Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2133/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil,Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10.848 manat əsas borcun, 542.40 manat faiz borcun, ümumilikdə 11390.40 manat borcun, cavabdeh X1 7245 manat əsas borcun, 362.25 manat faiz borcun, ümumilikdə 7607.25 manat borcun, cavabdehlərdən müştərək qaydada mənəvi ziyana görə 2000 manat məbləğində pulun tutulması və ödənilmiş 153 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayından etibarən iddiaçı mobil telefonların alqı-satqısı işi ilə məşğul olmağa başlamışdır. Lakin dənizdə çalışdığı üçün işləri idarə edə bilməmişdir. Odur ki, özü olmayan vaxtlarda işləri idarə etmək üçün şərik axtarmışdır. Bu zaman əvvəllər telefon alıb satan Cavabdeh1 ilə əlaqə yaratmış və Firudin ilə razılaşıb birlikdə işləməyə başlamışdırlar. Firudin ilə aralarında olan şifahi razılaşmaya əsasən, iddiaçı telefonları almaq üçün Firudinə maddi vəsait ödəmiş, Firudin isə yalnız telefonların alqı-satqısını həyata keçirmişdir və əldə olunan gəlir onların aralarında bərabər şəkildə bölünmüşdür. Beləliklə iddiaçı Firudinə müxtəlif vaxtlarda telefon alması üçün ödənişlər etməyə başlamış, Firudin isə əldə etdiyi gəlirlərin yarısını iddiaçının bank kartına göndərmişdir. Aralarında ödənişlərlə bağlı məsələlərin hamısı bank kartı üzərindən olmuşdur. Yazışmalar isə Cavabdeh1 məxsus (+ 994) 55 *** ** ** və (+ 994) 70 *** ** ** nömrələri ilə aparılmışdır. 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək gördükləri işin nəticəsində Cavabdeh1 iddiaçıya ümumilikdə 11.348 (on bir min üç yüz qırx səkkiz) manat məbləğində borcu qalmışdır. 2023-cü ilin sentyabr ayının sonunda Firudin Cavabdeh2 adlı tanıdığı şəxsi də onların telefon alqı-satqı işinə daxil etməyini xahiş etmişdir. Cavabdeh2la olan şifahi razılaşmaları da eyni şərtlərlə, qazancın yarısı həcmində bağlanmış və beləliklə iddiaçı Fəridi də işlərinə əlavə etmişdir. Elə həmin vaxtlarda Cavabdeh2 telefon alıb-satması üçün 3700 (üç min yeddi yüz) manat məbləğində pul göndərmiş və beləcə müntəzəm olaraq pul göndərməyə başlamışdır. 2023-cü ilin dekabr ayına qədər görülən işin nəticəsində Cavabdeh2 iddiaçıya qalıq 3765 (üç min yeddi yüz altmş beş) manat məbləğində borcu qalmışdır. 2023-cü ilin dekabr ayında iddiaçı dənizdən qayıtdıqdan sonra Firudin ilə əlaqə saxlamış və telefonları tanışılarının mağazasına satış üçün qoymaq üçün Firudindən iddiaçıya gətirməsini xahiş etmişdir. Firudin pulların və telefonların Fəriddə olmasını, pulları gedib ondan istəməyini söyləmişdir. Bundan sonra Fərid ilə görüşmüş, Fərid pulları qumarda uduzduğunu və pulları hazırda qaytara bilmədiyini demişdir. İddiaçı narazılıq etsə də, sonradan Fəridə vaxt vermiş və 2024-cü ilin yanvar ayının 15-nə kimi Firudin ilə danışıb bütün pulları qaytaracağına dair Fərid iddiaçıya söz vermişdir. Lakin bugünədək nə telefonlar, nə də pullar iddiaçıya geri qaytarılmamışdır. İddiaçı 03 yanvar 2024-cü il tarixdə Fərid və Firudin ilə Sumqayıt şəhərində yenidən görüşmüş və onlarla üzləşmə zamanı bildirmişdir ki, Cavabdeh1 11.348 manat məbləğində borcu vardır. Cavabdeh2 isə 3765 manat məbləğində borcu qalmışdır. 7-8 nəfər şəxsin iştirakı ilə şifahi şəkildə keçirilən üzləşmə zamanı Fərid və Firudin də sözügedən məbləğlərdə iddiaçıya borcu olduğunu etiraf etmişdirlər. Həmin şəxslər şahid qismində məhkəmədə iştirak etməyə hazırdırlar. Görüş zamanı Fərid və Firdun iddiaçıya borcu qaytarmaq üçün yaya qədər (Firudinin əsgər getdiyi vaxta qədər) vaxt istədilər və o da razılaşmışdır. Lakin iddiaçı yaya qədər yalnız 1 dəfə, xx.xx.2024-cü il tarixdə Firudin borclu olduğu məbləğdən 500 (beş yüz) manatı pulu kartına ödəmişdir. Firudunun borclu olduğu qalan 10.848 (on min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul və mallar isə ona bugünədək geri qaytarılmamış, ödənilməmişdir. Firudinin iddiaçıya 10.848 (on min səkkiz yüz qırx səkkiz) manat məbləğində borcu vardır. Bundan əlavə, 2024-cü ilin mart ayında Fərid iddiaçı ilə əlaqə saxlamış və pulu tam şəkildə ona geri qaytarmaq istədiyini, lakin iş görmək üçün əlində pul olmamasını bildirmiş və Fərid iş görmək üçün ondan maddi cəhətdən köməklik göstərməyimi xahiş etmişdir. Fərid işləyib qazandığı pul ilə iddiaçıya olan borcunu qaytaracağına dair söz vermiş və iddiaçı ona iş görmək üçün xx.xx.2024-cü il tarixdə 1070 manat, xx.xx.2024-cü il tarixdə 1060 manat, xx.xx.2024-cü il tarixdə 1350 manat olmaqla cəmi 3480 (üç min dörd yüz səksən) manat məbləğində pulu onun kart hesabına göndərmişdir. Fərid həmin pula 2 ədəd M1 və M2 model MacBook almalı, satmalı və əldə etdiyi gəlirin yarsının ona geri ödəməli idi. Lakin bir müddət keçdikdən sonra Fərid ilə əlaqə saxlayan zaman Fərid problemlərinin olduğunu və həmin 3480 manat məbləğində pul ilə Macbookları deyil, problemlərini həll etdiyini bildirmişdir. Fərid yenə də verdiyi sözə əməl etməmiş, razılaşmanı pozmuş və nə ödənişi, nə də elektron vasitələri iddiaçıya geri qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh2 İddiaçı cəmi 7.245 (yeddi min iki yüz qırx beş) manat (əvvəlki 3765 manat + sonrakı 3480 manat) məbləğində borcu vardır. Beləliklə, cavabdehlər Cavabdeh1 iddiaçıya 10.848 (on min səkkiz yüz qırx səkkiz) manat və Cavabdeh2 isə iddiaçıya 7245 (yeddi min iki yüz qırx beş) manat olmaqla, ümumilikdə 18.093 (on səkkiz min qorxsn üç) manat məbləğində borcları vardır. Həmçinin bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 XZM-nə verdiyi şikayət əsasında, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-də araşdırma aparılmış, X3 və Cavabdeh2 polis şöbəsinə dəvət edilmişlər. Barəsində şikayət edilən xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 təhqiqat oqanında verdiyi izahatında bildirmişdir ki, İddiaçı adlı şəxsi 2 ilə yaxın tandığını, 2023-cü ilin may ayından birlikdə iş görməyə başladıqlarını, Ramazanın maddi cəhətdən bütün işləri görəcəyini, qalan alqı-satqı işlərini isə özünün görəcəyini, birlikdə çalışdığı müddətdə 20.000 manat məbləğində qazanc əldə etmələrini, heç vaxt Ramazan adlı şəxsin pulunu ələ keçirmək niyyətinin olmamasını, bu niyyəti olsaydı əgər müxtəlif vaxtlarda buna imkanı olmasını, 2023-cü ilin dekabr ayında Ramazanın onda olan 4000 manat dəyərində olan telefonlarını, eləcə də 2000 manat məbləğində pulunu Sumqayıt şəhərində Cavabdeh2 verməsini, Fəridin ona telefonları satacağını, 2000 manat məbləğində pul ilə isə alver edəcəyini söyləməsini, Ramazanın onda olan qalan 5000 manat məbləğindəki pulunu isə telefon alqı-satqı işində uğurlu ola bilməməsini, ziyan eləməsini, ümumilikdə Ramazan adlı şəxsin ondan 9000 manat məbləğində dəyəri olan telefonunun və 2000 manat məbləğində maddi vəsaitinin olmasını, Ramazan adlı şəxs ilə gördüyü işin uğursuz olmasını, özününü xeyli miqdarda ziyan etməsini,amma Ramazan adlışəxsə vurduğu bütün maddi ziyanı ödəyəcəyinə söz vermişdir. İzahatdan göründüyü kimi, Mirzəyev Firidun 9000 manat məbləğində dəyəri olan telefonunun və 2000 manat məbləğində maddi vəsaitinin olmasını etiraf etmişdir.Barəsində şikayət edilən xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 isə izahatında İddiaçı adlı şəxsi 2023-cü ilin oktyabr ayından tanıdığını, həmin vaxtdan birlikdə telefon alqı-satqı işini gördüyünü, Ramazanla aralarında olan razılaşmaya əsasən, maddi xərcləri Ramazanın qarşılayacağını, qalan alqı-satqı işlərini isə özünün görəcəyini, Ramazan ilə çalışdığı müddətdə Ramazan ilə birlikdə 4000 manata yaxın qazanc əldə etmələrini, 2023-cü ilin dekabr ayında Ramazandan aldığı 3700 manat məbləğindəki maddi vəsaiti telefon alqı-satqı işində uğursuzluğa düçar olduğu üçün ziyan etməsini, bundan sonra Firudinin Ramazanın onda olan 5000 manat məbləğində pulu verməsini, 2024-cü ilin yanvar ayının 2-də Ramazan ilə görüşüb ondan olan 8.700 manat məbləğindəki pulu işində uğursuz olub ziyan eləməsini, 2024-cü ilin yanvar ayında Firudin ilə birlikdə Sumqayt şəhərində Ramazan ilə görüşməsini, Ramazana 8700 manat məbləğində pulu qaytaracağına söz verməsini, 2024-cü ilin mart ayında Firudinin vasitəsi ilə Ramazana 500 manat məbləğində ödəniş etməsini, Ramazan ilə danışıq zamanı Ramazana borcu olduğunu qəbul etməsini, onu ödəyəcəyini və bundan boyun qaçırmamasını söyləməsini, 2024-cü ilin mart ayının sonunda Ramazandan ona kömək etməyini istəməsini, iş görüb onun borcunu qaytaracağını söyləməsini, Ramazanın ona 2.850 manat məbləğində pul verməsini, həmin pul ilə telefon alqı-satqı işi görməsini, telefon alqı-satqı işində uğursuz olduğu üçün ziyan etməsini, ümumilikdə Ramazan adlı şəxsə 3000 manat məbləğində borcu olması, Firudin adlı şəxsə isə 8700 manat məbləğində borcu olmasını, 8700 manat məbləğindəki pulun Ramazan adlı şəxsin olsa belə həmin məbləğdəki pulu Firudindən aldığı üçün Firudinə ödəyəcəyini, Ramazan və Firudinin pulunu qabaqcadan ələ keçirmək niyyətinin olmamasını bildirmişdir. Göründüyü kimi, Cavabdeh2 iddiaçıya borclu olduğu məbləği etiraf etmişdir. Aparılmış araşdırma zamanı, şikayət olunan şəxslərin iddiaçının vəsaitlərini qabaqcadan ələ keçirmək niyyətlərinin olması kifayət qədər sübuta yetirilmədiyinə görə, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2024cü il tarixli Qərarla cinayət işinin açılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin bu izahatdan da göründüyü kimi, cavabdehlər səmimi etiraf edərək iddiaçıya olan borclarını etiraf etmişdirlər, qısa müddət ərzində qaytaracaqlarına söz vermişdirlər. Lakin bugünədək borc məbləği qaytarılmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının tələbində 7245 manat pulun Cavabdeh2 tərəfindən qaytarılması öz təsdiqini tapmamışdır. Ona Polis İdarəsində hədə-qorxu gəlindiyinə istinad edir. Lakin belə bir hal olsa, o hüquq mühafizə orqanlarına müraciət edə bilər. Eləcə də, Cavabdeh1 da 10.848 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Bu öz təsdiqini tapmışdır. Aralarında şifahi razılaşma olub. Faiz məbləğləri isə ilkin indeksasiya ilə hesablanmışdır. Bütün bunlara əsasən məhkəmədən Cavabdeh1 10.848 manat əsas borcun, 542.40 manat faiz borcun, ümumilikdə 11390.40 manat borcun, cavabdeh X1 7245 manat əsas borcun, 362.25 manat faiz borcun, ümumilikdə 7607.25 manat borcun, cavabdehlərdən müştərək qaydada mənəvi ziyana görə 2000 manat məbləğində pulun tutulması və ödənilmiş 153 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, İddiaçı Cavabdeh1 vasitəsilə tanımışdır. Ödəniş qəbzlərini təqdim etmişlər və bütün pulu geri qaytarmışlar. İddiaçının ona verdiyi məbləğdən heç bir ödəniş qalmamışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri, Yasamal RPi-nin 29-cu PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərarın surətindən göünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilir ki, barəsində şikayət edilən xx.xx.2003-cü il təvəllüdlü Sumqayıt şəhəri, 4-cü mikrorayon, 17/23, mənzil 50-də yaşayan vətəndaş Cavabdeh1 izahatında, İddiaçı adlı şəxsi 2 ilə yaxındır tanıdığını, 2023-cü ilin may ayından birlikdə iş görməyə başlamalaranı, Ramazanın maddi cəhətdən bütün işləri görəcəyini qalan alqı-satqı işlərini ise özünün görəcəyini, birlikdə çalışdığı müddətdə birlikdə 20000 (yirmi min manat məbləğində qazanc əldə etmələrini, heç vaxt Ramazan adlı şexsin pulunu ələ keçirmək niyyətinin olmamasını, bu niyyəti olsaydı əgər müxtəlif vaxtlarda buna imkanı olmasını, 2023cü ilin dekabr ayında Ramazanın onda olan 4000 (dörd min) manat məbləğində dəyəri olan telefonları, eləcə də 2000 (iki min) manat məbləğində pulunu Sumqayıt şəhərində Cavabdeh2 verməsini, Fəridin ona telefonları satacağını, 2000 (ki min) manat məbləğindəki pul ilə isə alver edəcəyini söyləməsini, Ramazanın onda olan qalan 5000 (beş min) manat məbləğindəki pulunu isə telefon alqı-satqı işində uğurlu ola bilməməsini, ziyan eləməsini, ümumilikdə Ramazan adlı şəxsin onda 9000 (doqquz min) manat məbləğində dəyəri telefonunun ve 2000 (iki min) manat məbləğində maddi vəsaitinin olmasını, Ramazan adlı şəxs ilə gördüyü işin uğursuz olmasını, özünün xeyli miqdarda ziyan eləməsini, amma Ramazan adlı şəxsə vurduğu bütün maddi ziyanı ödəyəcəyini söz vermişdir. Barəsində şikayət edilən xx.xx.1996-cı il təvəllüdlü, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 23 Dom, mənzil 19-da yaşayan, Cavabdeh2 izahatında, İddiaçı adlı şəxsi 2023-cü ilin oktyabr ayından tanıdığını, həmin vaxtdan birlikdə telefon alqısatqı işi gördüyünü, Ramazan aralarında olan razılaşmaya əsasən, maddi xərcləri Ramazanın qarşılayacağını, qalan alqı-satqı işlərini isə özünün görəcəyini, Ramazan ilə çalışdığı müddətdə Ramazan ilə birlikdə 4000 min manata yaxın qazanc əldə etmələrini, 2023-cü ilin dekabr ayında Ramazandan aldığı 3700 (üç min yeddi yüz) manat məbləğindəki maddi vəsaiti telefon alqı-satqı işində uğursuzluğa düçar olduğu üçün ziyan etməsini, bundan sonra Firudinin ona Ramazanın onda olan 5000 (beş min) manat məbləğində pulu verməsini, həmin 5000 manat məbləğindəki pulu telefon alqı-satqı işində maya kimi istifadə etməsini, 2024-cü ilin yanvar ayının 2-də Ramazan ilə görüşüb onda olan 8700 (səkkiz min yeddi yüz) manat məbləğindəki pulu işində uğursuz olub ziyan eləməsini, 2024-cü ilin yanvar ayında Firudin ilə birlikdə Sumqayıt şəhərində Ramazan ilə görüşməsini, Ramazana 8700 (səkkiz min yeddi yüz) manat məbləğindəki pulu qaytaracağına söz verməsini, 2024-cü ilin mart ayında Firudinin vasitəsilə Ramazana 500 (beş yüz) manat məbləğində ödəniş etməsini, Ramanzan ilə danışıq zamanı Ramazana borcu olduğunu qəbul etməsini, onu ödəyəcəyini və bundan boyun qaçırmamasını söyləməsini, 2024-cü ilin mart ayının sonunda Ramazana iş görmək istəməsini, lakin əlində maya üçün pul olmamasını söyləməsini, Ramazandan ona kömək etmək etməsini istəməsini, iş görüb onun borcunu qaytaracağını söyləməsini, Ramazanın ona 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul verməsini, həmin pul ilə telefon alqı-satqı işi görməsini, telefon alqı-satqı işində uğursuz olduğu üçün ziyan eləməsini, ümumilikdə Ramazan adlı şəxsə 3000 (üç min) manat məbləğində borcu olmasını, Firudin adlı şəxsə isə 8700 (səkkiz min yeddi yüz) manat məbləğində borcu olmasını, 8700 manat məbləğindəki pulun Ramazan adlı şəxsin olsa belə həmin məbləğdəki pulu Firudindən aldığı üçün Firudinə ödəyəcəyini, Ramazan və Firudinin pulunu qabaqcadan ələ keçirmək niyyətinin olmamasını bildirmişdir. - xx.xx.2025-ci il tarixli, **********35 nömrəli qəbzin surətindən görünür ki, 153 manat Sumqayıt şəhər məhkəməsinin hesabına dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli, 68712837 nömrəli ödəniş qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1150 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 74017886 nömrəli ödəniş qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 550 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 74410201 nömrəli ödəniş qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 30 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 74862082 nömrəli ödəniş qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 75155031 nömrəli ödəniş qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 860 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 75011457 nömrəli ödəniş qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 75212135 nömrəli ödəniş qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 25 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 75623559 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 75526658 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 65 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 76300585 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 76675229 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 50 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 77079860 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 280 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 77080112 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 77019895 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 55 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 77375894 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 50 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 77503295 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 77866686 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 300 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 78887388 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 150 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 78987616 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 550 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 79493583 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 900 manat pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli, 79499392 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 100 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 80472085 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 90 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 82070121 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 700 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 82077009 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 200 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 82079777 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 850 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 82566039 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 400 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 83478184 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1400 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 84585916 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 300 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 85145059 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1000 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 87716220 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 50 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 89312857 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 15 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 89312857 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 15 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 89212656 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 800 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 89299459 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 90755886 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 500 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, 95467093 nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 250 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1050 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 650 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 830 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1330 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 500 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 950 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1960 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 810 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 2160 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1000 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 100 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1245 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 300 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 04 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 200 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 20 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 800 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 1370 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 80 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 100 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 04 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 500 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 250 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 600 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 10 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 640 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 20 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 20 manat pul vəsaiti köçürülmüşdür; -xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzindən görünür ki, cavabdehin hesabına iddiaçı tərəfindən 06 manat pul vəsaiti köçürülmüşdür; -İş materiallarına əlavə edilmiş bank hesabına çıxarışdan görünür ki, İddiaçı müxtəlif vaxtlarda ödənişlər etmişdir. -İşə əlavə edilmş siyahıdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1Tofiq oğluna İphone 11 Pro Max-450 manat, İphone 11 Pro- 500 manat, İphone 14 Pro- 1520 manat, İphone 11(88%)-500 manat, X3 NFC-145 manat, X3 Pro-260 manat, İphone 12 Pro Max-886 manat, İphone 13 (pink)- 20 manat, İphone 13 (göy)-950 manat, İphone 11 (83%)-530 manat, İphone 13( qara)- 845 manat, İphone 15 Pro max-1450 manat, İphone 12 Pro max-750 manat, İphone 12 Pro-80 manat, XS-220 manat, İphone 13 Pr0 max-830 manat, İphone 14 Pro max-1950 manat məbləğində telefonları alıb-satması üçün ödənişlər etmişdir. Cavabdeh2 isə, İphone 11-285 manat, İphone 14 Pro max- əvvəlcə 1680 manat, sonra 400 manat, daha sonra 1400 manat məbləğində pul vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ilk öncə 3700 manat vermişdir. Cavabdeh2 500 manat qaytarmışdır. Sonra yenidən Fəridə 2850 manat köməklik etmişdir. Cavabdeh1 Ramazanla 20 000 manat gəlir əldə etmişdir.Ramazan Firudundan 6000 manat almış, Fəridə vermişdir.Ağarzaya isə 1750 manat verib, qaytarmamışdır. Ramazan demişdir ki, hər ikisinə cəmi 17500 manat borc vermişdir.Fərid və Firidun, İddiaçı 15000 manat borcları olduğunu iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 may 2024-cü il tarixli qərara əsasən etiraf etmişlər. Həmçinin məhkəmə araşdırmasının gedişatında cavabdehlər tərəfindən tələb olunan məbləğlərin iddiaçıya qaytarılmasını təsdiq edən sübut məhkəmə təqdim olunmamış, cavabdehlərin polis orqanında izhatlarını təqzib edən mötəbər dəlillər məhkəmə araşdırmasının predmeti olmamışdır. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələb etdiyi məbləğdən Cavabdeh2 6050 manat pul, Cavabdeh1 oğundan 10848 manat pul alınıb iddiaçıya verilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.1 və 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinin tələbinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçı qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. Cavabdehlər iddiaçıya ondan aldığı pulu qaytarmağı barədə üzərinə öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini iş materiallarında olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmədə öz təsdiqini tapmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iş materiallarını tədqiq edərək bu qənaətə gəlir ki, iddiaçı mənəvi ziyan tələb edərkən onun əsasının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehlərdən ödənilmiş 140.69 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 6050 manat pul, Cavabdeh1 oğundan 10848 manat pul və cavabdehlərdən ödənilmiş 140.69 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361- 363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2133/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2133/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver