Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-224/2023 12.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi –Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 1717 manat dəyərində əyarı 750 olan ümumi çəkisi 22.90 2 qram olan ağ qızıl brilliant qaşlı qarnitur dəstini ( 2 sırğa, 1 üzük, 1 klon, 1 qolbaq) və 300 manat dəyərində əyarı 583 olan 6 qram ilan tək üzüyü və ya həmin qızıl-zinət əşyalarının ümumi indiki bazar qiyməti olan pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixli nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Onların xx.xx.2020-ci il təvəllüdlü X3 adlı bir övladı olmuşdur. Nikahda olduqları ilk vaxtlarda münasibətləri normal olmuşdur. Sonradan ailə mübahisələrinə görə iddiaçının iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3189/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, iddiaçı cavabdehin evini tərk edərkən ona məxsus qızıl-zinət əşyalarını da evdən çıxaraq götürməmişdir. Belə ki, həm ona, həmçinin qaynanasına məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən Avrasiya Bankına girov qoyularaq 12000 manat pul götürülmüşdür. İş materiallarına həmin girov müqaviləsinin çıxarışının surəti əlavə edilmişdir. Həmin çıxarışda qeyd edilən qızıl-zinət əşyalarının hamısı iddiaçının özünə məxsus deyil. Belə ki, dəfərlərlə cavabdeh də, keçmiş qaynanası da qızılların iddiaçıya məxsus olduğunu, tezliklə ona geri qaytaracaqlarını bildirmişlər. Hətta qaynanası ilə bu barədə whatsap, sosial şəbəkə vasitəsi ilə danışıqları da olmuşdur. Hal-hazırda iddiaçıya məxsus qızıl-zinət əşyalarını geri istəyir. Qeyd edir ki, sözü gedən qızıl-zinət əşyaları ağ qızıl briliant qaşlı, 2 sırğa,1 üzük, klon, qolbaqdan ibarət 750 əyar, 23 qram 1717 manat dəyərində Qarnitur dəstdən, 1 ədəd 6 qram, 583 əyarlı, 366 manat dəyərində ilan formalı üzükdən ibarətdir. İddiaçı nümayəndəsi – Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, MŞB/6-5731 saylı, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3189/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Allahverdiyeva (Kərimova) Həbiibə Novruz qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixli 82 saylı qeydinə əsasən bağlanılmış nikahın pozulması, 26 aprel 2020-ci il təvəllüdlü X2 anasının yanında saxlanılması, 26 aprel 2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə zinət əşyaları əks olunmuşdur, iddiaçının nümayəndəsi həmin zinət əşyalarının iddiaçıya məxsus olduğunu bildirmişdir. - İddiaçı nümayəndəsi-vəkili audio disk təqdim edərək bildirmişdir ki, həmin diskdə olan danışıq iddiaçı ilə cavabdehin anasının telefon danışığıdır, qadın səs yazısında, qızılların onda olduğunu və qaytaracağını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6772/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış BİR\SF-100-2020 saylı müqavilənin təsdiq edilmiş surəti, həmin müqavilə üzrə lombarda qoyulmuş əşyaların siyahısı və həmin əşyaların hazırda bankda saxlanlması və ya X4 qaytarılması barədə məlumatlar "xxxx" ASC dən 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. - Məhkəmənin qərardadının icrası ilə əlaqədar "xxxx" ASC-nin 06 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, "xxxx" ASC-nin Sumqayıt Filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində BİR/SF-100-2020 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2020-ci il tarixli G/L/BİR/SF- 00-2020 saylı Girov müqaviləsi imzalanaraq hazırki qoşmaya əlavə edilən qızıl-ziynət əşyaları Bank qarşısında yüklü edilmişdir. Hazırda Cavabdeh xx.xx.2020-ci il tarixli BİR/SF-100-2020 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud deyildir və xx.xx.2020-ci il tarixli G/L/BİR/SF-100-2020 saylı Girov müqaviləsi üzrə Banka qarşısında yüklü edilmiş qızıl-ziynət əşyaları tərəflər arasında imzalanmış 24 dekabr 2020-ci il tarixli “Qızıl və ziynət əşyalarının qaytarılması haqqında” Akta əsasən Bank tərəfindən Cavabdeh geri qaytarılmışdır. - Qərardadın icrası olaraq alınmış, xx.xx.2020-ci il tarixli BİR/SF-100-2020 saylı kredit müqaviləsinin, girov müqaviləsinin, həmin girov müqaviləsinə əlavələrin və qızılzinət əşyalarının geri qaytarılmasına dair aktdan görünür ki, 916 əyar 77,50 qram çəkidə likvid dəyəri 4960, bazar dəyəri 6200 manat olan 3 ədəd qolbağı, 1 cüt, 916 əyar, 9,20 qram çəkidə, likvid dəyəri 589, bazar qiyməti 736 manat olan 1 cür sırğa, 916 əyar, 8 qram çəkidə, likvid dəyəri 512, bazar qiyməti 640 manat olan 1 ədəd üzük; 585 əyarlı, 22,30 qram çəkidə likvid dəyəri 1070, bazar dəyəri 1338 manat olan 2 ədəd boyunbağı; əyarı 750, çəkisi 22,90 qram olan likvid dəyəri 1374, bazar dəyəri 1717 manat olan 1 ədəd sepsiz qarnitur; 583 əyarlı, 32,60 qram çəkidə, likvid dəyəri 1565, bazar dəyəri 1956 manat olan 6 ədəd üzük; əyarı 585, çəkisi 2,30 qram, likvid dəyəri 110, bazar dəyəri 138 manat olan 1 ədəd sırğa, 585 əyar, 2,60 qram çəkidə, 125 manat likvid, 156 manat bazar əyəri olan 1 ədəd klon "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən - Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən - Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixli nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Onların xx.xx.2020-ci il təvəllüdlü X3 adlı bir övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3189/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Allahverdiyeva (Kərimova) Həbiibə Novruz qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixli 82 saylı qeydinə əsasən bağlanılmış nikahın pozulması, 26 aprel 2020-ci il təvəllüdlü X2 anasının yanında saxlanılması, 26 aprel 2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, o, cavabdehin evini tərk edərkən ona məxsus qızıl-zinət əşyalarını da evdən çıxarkən götürməmişdir. Bununla əlaqədar İddiaçı nümayəndəsi-Vəkil şifahi vəsatətlə məhkəməyə müraciət edərək Qızıl əmlakın "xxxx" ASC-də lombarda qoyulub qoyulmaması barədə məlumatların götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 6772/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış BİR\SF-100-2020 saylı müqavilənin təsdiq edilmiş surəti, həmin müqavilə üzrə lombarda qoyulmuş əşyaların siyahısı və həmin əşyaların hazırda bankda saxlanlması və ya X4 qaytarılması barədə məlumatlar "xxxx" ASC dən 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadının icrası ilə əlaqədar 06 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" ASC-nin Sumqayıt Filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində BİR/SF-100-2020 saylı kredit müqaviləsi mzalanmış və həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2020-ci il tarixli G/L/BİR/SF- 00-2020 saylı Girov müqaviləsi imzalanaraq hazırki qoşmaya əlavə edilən qızıl-ziynət əşyaları Bank qarşısında yüklü edilmişdir. Hazırda Cavabdeh xx.xx.2020-ci il tarixli BİR/SF-100-2020 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud deyildir və xx.xx.2020-ci il tarixli G/L/BİR/SF-100-2020 saylı Girov müqaviləsi üzrə Banka qarşısında yüklü edilmiş qızıl-ziynət əşyaları tərəflər arasında imzalanmış 24 dekabr 2020-ci il tarixli “Qızıl və ziynət əşyalarının qaytarılması haqqında” Akta əsasən Bank tərəfindən Cavabdeh geri qaytarılmışdır. Qərardadın icrası olaraq tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli BİR/SF-100-2020 saylı kredit müqaviləsinin, girov müqaviləsinin, həmin girov müqaviləsinə əlavələrin və qızıl-zinət əşyalarının geri qaytarılmasına dair aktdan görünür ki, 916 əyar 77,50 qram çəkidə likvid dəyəri 4960, bazar dəyəri 6200 manat olan 3 ədəd qolbağı, 1 cüt, 916 əyar, 9,20 qram çəkidə, likvid dəyəri 589, bazar qiyməti 736 manat olan 1 cür sırğa, 916 əyar, 8 qram çəkidə, likvid dəyəri 512, bazar qiyməti 640 manat olan 1 ədəd üzük; 585 əyarlı, 22,30 qram çəkidə likvid dəyəri 1070, bazar dəyəri 1338 manat olan 2 ədəd boyunbağı; əyarı 750, çəkisi 22,90 qram olan likvid dəyəri 1374, bazar dəyəri 1717 manat olan 1 ədəd sepsiz qarnitur; 583 əyarlı, 32,60 qram çəkidə, likvid dəyəri 1565, bazar dəyəri 1956 manat olan 6 ədəd üzük; əyarı 585, çəkisi 2,30 qram, likvid dəyəri 110, bazar dəyəri 138 manat olan 1 ədəd sırğa, 585 əyar, 2,60 qram çəkidə, 125 manat likvid, 156 manat bazar əyəri olan 1 ədəd klon "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin hallarına əsasən, göründüyü kimi iddiaçının tələb etdiyi əşyalar cavabdehin sahibliyində qalmışdır. Belə sahiblik isə hüquqi baxımdan tanınan vəziyyət olmadığı üçün qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehlərdən alınaraq iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Ailə məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən- Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1717 manat dəyərində əyarı 750 olan ümumi çəkisi 2 qram olan ağ qızıl brilliant qaşlı qarnitur dəsti ( 2 sırğa, 1 üzük, 1 klon, 1 qolbaq) və 300 manat dəyərində əyarı 583 olan 6 qram çəkidə ilan formalı üzük alınaraq İddiaçı verilsin. Qeyd edilən qızıl-zinət əşyaları mövcud olmadıqda onların ümumi indiki bazar qiyməti olan pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-224/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-224/2023
12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver