlarını evdə qoyaraq çıxıb getmişdir. Artıq cavabdehlə heç bir bağı qalmamışdır. Ailənin bərpası mümkün deyildir. Boşanmaq fikri qətidir. Nikah formal xarakter daşıyır. O, övladlarının elə bir ananın yanında böyüməsinə etiraz edir. Belə ki, uşaqlarının qayğısına o, qalır, onlara özü baxır. Uşaqlar da onun yanında qalmaq istəyir, qəti şəkildə analarını görmək istəmirlər. Belə ki, uşaqlarının artıq 10 yaşı tamam olmuşdur. Onların hansı valideynin yanında qalmasını özləri seçə bilərlər. O, onları yaxşı böyütmək, millət və dövlət üçün layiqli vətəndaş kimi formalaşdırmaq üçün əlindən gələni edir. Əlavə olaraq qeyd edir ki, döyüşlər zamanı Cənab Prezidentimizin «Cəbrayılın azad olunmasına görə», “Laçının azad olunmasına görə” və “Laçında xidmətə görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, məhkəmə tərəfindən verilmiş üç ay müddətdə cavabdehlə barışmamışdır, nikahın pozulmasında fikri qətidir. Birgə nikahdan olan uşaqlar hal-hazırda onun yanında yaşayırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, nikahın pozulmasına razıdır. Tərəflər 5-6 aydır ki, faktiki olaraq ayrı yaşayırlar. Birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X18 atanın yanında qalırlar. Hesab edir ki, uşaqlar təsir altındadır. Bu baxımdan Komissiya tərəfindən verilmiş rəylə də razı deyil. Uşaqların ana qayğısına ehtiyacları vardır. Odur ki, boşanmadan sonra uşaqların ananın yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdeh öz izahatında iddia tələbini qismən qəbul etdiyini, nikah pozulduqdan sonra kiçik oğlu Ruzinin onunla qalmasını istədiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X18 hər biri ayrı-ayrılıqda bildirdilər ki, tərəflər valideynləridir, hazırda atalarının yanında yaşayırlar. Onların qayğısına ataları qalır. Valideynləri boşanacağı halda atalarının yanında qalmaq istəyirlər. Ruzi Əsgərov əlavə olaraq göstərdi ki, anası onlara yaxşı baxmır, onlara vaxtıvaxtında yemək vermir, onunla yaşadığı vaxt daim telefonla məşğul olduğundan onlara vaxt ayırmırdı. Anası atasına xəyanət etdiyindən anası ilə yaşamaq istəmir. Ceyran Əsgərli və İlkin Əsgərov hər biri ayrı-ayrılıqda kiçik qardaşlarının dediklərini təsdiq etdiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, uşaqların fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı, 639038 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 45 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Quliyeva soyadı verilmişdir. AZ-İİ seriyalı, 353197 saylı, AZ-İİ seriyalı 650899 saylı və AZ-İİİ seriyalı 353646 saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2009cu il, X14 xx.xx.2011-ci il və X18 xx.xx.2014-cü il tarixlərdə Sumqayıt şəhərində anadan olmuşlar, ataları İddiaçı, anaları Quliyeva Yelenadır. xx.xx.2022-ci il tarixli, № MŞB/6-410 ilkin X3 Edilməməsi barədə arayışdan görünür ki, X6 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin X3 etməmişdir. İddiaçı ilkin X3 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 197 saylı, 19 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tərəflərin izahatlarını, uşaqların yaşını, fikirlərini, hazırda atanın himayəsində olmasını, uşaqların birbirlərindən ayrılmalarının yolverilməz olduğunu nəzərə alaraq, Komissiya xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X12 atalan İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/386 saylı rəyindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X12 hal-hazırda atası İddiaçı bağlılığı üzə çıxmaqla, anası X9 bağlılığı müəyyən olunmur. xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X14 psixi inkişaflarına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2014-cü il təvəllüdlü X18 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə maraqlarına toxunan məsələlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildir. Validyenləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2009-cu il X10, xx.xx.2011- ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X12 emosional-iradi sferalarına və anaları X2 münasibətlərinə neqativ təsir göstərmişdir. İddiaçı və X5 hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011- ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X12 emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Hazırda tərəflər ər-arvad münasibətlərini faktiki olaraq kəsmişlər, nikah formal xarakter daşıyır. Birgə nikahdan olan uşaqlar atanın yanında qalır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3, 19, 20 və 21-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, İddiaçı ilə X8 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 45 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsidir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə hesab edir ki, boşanmadan sonra birgə nikah olan uşaqlar ataları İddiaçı yanında qalmalıdırlar. Belə ki, məhkəmə gəldiyi nəticəni aşağıda göstərilənlərlə əsaslandırır: “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşaqlar onların arasında nikahın pozulması barədə məhkəmə mübahisəsi zamanı atalarının yanında olmuş, hazırda da onunla birlikdə yaşamaqla atanın himayəsindədirlər. Məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən uşaqların məhkəmə iclasında iştirakı təmin edilərək dindirilmiş, uşaqlar ataları ilə yaşadıqlarını, anaları ilə yaşamaq istəmədikləri bildirmşlər. Eləcə də məhkəmə tərəfindən təyin edilən məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, azyaşlı uşaqlara onların psixikası və davranışında fikir və mülahizələrini dəyişdirə biləcək valideynləri tərəfindən psixoloji təsir əlamətləri aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq iş üzrə əldə edilmiş rəyləri sübut növü kimi qəbul edərək bu qənaətə gəlir ki, mövcud vəziyyətdə uşaqların himayəsində yaşadıqları atalarından məcburi şəkildə alınaraq analarına verilməsi uşaqların mənafeləri baxımından yolverilməzdir. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Baxılan iş üzrə uşaqlar anaları ilə qalmaqdan təkidlə imtina edir, atalarının himayəsində qalmaq istədiklərini, onlara atalarının yanında yaxşı baxıldığını və uyğunlaşdıqları mühitdən ayrılmaq istəmədiklərini bildirirlər. Bu baxımdan cavabdehin valideynlik hüquqları uşaqların mənafeyinə zidd, onların mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X13rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Məhkəmə Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən alimentin tutulması məsələsinə qiymət verərək qeyd edir ki, iddiaçının aliment tələbi olmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatı dəyərinin əvəzi olaraq 100 manat cavabdehdən tutularaq X1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Quliyeva (Gulıeva) Yelena (Elena) Mətləbovna arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 45 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Boşanmadan sonra birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2011ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X18 ataları İddiaçı yanında qalsınlar. Ekspertiza tədqiqatı dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar