Məhkəmə qərarları › İş №e-2(060)-2279/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2279/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2279/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 maddi ehtiyaclarını qarşılamaq üçün 15 sentyabr 2024-cü il tarixdən etibarən hər ay Cavabdeh qanunvericilikdə müəyyənləşdirilmiş sabit pul məbləğində alimentin, yəni 246 manat məbləğində pulun tutulması, həmçinin X5 3 yaşına çatana qədər cavabdeh tərəfindən hər ay 200 (iki yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə, 2 saylı Sumqayıt "ASAN xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində AZ-İİ No 579352 qeydiyyat nömrəli nikaha daxil olublar. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Qeyd edir ki,Cavabdeh ilə uzun müddətdir ayrı yaşadıqları üçün faktiki nikah münasibətində deyillər. Nəticədə övladı dünyaya gələn vaxtdan etibarən bu günə qədər olan bütün maddi ehtiyacları, xəstəxana xərcləri, yemək və s. xərclərini valideynlərinin köməkliyi ilə qarşılayıb. Övladını təkbaşına saxlamaq, onun ehtiyaclarını qarşılamaq ona maddi cəhətdən çətinlik yaratdığı üçün cavabdeh tərəfindən alimentin ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də övladının maddi ehtiyaclarını qarşılamaq məqsədi ilə hər ay Cavabdeh qanunvericilikdə müəyyənləşdirilmiş sabit pul məbləğində aliment, yəni 246 manat məbləğində pulun onun xeyrinə tutulmalıdır. Xüsusilə qeyd etmək istəyir ki, övladı dünyaya gələndən, yəni 15 sentyabr 2024-cü il tarixdən bu vaxta qədər faktiki nikah münasibətində olmadıqlarına və ayrı ünvanlarda yaşadıqlarına görə həmin müddət ərzində olan aliment ödənişləri də cavabdehdən tutulmalıdır. Qeyd edir ki, o, hal-hazırda işləmir. Belə ki, Abşeron rayonu Məmmədli bələdiyyəsində Torpağa nəzarət müfəttişi vəzifəsində çalışıb. Lakin övladına görə işdən çıxmaq məcburiyyətində qalıb. Cavabdehlə olan nikah münasibətlərindən doğulan uşağa ən az 3 yaşına qədər baxmaq məcburiyyətindədir. Məhz bu səbəblərdən dolayı o, işləmək iqtidarında deyil. Buna görə də X5 3 yaşına çatana qədər cavabdeh tərəfindən 200 (iki yüz) manat məbləğində pul hər ay ona ödənilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etsə də, xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00206 nömrəli X3 (İMS) iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdeh iştirak etməmişdir.Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 maddi ehtiyaclarını qarşılamaq üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay Cavabdeh qanunverciliklə müəyyənləşdirilmiş sabit pul məbləğində alimentin, yeni 246 manat və hər ay 200 manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsini xahiş etmişdir. O, Cavabdeh iddia tələbinin aliment, yeni 246 manat tələbi qəbul edir, lakin, qalan hissəsini qəbul etmir. İddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Hal-hazırda Sumqayıt Dövlət Dram Teatrında rejissor vəzifəsində işləyir və rəsmi əmək haqqı 600 manat olmaqla, kart hesabına 490 manat oturur. Bundan əlavə hər ay 115 manat 21 qəpik Azərbaycan Beynəlxalq Bankına kredit ödəyir. Qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən aliment tələb etmiş, lakin, qızı doğulandan maddi xərclərini qarşılayıb, hər ay imkan daxilində köməklik edib. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa məcburdurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanun uşağın saxlanması vəzifəsini təkcə atanın deyil, həm də ananın vəzifəsi kimi müəyyən etmişdir. Qanunun tələbindən də göründüyü kimi sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, həmçinin onun xx.xx.2024-cü il tarixdə cərrahi əməliyyat olduğundan hər işdə də işləyə bilmədiyini nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. a)Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə birgə nikahlarından olan uşaq 15 sentyabr tarixində dünyaya gəlib. Uşağının bütün xərclərini valideyni qarşılayıb. Cavabdeh uşağa heç bir maddi köməklik etməyib. O, cavabdehdən uşaqları üçün otaq istədiyi üçün cavabdehin ailəsi onu evdən çıxarmışdır. Onlar sonradan cavabdehlə kirayə yaşamağa başladılar. Cavabdeh onun qızıllarını lombarda qoyub pul götürdü. Uşağının doğuş pulunu da o, özü verdi. Cavabdeh universitetə uşaq hazırlaşdırır, kursda işləyir və özü işlədiyi yerdən 450 manat maaş alır. Bundan başq cavabdehin “Dərviş” adlı qrupu var və şənliklərə gedir. O cavabdehin rəsmi qaydada işlədiyi iş yerindən başqa işlərdə işləməsi barədə sosial şəbəkədən əldə etdiyi və cavabdehin özü tərəfindən paylaşılmış məlumatları məhkəməyə təqdim etmişdir. Cavabdeh mart ayında 3-4 dəfə uşağı görməyə gəlsə də, uşağa heç nə almayıb. Aralarındakı danışıqlardan da görünür ki, cavabdeh uşağa heç nə almadığını etiraf edir. Uşaq üçün alimentlə yanaşı maddi yardım da istəyir. Uşağı körpədir, bu səbəbdən özü işləyə bilmir. Uşağın təkcə gündəlik yemək xərci 40 manat təşkil edir. O, da təkbaşına uşağın bütün tələbatlarını ödəyə bilmir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 6.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşdə olan AZ-V 051834 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. 8.İşdə olan X3 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün mediasiya xərcini ödəməkdən azad edilmişdir. 9.İşdə olan nikah haqqında şəhadətnamə məlumatlarından görünür ki, Mövsümova Nəqimə Ceyhun qızı və Cavabdeh xx.xx.2023-cü il tarixdə 2 saylı Sumqayıt Asan Xidmət X4 rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 578 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Abbaszadə soyadı verilmişdir. 10.İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə ABB ASC Sumqayıt filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********56 saylı kredit müqavilə üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə 1804.53 mant borcu vardır. 11.İşdə olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh Sumqayıt Dövlət Dram Teatrında rejissor işləyir və 600 manat əmək haqqı alır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və onların birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan bir uşaqları vardır. Hazırda iddiaçı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment və uşağın 3 yaşı tamam olanadək maddi yardım müəyyən edilməsini istəyir. Cavabdeh iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə 13.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. 14.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 15.Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. 16.Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 17.Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. 18.Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). 19.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli X6 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 21.Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir.

22. Məhkəmə işin hallarını və cavabdehin iddia tələbini aliment hissəsində tam qəbul etdiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində (hazırda 400 x 0.615=246 manat məbləğində) sabit pul məbləğində aliment tutulmalıdır. 23.Məhkəmə hesab edir ki, iddia tələbi uşağın 3 yaşı tamam olana qədər 200 manat yardım tutulması hissəsində qismən təmin olunmalıdır. 24.Belə ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1). Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2). 25.Göründüyü kimi, ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 84.2-ci maddəsində sadalanan əsasları birləşdirən amil ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. 26.Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 27.Məcəllənin 84 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. 28.Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. 29.Məhkəmə xx.xx.2024-cü il təvəllüdlü X1 olmasını (təxminən 7 ayında), ana qayğısına daha çox ehtiyacının olmasını, körpə uşağına qulluqla əlaqədar İddiaçı işləmək imkanının məhdud olmasını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay əlavə olaraq Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.125 misli həddində (hazırda 50 manat) məbləğində aliment tutulmalıdır. 30.Məhkəmə qeyd edir ki, iddiaçı alimentin 15 sentyabr 2024-cü il tarixdən etibarən tutulmasını xahiş etsə də, iddia həmin hissədə təmin edilməməlidir. 31.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. 32.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 34.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 35.İş materiallarında olan X3 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı X3 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X3 iştirak etməmişdir. 36.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 37.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində (hazırda 400 x 0.615=246 manat məbləğində) və hər ay əlavə olaraq xx.xx.2024-cü il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.125 misli həddində (hazırda 400 x 0.125=50 manat) sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar