Məhkəmə qərarları › İş №e-2(060)-2102/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2102/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2102/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 aprel 2024-cü il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-3246/2023 saylı qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində 440 manat alimentin azaldılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 80 manat olmaqla ümumilikdə 160 manat alimentin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-3246/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3020/2019 saylı iş üzrə qəbul etdiyi 14 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 12 aprel 2012-ci il təvəllüdlü X4 və 23 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, iddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Məhkəmə ilə təyin edilən alimentin miqdarı onun üçün böyük məbləğdir. Belə ki, 2019-cu il tarixdə ona təyin edilmiş alimetin miqdarı çox olduğuna görə məcbur qalıb həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini qismən təmin edərək hər uşağa 80 manat olmaqla, 160 manat məbləğində aliment təyin edilmişdir. Hazırda maddi imkanı yoxdur, hər hansı bir yerdə işləmir. Hazırda alimentin artırılması barədə əsaslar yoxdur. Həmçinin 15 noyabr 2018-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan övladı olmuşdur. Hazırda ailəni dolandıran şəxs odur. Maraqlısı odur ki, 2019-cu il də o, Şirvan Apellyasiya məhkəməsində bu halları göstərəndən sonra məhkəmə bu halları nəzərə almış və qətnaməni dəyişmişdir. Sumqayıt şəhər məhkəməsi bu halları araşdırmamış birbaşa onun maddi vəziyyətini ağırlaşdıran əsassız qətnamə qəbul etmişdir. Ailəni dolandırmaq üçün 13 iyul 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından 9700 manat məbləğində kredit götürmüşdür. (kredit müqaviləsini iddia ərizəsinə əlavə etmişdir) Bundan başqa hazırda heç bir yerdə işləmir və işsizdir. Səhhətində problemlər yarandığı üçün işdən azad olunmuşdur. Bundan əlavə olaraq hər ay banka 300 manat ödəniş edir. Alimentin təyin olunmuş miqdarı artırılarkən əksinə onun maddi vəziyyətinin ağırlaşması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, 2020-ci ildə onun ikinci nikahdan övladı anadan olub. İşlədiyi işdən xəstəliyi ilə əlaqədar işdən çıxmışdır. Banka 9700 manat kredit borcu var, hər ay 300 manat ödəniş edir. Məhkəmənin istinad etdiyi Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən qeyd etdiyi hallar əksinə alimentin azaldılmasını şərtləndirir. İşə baxan məhkəmə isə Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad etməklə yenidən alimentin təyin edilməsi işinə baxırmış kimi iddiaçının ərizəsinə qiymət vermişdir. Hər il ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minumumun artırılması alimentin məbləğinin artırılmasına birmənalı şəkildə əsas vermir ki, işin faktiki halları araşdırılmadan avtomatik olaraq alimentin məhkəmə tərəfindən müəyyən olunmuş miqdarda artırılsın. O zaman məhkəmə araşdırılmasına ehtiyac qalmazdı. Onun qeyd etdiyi şərtlərdən başqa iddiaçı tərəfin alimentin artırılmasını şərtləndirən yəni maddi-əmlak vəziyyətinin yaxşılaşdığını (əhəmiyyətli dərəcədə) təsdiq edən hər hansı bir dəlil yoxdur. Belə olduqda alimentin məhkəmə tərəfindən müəyyən olunmuş miqdarının Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən artırılması əsassız hesab olunmalıdır. Hazırda təyin edilmiş 440 manat məbləğində alimenti onun ödəməyə imkanı yoxdur, həmçinin hazırda nikahda olduğu övladları da zülmlə böyüdür. O, alimenti ödəməkdən boyun qaçırmır. Sadəcə alimentin artırılması onun maddi vəziyyətini ağırlaşdırır və alimentin artırılması üçün hüquqi əsaslar yoxdur. Ona görədə alimentin miqdarı aşağı salınmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin təyin etdiyi alimenti ödəməyə maddi gücü çatır. Nəzərinə çatdırmaq istəyir ki, o, uşağının saxlanılması üçün aliment ödəməkdən yayınmır, lakin hazırkı durumu və maddi vəziyyəti buna imkan vermir. Məhkəmə bu halları nəzərə almamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, uşağının saxlanılması üçün aliment ödəməkdən yayınmır, lakin hazırki maddi durumu, səhhəti və maddi vəziyyəti alimentin ödənilməsinə imkan vermir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Şirvan Apellyasiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qətnamə ilə İddiaçı 220 manat, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsilə 440 manat məbləğində aliment tutulması barədə qərar qəbul edilmişdir. İddiaçı hal hazırda heç bir yerdə işləmir. Kredit borcu var və işdən çıxdığı üçün böyük məbləğdə kredit borcu yığılmışdır. İddiaçı məhz aliment borcu üçün kredit götürmüşdür. Hətta bu yaxınlarda iddiaçı artırılmış alimenti ödəyə bilmədiyi üçün 10 gün inzibati qaydada həbs olunmuşdur. Bu da onu bir daha göstərir ki, iddiaçı artırlmış alimenti ödəyə bilmir. Onu da qeyd edir ki, cavabdeh hal-hazırda tibb bacısı kimi rəsmi işləyir, maddi vəziyyəti normaldır. Bundan başqa iddiaçı yenidən nikaha daxil olub və həmin nikahdan da iki uşağı var. Nümayəndə qeyd edilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və SX019022325AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3246/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3020/2019 saylı iş üzrə qəbul etdiyi 14 noyabr 2019-cu il tarixii qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 12 aprel 2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 307938 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X5 15 noyabr 2018-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X7 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 3937 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Rəhmanova soyadı verilmişdir. İşdə olan AZ-İV 222561 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X1 birgə nikahından xx.xx.2018-cı il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Bankı ASC tərəfindən İddiaçı illik 18.9 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 9700 manat məbləğində kredit verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından görünür ki, İddiaçı 12 aprel 2012-ci il təvəllüdlü X4, 23 mart 2016-cı il təvəllüdlü X6, 20 noyabr 2018-cı il təvəllüdlü X8 və 04 may 2020-ci il təvəllüdlü X6 adlı 4 övladı var. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı yenidən nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan daha iki övladı doğulmuşdur. Məhkəmə cavabdehin hazırda başqa bir şəxslə ailəli olmasını, saxlanılmasına görə öhdəlik daşıdığı uşaqlarının ümumi sayını (dörd uşaq) və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-3246/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq 12 aprel 2012-ci il təvəllüdlü X4 və 23 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı hər ay uşağa görə 120 manat olmaqla, ümumilikdə 240 manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin azaldılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-3246/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, İddiaçı 12 aprel 2012-ci il təvəllüdlü X4 və 23 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar