Məhkəmə qərarları › İş №e-2(060)-2256/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2256/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2256/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun 3 yaşı tamam olana kimi ayda 50 manat maddi yardım, mediasiya təşkilatına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq anası İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikah qeydiyyatdından keçməklə evlənmiş və ailə qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X11 adlı oğulu doğulmuşdur. O, hamilə olarkən cavabdeh ailəni tərk edərək valideynlərinin yanına getmişdir. O, uşağın saxlanılması üçün ona maddi yardım göstərmir. Uşaq körpə olduğundan işləyə bilmir. Cavabdeh işləyir və qazancı vardır. Hesab edir ki, uşağın saxlanılması üçün aliment müəyyən olunmuş minimum yaşayış həddinə uyğun tutulmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 05 mart 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.2023cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun 3 yaşı tamam olana kimi ayda 50 manat maddi yardım, mediasiya təşkilatına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun atası olmadığının müəyyən olunması, həmçinin mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödənilən 50 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə genetik ekspertizasının rəyinin alınması ilə bağlı ekspertiza təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 həvalə edilmiş, iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron ərizə ilə müraciət edərək, ekspertizanın keçirilməsindən imtina etdiklərini, qarşılıqlı iddia ərizəsini geri götürəcəklərini bildirmiş, ona görə də iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmiş, xx.xx.2023cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X8 xx.xx.2023-cü il tarixli, 9/1079 saylı məktubu məhkəməyə daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin e2(060)- 6091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6091/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işin ərazi aidiyyatı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(060)- 6091/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6091/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-6091/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-503/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6091/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, yanvar ayının birindən artım baş vermişdir. Onlar isə sentyabr ayından iddia ərizəsi ilə müraciət etmişlər. Cavabdehdən bir il dörd aydır ki, ayrı yaşayırlar. Nikahları isə hal-hazırda qüvəddədir. Cavabdeh uşağı istəmir. Saxlanılması üçün heç bir köməklik etmir. Ana bətnində 4 ay olarkən getmişdir. Özü isə işləmir. Subay olarkən işləmiş və beş il iş stajı olmuşdur. Lakin uşaq hal-hazırda körpə olduğu üçün işləyə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, artıq məhkəmənin baxış iclasıdır. Mülki Prosessual Məcəllənin tələbi vardır. Hesab edir ki, ərizə icraata qəbul edilməməli və əvvəlki ərizə ilə işə baxılmalıdır. Hazırda iddia tələbini qismən qəbul edirlər. 150 manat ödəməyə razıdır. 50 manat hissəsinə isə münasibət olaraq qeyd edir ki, şəxsin iş yeri yoxdur. Məhkəmə tərəfin maddi vəziyyətini müəyyən edərkən onun gəlirləri müəyyən olunmalı və qərar qəbul olunmalıdır. Hesab edir ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Ona görə də iddia tələbinin qismən qəbul edilməsi, uşağın saxlanılması üçün 150 manat alimentin tutulması, qalan hissədə isə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli MŞS/MT030/2023-01700 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 10 noyabr 2022-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2772 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 25 iyun 2023-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materallarında olan 5 saylı MKS-nın 586 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı faktiki ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş seriya AA395160№li (i/v 99) məcburi köçkün vəsiqəsinə və həmçinin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla (i/v 101) təsdiq olunur ki, İddiaçı hal-hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də operator vəzifəsində işləməklə aylıq 505 manat əmək haqqı alır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya kifayət qədər qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun yaşını, cavabdehin uşağı saxlamaq öhdəliyini, cavabdehin tələb edilən aliment məbləğini qəbul etməməsinə dair əsaslı etirazlarını təqdim etməməsini, tərəflərin maddi vəziyyətlərini, uşağın qanunla qorunan hüquqlarını nəzərə alıb, işdə olan mövcud sübutlar əsasında işə baxmaq vəzifəsindən çıxış edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 25 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, 25 iyun 2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardımın tutulması məqsədə uyğun hesab edilməklə, Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 14 sentyabr 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən 25 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, 25 iyun 2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində maddi yardım tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar