Məhkəmə qərarları › İş №e-2(060)-2277/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2277/2021

16.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2277/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «şərəf və ləyaqət nüfuzunun müdafiəsi və mənəvi zərər tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini alçaldan, ailəsi barədə yəqin olmayan məlumatları sms vasitəsi ilə biədəb söyüşlərlə şərəf və ləyaqətini alçaldaraq və təhqir edərək, həqiqətə uyğun olmayan böhtanla hüquqlarını kobud şəkildə pozduğuna görə təkzib etmək üçün cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması və məcbur olunması, cavabdehdən onun xeyrinə 3000 (üç min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzi tutulması, qəsdən pulu mənimsəyən cavabdehdən, Cavabdeh 2000 (iki min) manat məbləğində pulun alınıb ona verilməsi, iddiaçı X1 xeyrinə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə qərar verməyi, həmçinin nəticəsi barədə «Azərbaycan» nəşriyyatının «Beynəlxalq İnformasiya» redaksiyasına və ya «Vahid Məhkəmə Portal» saytına məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 16.04.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayçan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «şərəf və ləyaqət nüfuzunun müdafiəsi və mənəvi zərər tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar