Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2289/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçının Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh - xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi və ondan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşınaçatanadək saxlanması üçün hər ay minimum əmək haqqının 0,80 (320 manat) misli məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmədən işin baxılmamış saxlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, icraata xitam verilməsini xahiş edirlər. Çünki əsaslar dəyişilməmişdir. Əgər tərəf özü müraciət edərək, imtina cavabı alsa idi, o zaman əsas yarana bilərdi ki, məhkəməyə müraciət olunsun. Məhkəmə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4413/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Məhərrəmova (Hüseynova) Səbinə Ramiz qızı arasında xx.xx.2016-cı il tarixdə 1213 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, Vİİİ-MÖ seriyalı, 696832 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir. Uşağın ata qrafası boşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1716/2020 saylı, 01 iyun 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçının Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi atalığı mübahisələndirilən 03 fevral 2017-ci il təvəllüdlü X1 tərəflər arasında nikahın mövcud olduğu vaxt anadan olmuşdur. Lakin Rusiya Federasiyasında doğum qeydə alınarkən uşağın anası tərəfindən, yəni hazırki iş üzrə İddiaçı tərəfindən nikah haqqında şəhadətnamə təqdim edilmədiyindən ata qrafasında ata barədə məlumatlar qeydə alınmamışdır. Bu səbəbdən də hazırda iddiaçı atalığın müəyyən edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 46.1-ci maddəyə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, araşdırılan iddia məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, uşaq tərəflərin birgə nikahda olan müddətdə (2017-ci il) doğulduğundan və nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunması barədə qanunvericiliyin göstərişinə əsasən, iddiaçı müvafiq sənədləri əlavə etməklə ərizə ilə aidiyyəti qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, doğum akt qeydində (uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatların yazılması yolu ilə) dəyişiklik edilməsi yolu ilə mübahisənin məhkəmədən kənar həll edilməsinə nail ola bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçının aliment tələbinə münasibətdə bildirir ki, atalıq müəyyən olunmadığından hazırki mərhələdə aliment məsələsinə qiymət verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə xitam verildiyi üçün iş üzrə İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 50 (əlli) manat İddiaçının nümayəndəsi və vəkili Vəkil1 qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2289/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2289/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver