Məhkəmə qərarları › İş №e-2(060)-2050/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2050/2022

19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2050/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «uşaqlar üzərində müəyyən olunmuş qəyyumluğun ləğv edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 üzərində Cavabdeh qəyyumluğuna verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 237 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və övladları üzərində müəyyənləşdirilmiş bu qəyyumluğun ləğv edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun, İddiaçı himayəsinə verilməsi və uşaqların yaşayış yerlərinin onun yanında müəyyən olunması, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 Şirinov Elbrus Nizam oğlu ilə həftənin 2-4- 6-cı günləri saat 14:00-dan saat 20:00-a qədər onunla ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 üzərində Cavabdeh qəyyumluğuna verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 237 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və övladları üzərində müəyyənləşdirilmiş bu qəyyumluğun ləğv edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun, İddiaçı himayəsinə verilməsi və uşaqların yaşayış yerlərinin onun yanında müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, İddiaçı övladları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 üzərində Cavabdeh qəyyumluğuna verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 237 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi ilə əlaqədar ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Müraciətinin əsas səbəbi ondan ibarət olmuşdur ki, uşaqlar qəyyumluğa verildikdən sonra məlum olmuşdur ki, onların mənzil şəraiti acınacaqlıdır. Bundan əlavə qəyyum Cavabdeh ailə üzvləri uşaqların mənəvi və psixi inkişafına pis təsir göstərəcək həyat tərzi keçirirlər. Əlavə onu da qeyd edir ki, cavabdeh onun bir ata kimi uşaqları ilə ünsiyyətdə olmağına maneçilik törədir. Hal-hazırda o, bir ata kimi təyin olunmuş qəyyum Cavabdeh qəyyumluq vəzifələrini yerinə yetirmir və hüquqlarından sui-istifadə edir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına bu barədə yetərli məlumatlar versə də, komissiya hərəkətsizlik göstərərək hər hansı bir müvafiq tədbirlər görmür. Bu isə onu məcbur edir ki, uşaqlarının gələcək taleyini nəzərə alıb üzərlərində məqsədəuyğun gəlməyən qəyyumluğun üzərlərindən götürülməsi barədə məhkəməyə müraciət edir. Bundan əlavə də iddia ərizəsində göstərdiyi kimi, cavabdeh qəyyum uşaqları ilə ünsiyyətdə olmağının qarşısını alır. Ona görə də qəyyumluq ləğv edilməklə yanaşı uşaqları ilə ünsiyyət hüququ bərpa olunmalıdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 üzərində Cavabdeh qəyyumluğuna verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 237 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və övladları üzərində müəyyənləşdirilmiş bu qəyyumluğun ləğv edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun, İddiaçı himayəsinə verilməsi və uşaqların yaşayış yerlərinin onun yanında müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, qəyyumluq Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən verilmiş və o, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 237 saylı Sərəncamına əsasən nəvələri X10, X19 oğlu və X20 oğlunun üzərində qəyyum təyin edilmişdir. Bildirmək istəyir ki, iddiaçı uşaqlara baxmamış, onlara yardım etməmişdir, bu səbəbdən də o, məhkəmədə iddiaçıya qarşı aliment tələbinə dair iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə xx.xx.2013-cü ildə uşaqlar üçün aliment hər uşağa 75 manat olmaqla 2 uşağa 150 manat qət edilmiş və xx.xx.2021-ci il tarixli 2(060)-1040/2021 saylı qətnaməsi ilə alimentin artırılmasına dair iddia tələbi qismən təmin edilmiş və uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla 2 uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlar ona bağlıdırlar və iddiaçı bu illər ərzində valideynlik borcunu yerinə yetirməmiş, məhkəmə qətnaməsi ilə qət edilmiş alimentdən keçən bu 9 il ərzində az miqdarda ödənişlər etmiş, hazırki vaxtda onun aliment üzrə 10000 manatdan artıq borcu yığılmışdır. İddiaçı artıq uşaqların yetkinlik yaşlarına çatmaq ərəfəsində olduğunu görüb (Fəridin 30 mart 2022-ci ildə 18 yaşı tamam olur) bu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nəvəsi Fəridi oxuduğu Sumqayıt şəhər 16 saylı məktəbə buraxmayaraq onu Sumqayıt şəhər Parkında və bir neçə ay Bakı şəhər Neftçilər bazarında işlətmiş, onun əməyini istismar etmiş, hətta onda olan məlumata əsasən iddiaçı uşağı işləməyə qoyduğu şəxsdən 1 illik əmək haqqını da qabaqcadan almışdır. O, uşağın axtarışı ilə bağlı polisə şikayət etmiş və uşaq həmin bazardan tapılmışdır. Bu hadisədən sonra iddiaçıya uşağa yaxın getmək qadağası qoyulmuşdur. Digər nəvəsi Şirinzadə Natiqə gəldikdə isə iddiaçı dəfələrlə bu uşağın ondan olmadığını bildirmiş, məhkəməyə müraciət etmiş və bütün məhkəmə instansiyalarında iddiaçı tələbi üzrə işə baxılaraq iddiası rədd olunmuşdur. Hazırda isə yenə də iddiaçı aliment üzrə yığılan borclardan boyun qaçırmaq məqsədi ilə bu uşaqlar üzərində təyin olunmuş qəyyumluğu ləğv etmək və uşaqları almaq niyyətindədir. Uşaqların biri 18 yaşındadır, digər isə 11 yaşındadır, bu yaşda uşaqlara qarşı bu cür iddia ilə çıxış etməsi uşaqlara da psixoloji təsir edir, onlar qətiyyən iddiaçı ilə yaşamaq istəmirlər və hətta kiçik nəvəsi iddiaçının ondan uzaq durmasını və təhsil aldığı məktəbə də gəlməməsini iddiaçıdan yalvararaq xahiş edir. Onun üçün ən önəmli nəvələrinin mənafeyidir, çünki uşaqlar onunla qalmaq istəyir və onun uşaqları saxlamağa imkanı vardır, buna görə də hazırki iddia tələbini qəbul etmir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 məhkəmədə iştirak edən zaman bildirdi ki, cavabdeh X4 Rəhimova qəyyum təyin edilsə də, ona baxmır. Vüqarın adına olan iki əmlakı Vüqar üçün deyil şəxsi məqsədləri üçün istifadə edir. Əlavə olaraq, X25 öz yanında saxlamalı onun səhhətinə diqqət etməli olduğu halda, Vüqar ilə anasını evdən qovmuşdur. Bu səbəbdən iddia tələbinin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. İş üzrə maraqlı şəxs qismində işə cəlb olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxs qismində işə cəlb olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə azyaşlı X7 nənəsi və atasının iştirakı ilə dindirlərək bildirdi ki, o, 16 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. O, hazırda nənəsinin himayəsində qalır. Onların təlim-tərbiyəsi ilə nənəsi məşğul olur. Atası ilə ünsiyyətdə olmaq, onunla görüşmək istəmir. Bundan sonra da, nənəsinin himayəsində qalmaq istəyir. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan № 05/Q-4357/69 saylı, xx.xx.2019-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan № xx/xx-3019/69 saylı, xx.xx.2019-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Şirinov Elbrus Nizam oğluna ünvanldığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, övladları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X20 oğlu üzərində Cavabdeh qəyyumluğuna verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 237 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı müraciətinə cavab olaraq Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası adı çəkilən uşaqlar üzərində nənələri Cavabdeh qəyyumluğunun ləğv edilməsi məqsədəuyğun hesab etməmişdir. Qeyd olunan məsələ ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 237 nömrəli qəyyum təyin etmə barədə sərəncamından görünür ki, ərizəçinin azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmiş Arifə Sadıqovanın birinci nikahdan doğulmuş 2003-cü il təvəllüdlü qızı Fəridə Sadıqovanın atası X11 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, 2004-cü il təvəllüdlü Fərid, 2011-ci il təvəllüdlü Natiq Şirinzadənin atası Elbrus Nizam oğlu Şirinov isə notarial qaydada təsdiq edilmiş ərizə verərək uşaqların nənəsi Cavabdeh qəyyumluğuna verilməsinə razılığını bildirmişdir. Hazırda uşaqlar nənələri Cavabdeh himayəsində yaşayırlar. Cavabdeh nəvəsi X10, X19 oğlu və X20 oğlunun üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan X19 oğlunun xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, X19 oğlu və qardaşı Şirinzadə Natiq nənəsi Cavabdeh qəyyumluğunda qalmaq istəyirlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1040\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2954/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı X9 xeyrinə qətnamə qanuni qüvvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3732/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1040/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, uşağın yaşını və fikirlərini, uşağın nənəsinə psixoloji-emosional bağlılığını nəzərə alaraq, xx.xx.2011-ci il təvəllüdlü X20 oğlunun atası ilə sərbəst ünsiyyətdə olmalarına maneçilik yaradılmaması şərtilə hazırda nənəsi Cavabdeh qəyyumluğunda saxlanılmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçı Şirinov Elbrus Nizam oğlu Sumqayıt şəhər Mediasiya Şurasının mediatoru X1 xx.xx.2022-ci il tarixində, 09:00-09:15 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılsada mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasmm Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olma arzusu nəzərə alınmalıdır. Həmin Məcəllənin 35.5-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan hallardan başqa, əvəzsiz icra edilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi almmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38.3-cü maddəsinə əsasən üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olam nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqam qəyyumu və ya himayəçini bu vəzifələrin icrasmdan kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 141.1-ci maddəsinə əsasən uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən qəyyumluqda (himayədə) olan uşağın qəyyumunun (himayəçisinin) qəyyumluq və himayə orqanlarının tövsiyələrini və uşağın rəyini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək hüququ vardır. Qəyyum (himayəçi) uşağın rəyinə uyğun olaraq onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını seçmək hüququna malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun (himayəçinin) məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ var. Həmin Məcəllənin 141.4-cü maddəsinə əsasən uşağın valideynləri, yaxın qohumları ilə ünsiyyət uşağın maraqlarına cavab vermədiyi hallardan başqa, qəyyumun (himayəçinin) uşağın onlarla ünsiyyət saxlamasına icazə verməmək hüququ yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 142.1-ci maddəsinə əsasən himayədar ailə uşağın tərbiyə olunmaq üçün verilməsinə dair müqavilə əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən himayədar ailə haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Məhkəmə qeyd olunan normalara, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyini, xx.xx.2011-ci il təvəllüdlü X2 nənəsi ilə qalmaq istəməsini və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı “xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 üzərində Cavabdeh qəyyumluğuna verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 237 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və övladları üzərində müəyyənləşdirilmiş bu qəyyumluğun ləğv edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun, İddiaçı himayəsinə verilməsi və uşaqların yaşayış yerlərinin onun yanında müəyyən olunması” barədə iddia tələbi edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar